Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasında keçirilən Bahar festivalında iştirak etmişdir

Novruz bayramı ərəfəsində təşkil olunan Bahar festivalında İran Mədəniyyət Mərkəzi də iştirak etmişdir. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Quba Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunmuşdur. Mədəniyyət Mərkəzi bu festivalda İranın adət-ənənələri, incəsənət və əl işlərini nümayiş etdirmişdir. Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək qonaqları salamlamışdır. O, bildirmişdir ki, Novruz dostluq və mehribanlıq bayramıdır, təbiətin baharı ilə xeyir və bərəkət gətirir.

 Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin sədri cənab Farsi bayram münasibəti ilə təbriklərini deyərək qeyd etmişdir ki, Novruz ən qədim ayinlərdən biridir və iki ölkənin mədəniyyət və tarix müştərəkliklərindən sayılır. Qeyd etdi ki, Novruz sülh və məhəbbət üçün gözəl fürsətdir. O, çıxışında İranda olan Novruz adətləri barədə danışdı.

Tədbirin davamında qonaqlar və səfirlər sərgi ilə tanış oldular. Sərginin İran bölməsi qonaqların və sərgiyə gələnlərin xoşuna gəldi. Onlar İranın əl işləri , incəsənəti və tarixi  ilə tanış oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir