Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

On beş Şaban və Məhdəviyyət

Hicri qəməri təqvimi ilə 15 Şaban – 29 mart tarixi islam dünyasında mühüm günlərdən biri sayılır. Çünki bu gün şiələrin 12 ci imamı Hz. Məhdinin (ə.c) mübarək mövlud günüdür. Həzrəti Məhdi hicri tarixi ilə 255 ci ildə anadan olmuş və bir müddət sonra insanların gözlərindən qeybə çəkilmişdir. Bu qeybət hələ də davam edir. Bu mövlud gününü İranda , İraqda Azərbaycanda və digər islam ölkələrində dindarlar bayram kimi qeyd edirlər.

Bu il şəmsi təqviminə əsasən (1400 cü il) 15 Şaban bayramı iki dəfə qeyd olunacaqdır. Bu da hamının sevincinə səbəb olmşdur. Bu ümid və  nur günü münasibətilə bütün dünya xilsakarını gözləyənləri təbrik edirəm.

On beş Şaban haqqında bütün islam məzhəblərinə məxsus hədis kitablarında sənədlər mövcuddur. Bu gün üçün çoxlu fəzilətlər nəql edilmişdir. Bu gündə dua etmək, oruc tutmaq, namaz qılmaq və s.. tövsiyə olunmuşdur. Yaxşı olar ki, biz müsəlmanlar bu günün və gücənin fəzilətlərindən bəhrələnək, tövsiyə olunan ibadətlərdən yerinə yetirək və İmam Zamanın (ə.c) zühuru üçün dua edək. Burada bir neçə məsələ barədə izah yerinə düşərdi:

Birinci məsələ:

Şiə məktəbində intizar savabdır. İmamSadiqdən (ə) zühuru gözləyən şəxs barədə sual etdilər. O, buyurdu: İmam Mehdini gözləyən şəxs İslam Peyğəmbəri ilə birlikdə olan şəxs kimidir. Digər yerdə isə belə buyurur: elə bil onunla birlikdə qılınc vurmuş şəxs kimidir. Qeybət zamanında imanı qorumaq çox çətindir. Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurmuşdur: Ey Əli! Bil ki, ən təəəccüblü imanlar və ən böyük yəqinlər Axirəz-zamanda olan bir qrupa aiddir. Onlar Peyğəmbəri görməyib və İmam da gözlərindən qeybdə olar. Onlar ağ üzərndə olan qaraya (kağız üzərində olan yazıya) iman edərlər. Buna görə də İmam Səccad (ə) Əba Xalid Kabuli adlı səhabəsinə belə buyurmuşdur: insanlar qeybət dövründə yaşayan insanlar əgər iki xüsusiyyətə malik olsalar bütün zamanlarda olan insanlardan üstün olarlar 1 imamətə inanmaq 2 intizar. Çünki onların imanı Peyğəmbərin və imamların sözlərinə əsasən olar. Onların heç birini görmədən iman gətirərlər. İmam Mehdi zahirdə görməsək də həyatdadır və bizlər gərək dua, sədəqə və sair ilə özümüzü ona yaxın edək.

İkinci məsələ:

İmam Zamanın (ə.c) qeybət dövründəki rəftarını bilməliyik:

1 Şiələr barədə məlumatlı olmaq. Həzrəti Məhdi (ə.c) Şeyx Müfidə belə buyurmuşdur: sizdən heç nə bizə gizli deyildir. Bu bizim canlı bir imamı gözlədiyimizi göstərir.  Digər dövrlərdə olanlar imamlarının harada olduğunu bilirdilər lakin biz bunu bilmirik. Bununla da biz onun zühurunun gözləyənlərik.

2 Şiələrin işlərinə diqqət etmək. Bəzi vaxtlar bir dua və ya bir nəzir ilə çətinliklər həll olur. İmamın özü buyurur: Əgər biz şiələrin fikrində olmasaydıq düşmənlər onları məhv edərdilər.

3 Dualarmız, sədəqə və sairə ilə İmam Zamanı xatırlatmağımız

4 Şiələrin işlərini və əməl dəftərlərini Ona verirlər. Bunlar imamın diri olması və zühur edəcəyini göstərir. Biz İmamın anadan olmasını gözləmirik, onun zühurunu gözləyirik. Diqqət etməliyik ki, bəzi şübhələr bizi yoldan azdırmış olmasın. Zühur üçün vaxt təyin edənlər yalançı insanlardır. Çünki Onun özü zühur vaxtını təkzib edir və bir yerdə buyurur: zühur üçün vaxt təyin edənlər həlak oldular.

Üçüncü məsələ: İmam zühur etdikdə haradan başlayacaq və nə işlər görəcək? Görəsən kapitalizm yoxsa kommunizm iqtisadiyyatını yayacaq?

Bu salın cavabında imamlardan nəql olunan bir hədisdə deyilir: İmam zühur etdikdə 4 iş əsas olacaq:

1 Allahın kitabına üz tutacaq və bu onu ölümdən xilas edəcək. Quranda buyurulanları yayacaq. Valideynə hörmət, insanlar arasında məhəbbət, sələmsiz iqtisadiyyat, halal yemək, qeybətsiz həyat və Allah kitabında buyurulanların hamısı.

2 Allah Rəsulunun (s) sünnəsinə əməl etmək

3 əli ibn Əbu Talibin (ə) vilayəti

4 düşmənlərindən ebzarlıq

Şiələrin əqidəsinə görə hər bir şey Quranda var və imam Mehdi (ə.c) Qurani Kərimə əsasən hərəkət edəcək

Dördüncü məsələ: bu gün İmam Zamanın zühuru islam cəmiyyətlərində bir neçə xətər ilə üzbəüzdür:

1 Birincisi budur ki, bəziləri digərlərinin cahil olmasından istifadə edərək qeybət mövzusundan suistifadə edirlər. Özlərini İmam Zaman bilir və ya onunla əlaqədə olmalarını iddia edirlər ki digərlərini öz arxalarınca çəksinlər və bu hədsilərin ziddinədir.

2 Zühur əlamətlərinin tətbiq edilməsi. Bəziləri rəvayət və hədislərdənə istifadə etməklə onları tətbiq etmək istəyirlər . misal üçün Yəmən müharibəsi, İŞID ın  qara bayraqlar ilə ortaya çıxması kimi məsələlər . Zühur üçün dəqiq vaxt deyilməyib və xalqın etiqadları ilə oynamaq olmaz. Bəli 5 qəti əlamət vardır bunlar Süfyaninin çıxması, onun Məkkə yaxınlığında öldürülməsi, Asimani səs, Yəmaninin çıxması və Nəfsi Zəkiyyənin qətli. Ancaq bütün bunlaırn nə zaman baş verəcəyini bilmirik.

3 Həmişə İmam Zamnın kobud olması göstərilir və onun hamını qılınc ilə öldürəcəyi deyilir. Burada İmamın əsl simasını göstərmirik və onun rəhmani sifətini tanıtmırıq. Onun rəftarı Peyğəmbərin (s) rəftarı kimidir. Təəsüflər onun qəzəbi mehribançılığından daha çox təbliğ olunur. İmam mehribandır və daima müsəlmanlara dua edir və onları Allah yoluna dəvət edir. əlbəttə Allah düşmənləri ilə yola getməyəcəkdir.

4 dördüncü isə vaxt təyin etməkdir. Kitablar yazaraq vaxt təyin edirlər. Ancaq İmam özü buyurur: Vaxt təyin edənləri təkzib edin. Zühur məsləsi Qiyamət məsələsi kimidir. Məxsus zamanı yoxdur və birdən başverəcəkdir. Buna görə də İmam Zamanla daima ilaqəsi olduğunu deyən yaxud o filan tarixəd zühur edəcək deyən yalançıdır.

Bu məsələlər ilə anlayırıq ki, islam dini və şiə məktəbi ümidverici və məntiqidir. Allahın rəhmani və lütf sifəti burada hakimdir.Biz İmam Zaman yolu getməklə Qeybət fəlsəfəsi və İmamın zühuru ilə xurafatdan çəkinməliyik. Dini fəlsəfənin gücü ilə bu məsələni olduğu kimi dünyaya çatdırmalıyıq. İmam Mehdi (ə.c) mehribanlıq , ədaləti sabit edən, İlahi ədaləti yayan imamdır. Bu gün bayram və  dua etmək lazımdır ki Allah Onun zühurunu tezləşdirsin. Mütləq O da bizim üçün dua edirdir. Çünki O da Peyğəmbər və digər imamlar kimi Axırzamanda  ümmət üçün narahatdır. Onlar öz imamlarını görmür ancaq yazılı olanlarla həqiqi dinə əməl edirlər.

Bir daha bu gün münasibətilə bütün müsəlmanları və azadlıq sevənləri təbrik edirəm.

Qeyd etmək lazımdır ki, İran Mədəniyyət Mərkəzinin sədri cənab Qurbanəli Purmərcanın məqaləsi aşağıdakı saytlarda dərc olunmuşdur:

http://maide.az/15_h511703.html

http://hafta.az/-bu-gun-bayram-ve-dua-etmek-lazimdir-eli-purmercan-298931-xeber.html

https://avrasiya.net/sosial/55437-15-aban-v-mhdviyyt.html

http://olkepress.com/cemiyyet/8629-15-aban-v-mhdviyyt.html

https://salamnews.org/az/news/read/416942/15-shaban-ve-mehdeviyyet/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir