Çərşənbə, İyul 6Rəsmi Sayt

Gün: Aprel 21, 2022

Sədi Şirazi

Sədi Şirazi

Xəbər Bloku
Şeyx Müslihəddin Sədi Şirazi, şübhəsiz ki, bu diyarda yaşamış ən böyük İran şairlərindən biridir və yeddi əsrdən sonra onun əsərlərinin təsiri azalmayıb və fars dili var olduqca o da var olacaq. Ədəbiyyatçılar onu “Söz ustadı”, “Söz şahı”, “Şeyxi Əcəl” və hətta mütləq şəkildə “Ustad” adlandırmışlar. Sədi Şirazda din alimləri ailəsində anadan olub. Şirazda ədəbi və dini elmlərin əsaslarını öyrənmiş, sonra təhsilini başa çatdırmaq üçün Bağdada getmişdir. Sədinin digər uzun səfərlərinin müqəddiməsi olan bu səfər hicri 620-ci ildə baş vermişdir.  Sədi haqqında qeyd edilə biləcək mühüm məqam onun həyatında qazandığı böyük şöhrətdir. O vaxta qədər, Kiçik Asiyadan Hindistana qədər müxtəlif ölkələrdən fars alimlərini tanıyanların nəzərincə az sayda şair şöhrətdə Sədiyə çata bilmişd