
Ali Məqamlı Rəhbər: Dini düşüncə istehsalı sahəsindəki xidmətləri misilsizdir
https://www.leader.ir/fa/pictures/album/2358/grid?img=67976_688.jpg
Həzrət Ayətullah Xamenei Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verdi.
İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə dayanan bir adam idi.
Dini düşüncənin istehsalı, bələdçi kitabların yazılışı, üstün və nüfuzlu tələbələrin yetişdirilməsi, iştirakına ehtiyac duyulan bütün inqilab meydanlarındakı iştirakı baxımından, həqiqətən və insafən, nadir adam id