Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

Yenidən dirçələn İslam sivilizasiyası

Amerika və Qərb tərəfindən qeyri insani, qanunsuz, şiddətli və ədalətsiz sanksiyaların olduğu bu günlərdə İran xalqı İslam İnqilabı qələbəsinin 42-ci ildönümünü qeyd edirlər. Lakin bununla belə İran xalqı yorulmayan ruhiyyə ilə dəqiq elmlərdə, texnologiya sahəsində, tibb, nanotexnologiya, biotexnologiya və digər sahələrdə böyük irəliləyişlər əldə etmişdir. İslam İnqilabının nailiyyətlərinə xülasə olaraq nəzər salsaq dünya statistikasında görərik ki, İran xalqı elmi inkişaf etdirməklə dünyada yeni sivilizasiya mərkəzinə çevrilməyə çalışırlar. Əgər bəzi rəqəmlərə diqqət yetirilsə bu iddianın dərinliyi anlaşılar:

Hal-hazırda İran oftalmologiya üzrə dünyada 1-ci, uşaq ürək cərrahiyyəsi üzrə 1-ci, orqan köçürülməsində 3-cü, ümumi tibb üzrə 17-ci yer, dərmanların 97% daxildə istehsalı, yoluxucu xəstəliklərin kökünün kəsilməsi üzrə 1-ci, İslam ölkələri çərçivəsində elmi ixtiraların qeydi üzrə 1-ci, dünyada elmi rütbəyə görə 16- cı yer, elmi müraciətlər üzrə 17-ci, ölkədə 90 % savadlılıq dərəcəsi, ana hüceyrələr üzrə dünyada 2-ci yer, kosmik işlərdə dünyada 8-ci, vaksin istehsalında 100 % özünütəmin, atom enerjisi elmi üzrə dünyanın 5 ölkəsindən biri və digər statistikalar elmi dərəcənin göstəricisidir. Ümumdünya təşkilatları İranda elmin inkişafını dünya ilə müqayisədə 11 dəfə çox olduğunu bildirmişlər.

Ancaq yeni İslam məsələsinin siyasi mövzulara daxil olması daha mühümdür və İslam ölkələrinin güclənməsi ilə bu mövzu siyasi ədəbiyyatda özünə yer tutur. Daxilində siyasi və mədəni dialoqları olan İslam sivilizasiyası İslam ölkələrinin onun gözəl naxışları rolunu oynayan xalça kimidirlər.

İran, Türkiyə, Malaziya, Pakistan və digər güclü İslam ölkələrinin olması, siyasi rasionallıq, aralarında olan müştərəklik, onlarda olan elm və texnologiya inkişafı insanda aşağıdakı sualları yaratmış olur:

Həqiqətən dünyada yeni islam sivilizasiyası formalaşmaqdadır?

a)Keçmiş islam sivilizasiyalarının yeni islam sivilizasiyası ilə fərqi nədir?

b)İslam ölkələrinin yeni islam sivilizasiyasında rolu nədir?

c)Yeni islam sivilizasiyasının modern Qərb sivilizasiyası ilə fərqi nədir?

d)Yeni islam sivilizasiyasında siyasi rasionallığın yeri haradadır?

e)Yeni islam sivilizasiyası qədim islam sivilizasiyasının dirildilməsidir yoxsa yeni xüsusiyyətlərə malikdir?

Bildiyimiz kimi islam sivilizasiyası müxtəlif dövrləri arxada qoymuşdur. Onlardan aşağıdakılara işarə etmək olar:

Təməl qoyma və islam sivilizasiyasının yaranması (İslam Peyğəmbərinin (s) bərəkətli həyatı dövrü)

İmam sadiqin (ə) əzəmətli elmi hərəkatı dövrü, islam sivilizasiyasının təməli qoyulan dövrə birləşik dövr

Hicri IV-V əsrlərdə olan parlaq sivilizasiya:

Bu dövrə Qərb alimlərindən olan Adam Metezin dediyi kimi İslam renesansıdır və İmam Baqir (ə) və İmam Sadiqin (ə) elmi hərəkatına borcludur. Bu dövürdə Xarəzmi, Zəkəriyya Razi, Farabi, Əbu Reyhan Biruni, İbn Sina və İbn Rüşd kimi alimlər olmuşlar.

Dörd əsr ardıcıl islam sivilizasiyasının enişi

Səvəfi əsri və islam aləmidnə elmin inkişafı

Səfəvilər dövründə islam sivilizasiyası şiə təfəkkür və mədəniyyətinin sayəsində yenidən dirçəldi. Şeyx Bəhayi, Mir Damad, Əllamə Məclisi və Molla Sədr kimi alimlərin ortaya çıxması buna sübutdur.

Qacarlar dövrü Qərbdə sənətin inkişaf ilə eyni zamanda olmuş və islam sivilizasiyası özünün qürubunu yaşamışdır.

İran İslam Respublikasını Ali Dini Rəhbəri yeni islam sivilizasiyasının yaranmasını islam ümmətinin nizamlı və yeni hədəfli maddi və ənəvi inkişafların yaranmasıda bilirlər və bunlar islam təlimlərinin əsasında bütün ictimai cəmiyyətlərdə öz məqsədlərinə yaxınlaşır.

Belə bir sual meydana çıxır ki, islamdünyasında yeni islam sivilizasiyasının yaranmasının əlamətləri görünür? Cavabında demək lazımdır ki, islam sivilizasiyasının parlaq keçmişinə nəzər salsaq islam ümməti arasında mühüm mənəvi bir dəyərdir. Özünə inam, etimad, güclü iradə, güclü və təhlükəsiz islam dövlətlərinin yaranması bir çox islam ölkələrində yeni sivilizsiya əsası olaraq istehsal qüdrəti və islam yaşayış tərzi və onun dünyada yayılması, yeni islam sivilizasiyası atmosferi kimi günbəgün zəifləyən Qərb sivilizasiyasının rəqibi olaraq müxtəlif sahələrdə zəifliklərə və hədələrə qələbə çalmaqla, elm və texnologiya istehsalı ilə bugünkü dünyada yeni islam sivilizasiyasının formalaşması mümkündür.

Yeni islam sivilizasiyasının xüsusiyyətlərindən dinin əsas olması, nizamlı dini fikirin olması ədalətin əsas olması , zülmə qarşı olmaq, tədrici olması, elmpərəst olması, abadlıq sevməsi və kasıbçılığıa qarşı çıxması, yaradıcı və yenilikçi olması, yüksəliş sevən olması, insan tərbiyə edən, sülhpərvər, sakitlik sevən və hamıya aid olması kimi xüsusiyyətləri qeyd etmək olar.

Belə bir sual da ortaya çıxı bilər: Niyə islam sivilizasiyası ilə qeyri-islam sivilizasiyası arasında fərq qoyulur? Cavabında yeni islam sivilizasiyasının sekular Qərb sivilizasiyası ilə aşağıdakı  fərqlərini demək olar:

1. İslam sivilizasiyasına hakim təfəkkür islam dünya görüşünə söykənir və onun yaradılışa, Qiyamətə, səadətə və s… fərqlidir

2. İslam sivilizasiyasının qanun və nizam əsasları sekular və humanist sivilizasiyanın əksinə olaraq islam şəriətidir.

3. İslam sivilizasiyası və sekular sivilizasiyanın tərəqqi mövzusunda fərqləri. İslam sivilizasiyası inkişafı və ədaləti hamıya aid bilir və cəmiyyətə hakim ruhun dini mədəniyyət qələmə verir.

4. İslam sivilizasiyasının məqsədlərində dünyanın əsil olmasını inkar edərək ölümdən sonrakı əbədi həyatı önə çəkir, sivilizasiyalı islam cəmiyyəti insanın əbədi həyat yoluna çevrilir.

Sivilizasiyalar adətən bir və ya bir neçə nöqtədə çiçəklənirlər və sonralar başqa bölgələrə yayılırlar. Bu gün İran İslam Respublikası yeni islam sivilizasiyasının mərkəzi və çiçəkləndiyi yerdir, bu sivilizasiyanın islam dünyasının digər nöqtələrinə siraət etməsi mümkündür. Biz Türkiyə və Malaziya kimi digər islam ölkələrində islam sivilizasiyası meydanı kimi islam sivilizasiyanının bariz nümunələrini müşahidə edə bilərik. Bununla belə yeni islam sivilizasiyası digər ölkələrə də yayıla bilər.

Bu gün İslam dünyasının hər bir ölkəsi islam sivilizasiyasında öz rolunu oynayır və bir çox şəhərlər inkişaf mərkəzləri ola bilər. Bəzi şəhərlər və məkanlar tarixi keçmişi və sivilizasiya tirixinə görə öncül ola bilərlər. Elm, qüdrət, alim, texnologiya və digər yeniliklərdə öncül ola bilərlər.

İslam dövlətləri arasında əməkdaşlıq nə qədər çox olarsa yeni islam sivilizasiyası da daha tez və rahat formalaşar və dünyada islam sivilizasiyası əsərləri nə qədər çiçəklənərsə dünya islam ümməti üçün daha təhlükəsiz, sağlam və rifah içində olar. İslam sivilizasiyasında düşüncə, dialoq, sülh şəraitində yaşamaq mədəniyyəti islam təfəkkürünə əsasən daha da çoxalacaq və dini və siyasi rasionallıq ona hakim olacaqdır. Ancaq bu sivilizasiya həmin qədim sivilizasiyadır ya yox sualının cavabında müxtəlif cavablar vardır ancaq onların oxşarlıqlarını nəzərə almamaq olmaz. Lakin onlar bir olmayacaqlar çünki zamanə fərqi, elm və texnologiyanın inkişafı yeni dünyada daha çox fərqlidir.

Qeyd etmək lazımdır ki, bu məqalə bir çox saytlarda çap edilmişdir. Həmin saytların linkləri ilə aşağıda tanış ola bilərsiniz:

http://www.tezadlar.az/index.php?newsid=67183
https://vetenugrunda.az/rubrikalar/siyas-t/yenid-n-dirc-l-n-i-slam-sivilizasiyasi?fbclid=IwAR0nP6UVoPeQ3UeHriDSemygclYDXAwj7ULLfrCcJLrg0bqEi4TeslBDosk
http://avrasiya.info/publisistika/8895-yenden-drcelen-slam-svlzasyas.html?fbclid=IwAR2OTdr7i7Z-43zdQVRRLgIoTyg2_cgBGlwGwbGwtkHIvUvk_6ihQLTeuLQ
https://salamnews.org/az/news/read/412256?fbclid=IwAR1iJy2vuYuy9_60Gvd5wrgu3JETNSFRLKiKWtYzkgW_7SKhK0sUyjXmnjw
http://milletinsesi.info/article/az/268391
https://qaziler.az/news.php?id=97930#.YCbLFP1zyUk
http://seherxeber.org/article/az/261980?fbclid=IwAR2fcjTXRMFeY_QmC98xf3pGcyt3C-4wnCVqJSrFhfjcspmFzea_Pjrb9as
https://ethnoglobus.az/index.php/blizhnij-vostok/iran/item/3812-yenid-n-dir-l-n-islam-sivilizasiyasi?fbclid=IwAR24BX5Z2ZBBj0rAIgmuOys7lRZtEHhFeGCQjiBOr1Z0GULFnLs_tIqEmyE
https://hergun.az/article/az/38942?fbclid=IwAR0YLP_YhsNVts5GHWma7lgLpdKtPgjDu1mEW1Uw_rXO5i7kDwkx5SWIHxU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir