Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Xarici İşlər naziri Cavad Zərif Prezident İlahm Əliyev görüşmüşdür

İran İslam Respublikasının Xarici işlər naziri doktor Cavad Zərif  məntə ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüşdür.

Bu görüşdə Xarici işlər naziri doktor Cavad Zərif  qələbə münasibəti ilə Azərbaycan Respublikası dövləti və xalqına təbrik dedikdən sonra iki tərfəli əməkdaşlıqlara təkid etdi. Doktor Zərif Azərbaycan Respublikası Prezidentinin məntəqənin 6 tərəfli əməkdaşlıqları təklifi yüksək dəyərləndirərək İran İslam Respublikasının məntəqədə sabitliyin və sülhün bərqərar olması üçün əməkdaşlıqlara hazır olmasını bildirdi. Doktor Zərif Xarici İşlər nazirinin və həmçinin baş nazirin müavininin müvəffəqiyyətli səfərlərinə işarə edərək iki tərəfli əlaqələrin xüsusi ilə də iqtisadiyyat sahəsində olan əlaqələrin inkişafda olmasını bildirdi.

Doktor Zərif iki ölkə arasında olan müştərək komissiyanın on dördüncü iclasına toxunaraq iki tərəfli əlaqələrin səviyyəsindən razılığını bildirərək Qarabağda azad olunmuş ərazilərdə İran şirkətlərin iqtisadi əməkdaşlıqda fəal iştirak etməsi, minalardan təmizlənməsi, məscidlərin və tarixi binaların yenidən qurulmasında hazır olduqlarını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasına son hadisələrdə olan mövqeyinə görə təşəkkürünü bildirdi. O, iki tərəfli əlaqəllərin inkişaf etməsini xüsusi ilə də iqtisadi sahədə əməkdaşlıqları müsbət saydı. İki ölkə arasında olan layihələrin və İran şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakını müsbət dəyərləndirdi və İran İslam Respublikasının altı tərəfli əməkdaşlıq fikrini müsbət qəbul etdiyini məntəqənin sülh və mənafeyi üçün müsbət olduğunu bildirdi.

Cənab İlham Əliyev gələcəkdə üç tərəfli İran- Azərbaycan- Rusiya və həmçinin İran-Azərbaycan-Türkiyə görüşlərinin keçirilməsini müsbət dəyərləndirdi. Bu görüşdə Azərbaycan Xarici İşlər nazirindən əlavə Prezidentin xarici siyasət məsələlərində köməkçisi də iştirak etmişlər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir