Cümə, Oktyabr 30Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzi tərəfindən İranla Azərbaycan arasında ədəbi körpünün təşkili

İran Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Yazıçılar İttifaqı və İranın Kitab Şəhərinin iştirakı ilə 26 fevral tarixində İranla Azərbaycan arasında ədəbi körpü təşkil olunacaq. Cənab Saleh Səccadi, cənab Mustafa Məstur, cənab İsmayıl Əmini bu görüşdə iştirak edəcək Səlim Babullaoğlunun “Axı sən hardan bilirsən əzab nədir?” adlı şeirlər kitabı barədə fikirlərini bölüşəcəklər. Kitab Şəhəri Mədəniyyət Mərkəzi “İranla Azərbaycan arasında ədəbi körpü” təşkil edərək iki ölkənin müasir şair və ədiblərini bu görüşə dəvət etmişdir. Səlim Babullaoğlunun “Axı sən hardan bilirsən əzab nədir?” adlı şeirlər kitabı Saleh Səccadi tərəfindən tərcümə edilərək “Çeşmə” nəşriyyatında çap olunmuşdur.

Səlim Babullaoğlu  Azərbaycanın müasir şairlərindən biridir və onun əsərləri ingilis, rus, fransız, alman, polşa dillərinə tərcümə edilərək çap olunmuşdur. Onun əsərləri bir neçə milli və beynəlxalq mükafatlara layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir