Beynəlxalq Tehran kitab sərgisində 24 ölkədən 109 beynəlxalq naşir iştirak etmişdir. Azərbaycan Respublikasından İran Mədəniyyət Mərkəzi, İran Ali Dini Rəhbərinin Azərbaycandakı nümayəndəliyi və Qanun nəşriyyatı bu sərgidə iştirak etmişlər. Bu müəssisələrdən hər biri özünün 15 kitabını sərgiyə qoymuşdur.
Builki sərgidə daxili və xarici naşirlərdən 120000 kitab sərgilənmişdir. Bu kitabların alınması və copyright edilməsi imkanı mövcuddur və bu da çox müvəffəqiyyətli bir təcrübədir.
