Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

İran Milli Orkestrinin sabiq dirijoru Fərhad Fəxrəddininin yaradıcılığına həsr edilmiş elmi seminar təşkil edilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İranın görkəmli bəstəkarı və İran Milli Orkestrinin sabiq dirijoru Fərhad Fəxrəddininin yaradıcılığına həsr edilmiş elmi seminar təşkil edilib. 11 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İranın görkəmli bəstəkarı və İran Milli Orkestrinin sabiq dirijoru Fərhad Fəxrəddininin yaradıcılığına həsr edilmiş elmi seminar təşkil edilib. Bu onlayn seminarda Azərbaycan Respublikasından olan 25 musiqi ustadı iştirak etmişdir. Tədbirdə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə iki qonşu xalq arasında mövcud olan dostluq əlaqələrindən söz açıb. Bildirib ki, iki ölkə arasında mədəni əlaqələr müxtəlif sahələrdə daha da genişlənərək yüksək səviyyəyə çatdırılıb. O, İran Mədəniyyət Mərkəzinin sədrinə bu tədbirdə iştirakına görə təşəkkürünü bildirdi.

Sonra elmi məruzə ilə çıxış edən İlahə İsrafilova seminarın ustad Fərhad Fəxrəddininin doğum gününə həsr olunduğunu bildirib.

O, bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə bəstəkarın İran Milli Musiqisinin tarixi, muğam, kino musiqisi, elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib.

Məruzəçi Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim şərq musiqisinin elmi tədqiqatları ilə müasir dövrün tədqiqatçılarının yaradıcılığı arasında körpü yaratdığını vurğulayıb. Daha sonra bəstəkarın məşhur əsərləri arasında “İbn Sina” süitası, Azərbaycan tarı üçün yazılmış konserti və “İmam Əli” tarixi serialından saundtreki İ.İsrafilova tərəfindən nümayiş etdirilib.

Bu çıxışdan sonra bir neçə musiqi ustadı çıxış edəərk bu mövzu barəsində çıxış etdilər.

Daha sonra cənab Fəxrəddini ilə yaxın tanışlığı olan tanınmış tarəzən Ramiz Quliyev özünün Tehranda Beynəlxalq Fəcr Festivalında olmasını xatırlayaraq demişdir: Mən cənab Fəxrəddini ilə tanışlıqdan və onunlaişləməkdən ləzzət aldım və fəxr edirəm ki, O, mənim Tehranda olan çıxışlarımda olmuş və onun elmindən faydalanmışıq. Biz bu görkəmli musiqiçidən gərək iki ölkənin musiqi əlaqələrinin genişlənməsində istifadə edək. Dünya səviyyəsində tanınan cənab Fəxrəddini bizim məntəqənin iftixarıdır. Onun İran və Azərbaycanın milli musiqisinə olan əlaqəsi sevindirici haldır. O, bir neçə dəfə Azərbaycanasəfər etmiş və Azərbaycanın qədim və yeni bəstəkarları ilə tanışdır.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan ilk öncə Məbəs bayramı münasibətilə təbriklərini bildirdi. Qeyd etdilər ki, 11 mart tarixi İranda Nizmi Gəncəvi günüdür və mübarək bir gündür. Necə ki  Nizami Gəncəvi öz şeirlərində keçmişləri təqlid etməmiş cənab Fəxrəddini də musiqi dünyasına yeni əsərlər təqdim etmişdir. Bu səbəbdən onun İran musiqisinə olan xidmətləri misilsizdir. Ustad Fəxrəddini öz  musiqisində mənəviyyat və irfana çox yer vermiş İmam Əli (ə) serialındakı musiqisi ilə İran musiqi tarixində qalacaqdır.  Cənab Fəxrəddini İranın qədim və müasir və həmçinin ərəb musiqisi ilə gözəl tanışlığı vardır. O, İranın tarixi və irfani dastanlarından ilhamlanaraq hətta atəş, ağlamaq kimi sözlərlə öz əsərlərini  (Əbu Əli Sina, İmam Əli (ə), Sərbedaran və s..) dinləyiciyə daha da yaxın etmşdir.

Cənab Purmərcan çıxışının sonunda Musiqi Akademiyasına təşəkkür edərək iki ölkə incəsənət xadimlərinin yaxın əlaqələrinə kömək etməyə hazır olduğunu bildirdi. Qeyd etdilər ki Fəxrəddini kimi ustadlar iki ölkə arasında musiqi və incəsənət körpüsü rolunu oynaya bilərlər. İki ölkə musiqiçilərinin bir birini tanıması, müştərək ifalar və sairə iki ölkənin bir birini daha da yaxından tanımasına səbəb ola bilər.

Sonda Nuridə İsmayılova bildirdilər ki, İran musiqisinin dünya səviyyəli olması imkanına malikdir və bu musiqinin Avropa və Amerikaya çatmasında Azərbaycan etibarlı və dost körpüsü ola bilər. Biz dost və qardaş İranın musiqi ustadları və musiqi qrupları ilə tanış olmaq istərdirk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir