Cümə axşamı, İyun 17Rəsmi Sayt

Şahnamənin 1-ci cildi yenidən çap edildi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi İran Mədəniyyət və İslami İrşad Nazirliyinin əməkdaşlığı ilə Bakıda Şahnamənin birinci cildini 900 səhifədə yenidən çap etmişdir. Bu kitab məşhur şərqşünas mərhum professor Mübariz Əlizadə tərəfindən 30 il müddətinə nəzm formasında Azərbaycan dilinə tərcümə edilmişdir. Kitab ilkdəfə 2005 ci ildə İran Mədəniyyət Mərkəzi tərəfndən çap edilmişdir. Kitabın tapılmaması, universitet və elmi mərkəzlərdə ona olan ehtiyacı nəzərə alaraq Mədəniyyət Mərkəzi bu kitabı yenidən çap etmişdir. Kitab İranın Mədəniyyət və İslami İrşad nazirliyinin icazəsi ilə 500 nüsxədə Nurlar nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru professor şahin Fazildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir