Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Azərbaycan tarixində qanlı yanvar

20 yanvarı keçən illər olduğu kimi bu il də Bakıda xalq Şəhidlər Xiyabanına gəlməklə yad edir. Azərbaycan Respublikası xalqı 1990 cı ildə qanlı yaxud qara yanvarda 70 illik Sovet İttifaqı  kommunist rejimindən xilas olub müstəqil oldu. 1988 ci ildən Qarabağı işğal etmək və ayrılmaq tələbləri ilə ermənilər səylərini artırdılar və Qarabağı özlərinə birləşdirmək istədilər və Bakıda yüz minlərlə insan buna etiraz olaraq küçələrə axışdılar.

Azərbaycan xalqı Ermənistanın başqalarının torpağına göz dikməsinə və Sovet hökumətinə etiraz olaraq Azadlıq meydanına toplaşdı və şəhərə gələn yolları hərbçilərə bağladılar.

Azərbaycan xalqının davamlı etirazı Sovet hökumətini narahat etdi və Bakıya qoşun yeridilməsi əmri verildi. 19 yanvar 1990 cı ildə Bakıya beş tərəfdən zirehli qüvvələr ilə Sovet ordusu daxil oldu.

Sovet hərbi qüvvələri dinc əhalini güllə baran etməklə şəhərə hücum etdilər və şəhərə daxil olduqdan sonra tanklar və zirehli maşınlar ilə xalqa hücum etdilər. Təcili yardım maşınları və avtobusları güllə hədəfinə aldılar. O gecə 130 nəfər həlak oldu.

Sovet ordusinun qətliamı bir neçə rayonda da davam etdi. Təxminən 150 dinc əhali 20 yanvar qətliamının qurbanı oldular. Bu hücumda 750 nəfər yaralandı və təxminən 400 nəfər isə həbs edildilər.

Sovet ordusu tərəfindən Bakıda fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq Azərbaycan xalqı bir daha şücaətlə küçələrə axışaraq şəhidləri dəfn etdilər.

Azərbaycan Respublikası xalqı keçən otuz il ərzində hər il 20 yanvar tarixində Şəhidlər Xiyabanına gedərək onların xatirəsini yad edib məzarlarına qərənfillər qoyub onların xatirəsini yad edirlər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir