Bazar ertəsi, Yanvar 18Rəsmi Sayt

Ali Məqamlı Rəhbər: Dini düşüncə istehsalı sahəsindəki xidmətləri misilsizdir

https://www.leader.ir/fa/pictures/album/2358/grid?img=67976_688.jpg

Həzrət Ayətullah Xamenei Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verdi.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə dayanan bir adam idi.

Dini düşüncənin istehsalı, bələdçi kitabların yazılışı, üstün və nüfuzlu tələbələrin yetişdirilməsi, iştirakına ehtiyac duyulan bütün inqilab meydanlarındakı iştirakı baxımından, həqiqətən və insafən, nadir adam idi. Dindarlıq və təqva gənclik dövründən ömrünün sonuna qədər onun daimi xüsusiyyəti oldu. Allahtanıma yolunda addımlaması Allahın bu uzunmüddətli səylərinə görə ona verdiyi böyük bir hədiyyədir.

Bu qədim və əziz qardaşımın vəfatı mənim özüm üçün matəmdir. Onun möhtərəm ailəsi, alim, saleh övladları və digər yaxınlarına, habelə bu böyük müəllimin tələbələri və sevdiklərinə, elmi-dini hövzəyə başsağlığı verir, Allahdan ona yüksək dərəcələr, bağışlanma və rəhmət diləyirəm.

Seyid Əli Xamenei
02 yanvar 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir