Cümə axşamı, İyun 17Rəsmi Sayt

Bakıda Quranla üns mərasimi keçirilmişdir

Mübarək Ramazan ayı münasibətilə İmam Həsənin (ə) mübarək mövlud günü İranMədəniyyət Mərkəzi tərəfindən Şəhriyar Mədəniyyət Evində Quranla üns mərasimi keçirilmişdir. Mərasimdə Quran qarilərindən İlkin əliyev, Rəşad Ataşov, Elnur Xudaverdiyev və Eldar Əhmədzadə iştirak etmişlər. İrandan iki nəfər Əhəmidrza Əhmədivəfa və mehdi Qulamnəjad da onlayn şəkildə tədbirə qatılmışlar. Tərbiri şair Adil Əkbərov aparmışdır. İran Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi hüccətül islam vəlmüslimin Seyid Əliəkbər Ocaqnəjad çıxış edərək bildirdilər ki, hər bir şeyin baharı var v əquranın da baharı Ramazan ayıdır. Quran oxunması onun mənasına diqqətedilməsi mübarək Ramazan ayında çox fəzilətlidir.Bu ay müqəddəs aydır və bütün asimani kitablar bu ayda nazil olmuşlar. Bu ayda quran oxumalıyıq və onun mənası barədə düşünüb və düzgün yolu tapmalıyıq.Bu proqramın Türkiyənin 12 və 14 televiziya kanallarında da yayımlanması nəzərdə tutulub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir