Cümə axşamı, Fevral 25Rəsmi Sayt

İran İslam Respublikasının Azərbaycandakı səfirinin Hz.Fatimeyi Zəhranın (s) mövludu və İran İslam İnqliabının 42 ci ildönümü münasibəti ilə çıxışı

İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi Hz.Fatimeyi Zəhranın (s) mövludu və İran İslam İnqliabının 42 ci  ildönümü münasibəti ilə çıxış etmişdir. O, çıxışında belə demişdir:

Bu il İslam İnqilabının qələbəsinin qırx ikinci ildönümünü elə bir şəraitdə qeyd edirik ki, yeni dövrün ən böyük və populyar inqilabı kimi şanlı İslam İnqilabının ömrünün beşinci on illiyində nəinki düşmənlərin sərt, yumşaq və ağıllı təxribatları qarşısında müqavimət göstərmiş, eyni zamanda fərqli sahələrdə əhəmiyyətli dərəcədə nailiyyətlər əldə etmişdir.

Əziz və nəcib rəhbərimiz və İslam İnqilabının böyük memarı uğur qazanmaq üçün əcnəbilərə və xarici güclərə güvənməyi seçmədi, çünki əsas gücü xalqın gücü hesab edərək və xalq mərkəzli yolu seçdi. İslam İnqilabı İmam Xomeyninin yüksək ruhu və millətin mərhum İmama göstərdiyi fədakarlıq və inam sayəsində qalib gəldi.

Keçən ilin fevral ayından bəri çox çətin bir il keçdiyimizə və tətbiq olunan iqtisadi müharibə və iqtisadi terrorizmə, həmçinin koronavirusun yayılmasının ölkə və xalq üçün bir çox problemlər yaratdığına baxmayaraq, bu il İslam İnqilabının qələbəsi bir neçə il əvvəl ilə müqayisədə fərqli qeyd olunur. Bu il son bir neçə ildə bu inqilabı terror və iqtisadi müharibə ilə diz çökdürmək istəyənlər artıq yoxdur.

Xoşbəxtlikdən, bu gün bütün problemlərə və düşmənlərin iqtisadi təzyiqlərinə baxmayaraq həm iqtisadi rifah, həm də cəmiyyətin sağlamlığı sahəsində səylərimiz və insanların müqaviməti nəticə verdi.

Düşmənin iqtisadi müharibəsi məğlubiyyətə uğrayıb və sona çatıb, həmin qatil və İran xalqını incidən cinayətkar artıq yoxdur və bu gün İslami İranın iqtisadi dəyişiklik imkanları keçmişdən tamamilə fərqlidir.

İran İslam Respublikası son dörd onillikdə ciddi irəliləyişlərə imza atdı. Ölkəmiz səhiyyə sahəsində 1960-cı ildən 2017-ci ilədək ömür uzunluğu baxımından inkişaf edərək hazırda yeddinci yerdədir. Bu gün İran İslam Respublikası koronavirusa qarşı peyvənd hazırlayan 10 ölkədən biridir. Enerji sahəsində, İran Enerji İnkişafı İndeksində (EDI) ikinci, neft istehsalında üçüncü, elektrik istehsalında 15, benzin istehsalında 16-cı yerdədir. Kommunikasiya texnologiyaları sahəsində İran, internetə çıxışı olan 50 milyona yaxın istifadəçisi ilə dünyada 17-ci yerdədir. İran kosmik texnologiyanın inkişafı baxımından 15 ölkədən biridir. Nüvə sahəsində, İran tam nüvə yanacağına malik olan 13 ölkədən və uranı zənginləşdirə bilən 14 ölkədən biridir. Ana hüceyrə istehsalı texnologiyasında İran dünyada ikinci yerdədir. Hərbi gücdə, Global Firepower (GFP) meyarlarına görə, İran dünyada 13-cü yerdədir.

İran İslam Respublikasının son 42 ildə qazandığı əsas uğurlardan biri də müdafiə sahəsində yüksək çəkindirici gücünə nail olmaqdır ki, silahlı qüvvələrin son təlimləri bu çəkindirici gücün təzahürü idi.

İslam İnqilabı bu 42 il ərzində separatizm, terror, səkkiz illik müharibə, sanksiyalar və mürəkkəb siyasi təzyiqlər kimi maneələrlə qarşılaşdı. Ağ Ev rəsmiləri, bu strategiyada İran İslam Respublikasını güzəştə getməyə və gücünün əsas hissələrini zəiflətməyə məcbur etmək üçün maksimum təzyiq və təhdid vasitələrindən istifadə etdilər.

Düşmənin bu psixoloji müharibəsinin qarşısında İran İslam Respublikasının Ali Rəhbəri 2019-cu ildə ölkənin rəsmi şəxslərinin qarşısında etdiyi çıxışında bildirmişdir ki, “Müharibə olmayacaq və danışıqlar aparmayacağıq”. Donald Tramp Ağ Evi elə bir vəziyyətdə tərk etdi ki, onun maksimum təzyiq strategiyası, İranın çəkindirici müdafiə gücü səbəbindən müharibəyə səbəb olmadı, təhdid və sanksiya kimi vasitələr yumuşaq və ağıllı diplomatiyadan istifadə etməklə İranı danışıqlar masasına gətirmədi.

Bu gün, hər zamankından daha çox əminik ki, düşmənin iqtisadi müharibəsi uğursuzluğa düçar olmuş və sona yaxınlaşmışdır. Bu günlərdə, bir neçə ölkə istisna olmaqla, yekdilliklə bütün dünya ABŞ-dan “Birgə Hərtərəfli Fəaliyyət Planı”nındakı öhdəliklərinə qayıtmasını istəyir. İranın bölgədəki ticarət tərəfdaşlarının münasibətləri də tamamilə dəyişmişdir və hazırda ölkənin bütün iqtisadi sektorları əvvəlki illərə nisbətən daha yaxşı şəraitdədir. Belə bir şəraitdə çətin günlərdə həmişə bir-birilərinin yanında olan qonşular unudulmayacaqdır.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ortaq dini, mədəni, tarixi, qardaşlıq və dostluq əlaqələri daimi və əbədidir. İki ölkə rəsmiləri arasındakı mövcud çox səmimi münasibətlər isə iki ölkə arasındakı əməkdaşlıqlar üçün möhkəm bir dayaqdır.

İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasını dəstəkləmiş və heç vaxt tam dəstəyini Bakıdan əsirgəməmişdir. İşğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan müharibə zamanı bəzi insanlar həyatını itirsə də, həmin ərazilərin işğaldan azad olunması İran İslam Respublikasını sevincinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının hökumətini və xalqını son qələbələr münasibətilə bir daha təbrik edərək, xatırladırıq ki, İslam Respublikası mehriban qonşuluq prinsipləri əsasında dost və qardaş ölkə olan Azərbaycan Respublikası ilə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsini öz qarşısına məqsəd qoymuşdur.

Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin genişləndirilməsi, Tehranın xarici siyasətinin prioritetlərindən biri olmuşdur. İki ölkə prezidentlərinin və digər yüsək vəzifəli rəsmilərinin qarşılıqlı səfərləri, müxtəlif sahələrdə əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan vermişdir. 

Bu iddianın sübutu kimi deyə bilərik ki, İran İslam Respublikasının xarici işlər nazirinin region ölkələrinə baş tutan son səfərində onun ilk və son istiqaməti Azərbaycan Respublikası olmuşdur.

Möhtərəm Prezident cənab İlham Əliyevin də bir müddət əvvəl qeyd etdiyi kimi, Azərbaycanın İranla sərhədləri dostluq və inkişaf sərhədidir. İnanırıq ki, bu sərhədlərin bərpa edilməsi hər iki ölkə üçün yeni əməkdaşlıq layihələri yarada bilər.

Sonda şəhidlərin və onların imamının, İranda və regionda, xüsusən də Azərbaycan Respublikasında terror və işğala qarşı qəhrəmancasına mübarizə apararaq şəhadət zirvəsinə ucalmış şəxslərin pak ruhlarını salamlayaraq, hər iki ölkənin dost, qardaş, qohum və müsəlman xalqlarına daha artıq firavanlıq, rifah, səadət və başucalılığı arzulayıram.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir