Cümə axşamı, Fevral 25Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Milli Kitabxanasının direktoru ilə görüşmüşdür

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcanla olan görüşündə iki tərəfli əlaqələrin genişlənməsinə təkid etmişlər.

Professor Kərim Tahirov iki ölkənin tarix, mədəniyyət və dil müştərəkliklərinə toxunaraq dedi: “Bizim İranla gözəl əlaqələrimiz var və bu əaqələrin genişlənməsini istəyirik”.

Daha sonra qeyd etdilər ki Biz İranda keçirilən kitab sərgilərində iştirak etmək istəyirik və həmçinin İran kitablarını Azərbaycanda keçirilən kitab sərgilərində görmək istəyirik. Bu il əgər Pandemiya bitərsə oktyabr və ya noyabr aylarında bu sərgini keçirə bilərik.

İran İslam Respublikasının Azərbaycandakə səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan Milli Kitabxana direktoruna təşəkkürünü bildirərək kitabxanaları hər ölkənin hafizəsi olduğunu bildirdi. Qeyd etdilər ki : “İ.İ.R. nın Milli Kitabxanası 3 milyon kitab fondu və 40 mindən çox əlyazma nüsxələri ilə ölkənin müəllim və tələbələrinə xidmət göstərir və uca bir məqama malikdir. Bu kitabxana dost və qonşu ölkələr xüsusilə də Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verir.”

Daa sonra əlavə etdilər ki, İran Mədəniyyət Mərkəzi Nizami Gəncəvinin Yeddi Gözəl əsərinin tərcüməsini tezliklə çap edəcəkdir və bu kitabın təqdimatnı birlikdə keçirə bilərik.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir