Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Mərkəzi Asiya və Qafqazda Fars Dili adlı online konfrans keçirildi

Beynəlxalq Tehran kitab sərgisi çərçivəsində Mərkəzi Asiya və Qafqazda Fars Dili adlı online konfrans keçirilmişdir. Bu online konfrans Sədi Fondunun təşkilatçılığı ilə keçirilmişdir. Burada Azərbaycan Respublikasından BDU müəllimlərindən Əsmət xanım Məmmədova,Qazax və rus dilləri tərcüməçisi Aynaş Qasim, Herat universitetinin müəllimi Vahid Qəni Xosrəvi iştirak etmişlər.

Fars dilini Sədinin Gülüstan kitabından öyrənmişik

İlk öncə Əsmət xanım çıxış edərək dedilər ki,Azərbaycan Respublikasında fars dilini sevir və öyrənirlər və bu fəaliyyətlər əsrlərdir davam edir. Azərbaycan müsətəqil olmamışdan öncə xalq fars dilini sevirdi və onu Sədinin Gülüstan kitabından öyrənirdilər. Məktəblərdə də Nizaminin əsərləri tədris olunurdu.

Təxminən 100 ildir ki Bakıda BDU təsis edilib və ölkənin ən sayılan universitetlərindən biridir. Burada ərəb, çin, urdu, türk və s…dilləri tələbələrə öyrədilir. Fars dili sahəsində bu universitetdə təxminən 1000 tələbə və 30 müəllim vardır. Bu sahədə professor və müəllimlər vardır. Sədi Fondunun bizə göndərdiyi kitablardan əlavə biz özümüz də kitablar yazmış və onları tədris edirik.

Daha sonra O, tərcümə edilən bəzi kitabları tanıtdırdı. Qeyd etdilər ki biz fars dilində sözləri tələffüz etdikdə və ya şeir oxuduqda onda ritm mövcuddur və bu qulağa xoş gəlir. əbulhəsən Nəcəfi öz kitabında yazır ki biz farsca elə danışırıq ki elə bil nəfəs alırıq.

Əsmət xanım far sdilinin Azərbaycan və iran millətləri arasında dostluq və əlaqə roluna işarə edərək dedi: Bu əlaqələr əsrlərdir davam edir və iki ölkə arasında bərqərardır. Ölkəmizdə fars dilini sevirlər çünki fars dili qramatika baxımından çətin dil deyildir. Ancaq fikrimcə daha çox ingilis dilini öyrənirlər ancaq insanlar da vardırlar ki fars dilini sevirlər və bu dildə musiqiyə qulaq asırlar. Bu əlaqə əsrlər boyu davam edəcəkdir.

Daha sonra Aynaş Qasim və Əhməd Qəni Xosrəvi çıxış edərək fars dilini əhəmiyyəti və mövqeyi barədə çıxış etdilər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir