Cümə, Oktyabr 30Rəsmi Sayt

İbrahimi Türkmən: “İranın Ali dini lideri Ayətullah Əli Xameneyi həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub və olacaqdır”

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri cənab İbrahimi Türkmən mətbuat konfransında Ermənistanın baş nazirinin İrana son səfəri barədə mətbuat konfransında demişdir: “Mənim bildiyim qədəri, İranın ali dini lideri ayətullah Əli Xameneyi həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub və olacaqdır.”

Mədəniyyət və islami Əlaqələr Təşkilatının ümumi əlaqələr şöbəsinin məlumatına əsasən Əbuzər İbrahimi Türkmən mətbuat konfransında demişdir: “Son günlərdə Azərbaycan xalqını narahat edən vəziyyət baş verib. Təəssüflər olsun ki, bu narahatlıq İranın Azərbaycan xalqı və dövləti ilə əlaqədar strategiyasının dəyişilməsi şübhəsini yaradıb”. Daha sonra əlavə edib: “İslam İnqilabının Ali lideri həmişə Azərbaycan dövləti və xalqının müdafiəçisi olub və indi də belədir.”

İranın Ali Mədəniyyət Şurasının üzvü bildirmişdir ki: “Bizim 15 qonşumuz var, Azərbaycan Respublikası onların ən vaciblərindəndir”. Daha sonra bildirmiş ki, İslam İnqilabının Rəhbəri həmişə – keçmişdə də, indi də Azərbaycan Respublikası şiələrinə öz mehribançılıq və məhəbbətini bildirmişdir.

 Qeyd etmək lazımdır ki, 27 fevral tarixində Ayətullah Xameneyi ilə Ermənistanın baş naziri arasında olan görüşdə Ali Dini Rəhbər Qarabağ münaqişəsinin həllini Azərbaycan Respublikası və Ermənistan rəsmilərinin arasında müzakirələrin davam etməsində görərək İran İslam Respublikasının bu münaqişənin həllinə kömək etməsinə hazır olduğunu bildirmişdir.

Həmçinin İranın Xarici İşlər nazirinin sözçüsü Bəhram Qasimi İran İslam Respublikası və Azərbaycan Respublikası əlaqələri barəsində demişdir: “İki ölkənin əlaqələri adət-ənənə, mədəniyyət, məzhəb kimi müştərəkliklər əsasında formalaşmışdır və həmişə Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ikitərəfli əlaqələr bütün sahələrdə inkişaf etmişdir. Bu əlaqələrin genişlənməsi iki ölkə rəsmilərinin diqqətində olmuş və olacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir