Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin Xocalı faciəsinin ildönümü münasibətilə başsağlığı mesajı

26 fevral Azərbaycan tarixində dərdli bir gündür. Bu gündə 1992 ci ildə Xocalı şəhərində xoşagəlməz hadisə baş vermişdir . Bu kiçik lakin tarixi Azərbaycan şəhərində ermənilər tərəfinfən uşaqların, qadınların və kişilərin qətliamı baş vermişdir. Bir gündə 613 nəfər öldürülmüş və 1275 nəfər isə girov götürülmüşlər. Bu hadisə təkcə Azərbaycan üçün deyil müasir dünyada bütün insaniyyət və insan vicdanlarına ağır bir zərbə idi ki, necə ola bilər ki, uşaqlar və hamilə qadınlar hərbi qrup tərəfindən amansızlıqla qətliam edilmişlər. Bu hadisə şücaətli jurnalist Çingiz Mustafayev tərəfindən faş olundu və onun səyləri ilə dünya bu cinayət və onun təfərrüatı ilə tanış oldu.

Bu münasibətlə Ana harayı abidəsi  Bakının Şah İsmayıl Xətai metrosunun yaxınlığında qoyulmuş və hər il bu soyqırım günü Azərbaycan Respublikasının Prezidenti və minlərlə insan buranı ziyarət edərək öz ehtiramlarını bildirirlər.

Bu ağrılı hadisə münasibətilə bütün azad vicdanlara və şərafətli Azərbaycan xalqına başsağlığı veririk.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir