İran İslam Respublikasının Ali Dini Rəhbərinin Azərbaycandakı nümayəndəsi hüccətül islam vəl müslimin Seyid Əliəkbər Ocaqnəjad Hz.Fatimeyi Zəhranın (s) mövludu, Qadınlar günü və İran İslam İnqliabının 42 ci ildönümü münasibəti ilə çıxış etmişdir.
İran İslam Respublikasının Ali Dini Rəhbərinin Azərbaycandakı nümayəndəsi hüccətül islam vəl müslimin Seyid Əliəkbər Ocaqnəjad Peyğəmbərin əziz qızı iki dünya xanımı Hz.Fatimeyi Zəhranın (s) mövlüdü və Fəcr ongünlüyü münasibətilə bütün azadlıq sevənləri və Əhli Beyt (ə) sevənləri təbrik etmişdir.
O, çıxışında iki dünya xanım tərif edərək buyurmuşdur ki, Həzrəti Fatimeyi Zəhranın (s) fəzilətləri Allah Rəsulunun kəlamlarında insanlar üçün dəfələrlə təkrar edilmişdir və Peyğəmbərin (s) hər bir hədisində bu fəzilətlərdən birinə işarə edilmişdir.
O, sözünün davamında islam İnqilabının dahi rəhbəri Həzrəti İmam Xomeyninin (r) müxtəlif xüsusiyyətlərinə işarə etmiş və bildirmişdir ki, Həzrəti İmam elm , agahlıq və Allahın icazəsi ilə İslam İnqilabının təməlini qoymuşdur və bu inqilab bütün dünya azadlıq sevənləri üçün ümid olmuşdur.
