Bazar ertəsi, May 23Rəsmi Sayt

Mədəniyyət Mərkəzinin sədri tanınmış yazıçı, Çingiz Abdullayevlə görüşüb

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin vitse-prezidenti, professor Çingiz Abdullayevlə görüşüb.

Azərbaycan Yazıçılar Birliyi 2000-dən çox yazıçısı olan Yaxın Şərqin ən qədim birliklərindən biridir. Qeyri-hökumət təşkilatıdır, amma dövlət qrantları alır və hər il 50 yazıçı mərkəzin təklifi ilə prezidentdən xüsusi qrant alır.

Bu ittifaqın vitse-prezidenti Azərbaycanın tanınmış elm xadimlərindən biri olan, 5 dildə sərbəst danışan və kitablarının sayı 200-dən çox adda olan, əsasən roman, dedektiv, ədəbi və fəlsəfi mövzular olan Çingiz Abdullayevdir. O, hüquq fakültəsinin məzunu olmaqla yanaşı, həm də psixologiya və ədəbiyyat sahəsində yazılar yazır. Bundan başqa, “Neftçi” Futbol Klubunun rəhbəridir. O,Azərbaycanın tanınmış simalarından biridir, onun kitabları və yazıları əksər ölkələrdə dünyanın çox  dillərinə tərcümə olunub.

O, İran və Şərq ölkələri ilə maraqlanır və İranın elm və mədəniyyət qurumları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, bir neçə dəfə İranda ziyarətdə və turist səfərlərində olub və İranın mədəniyyəti haqqında çox gözəl məlumata malikdir və onu həmişə yaxşı xatırlayır. Azərbaycan Yazıçılar Birliyində keçirilən bu görüşdə hər iki tərəf birgə elmi proqramların həyata keçirməsi, elmi dairələrdə mühazirələr oxumaq üçün professorları İrana göndərmək, birlikdə iranlı professorlar üçün mühazirələr oxumaq, məqalələr yazmaq barədə müzakirələr aparılmışdır. Həmçinin Mədəniyyət Mərkəzinin Hikmət elmi jurnalında məqalə yazılmasəı üçün razılaşdılar.  Bu ittifaqın üzvü olan yazıçılar arasından fars dili ilə maraqlananlar da Mədəniyyət Mərkəzində fars dilinin tədrisi kurslarına dəvət olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir