Cümə, Oktyabr 30Rəsmi Sayt

İmam Xomeyninin (r) baxışlarında mədəniyyət

Mədəniyyəti tanımaq islam inqilabının qalmasında mühüm və həyati məsələlərdən biri olmuşdur. Mədəniyyət hər cəmiyyətin əsas ünsürlərindən olub və həmin ölkənin siyasət və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır. Mədəniyyətin formalaşması digər sahələrdə də öz təsirlərini göstərəcəkdir. Biz bu məqalədə mədəniyyəti İmam Xomeyninin (r) baxışlarında təhlil etmək istəyirik.

Mədəniyyətin əhəmiyyəti və onun rolu

İslam inqliabı öz gəlişindən sonra dünyada belə bir şüar verdi ki, islam quruluşunun idarə edilməsi dinin ixtiyarındadır. Dövlət quruluşunda müşahidə etdiyimizin hamısı din mədəniyyəti ilə əlaqədardır. Beləliklə də islam dəyərlərinə əsaslanan mədəniyyətin yolu çox əhəmiyyətlidir və İmam bu barədə buyurur:

“Mədəniyyət barədə nə qədər deyilsə də azdır. Bilirsiniz və bilirik ki, əgər bir rejimin mədəniyyətində yoldan azma olarsa və həmin rejimin bütün orqanları və rsəmilri İlahi və insani düz yola baöğlı olarlarsa və öz millətlərinin şeytani bağlılıqlardan azadlığına əqidəlləri olarsa və bu yola davam edərlərsə və millət də həmçinin islama və onun istəklərinə tabe olarsada çox keçmədən mədəni yolda olan azma hamıya qələbə çalacaq və hamı istər istəməz yoldan azmış olacaq. Gələcək nəsli elə edəcək ki, azmış yolu gözəl və nicat olu biləcək və düzgün olmayan islamı düzgün olan islamın yerinə seçəcək və ölkənin başına gətirəcək necə ki şahlıq dövründə xüsusi ilə də son əlli ildə ölkənin başına gətirildiyi kimi”

Doğurdan da necə ola bilər ki, bütün orqanların, millətin və rəsmilərin düz yolda olduğu halda mədəni yoldan azma gözəl bir formada hamıya qələbə çala bilsin və düzgün olmayan islam doğru islamın yerinə keçsin?

Rasionallığın başlaması ilə dinlə ağıl arasında işlərin bölünməsi başladı və bu mübarizədə mədəniyyət daha güclü oldu və dünyada daha da sürətlə yayılmağa başladı. Mədəniyyət hücümunu ən çətin hücum adlandırmaq olar, çünki başqa cəmiyyətlərin taleyini dəyişdirə bilir.

Bir çox yerlərdə düşmənlərin ölkə təhsilinə hücum etmələri ilə bunu görmək olar. İmam Xomeyni (r) bu barədə buyurur:

“Görək exsport mədəniyyət bizə nə etdi və qarşısında nə etməliyik. Qərb mədəniyyətindən çıxmaq və onun yerinə milli və islami mədəniyyətin qoyulmasına cəmiyyətin bütühn sahələrində səy və zəhmətə möhtacdır. Onun yerinə yetməsi üçün uzun illər dərin kök salmış Qərb ilə mübarizə etmək lazımdır.”

Burada bilmək lazımdır ki, Qərb mədəniyyətinin xüsusiyyətləri hansılardır və onunla necə mübarizə aparmaq olar. O, bu barədə buyurur:

“Tələbələrin təhsilini bitirib İranda olan Qərb universitetlərinə və bəzən dəQərbdən fərqlənməyən Şərq universitetlərinə hücum etməsi elə bir faciə yaratdı ki, cəmiyyətin bütün sahələri birbaşa hegemon güclərə təslim edildi.”

Keçmiş rejim dönəmində İranda olan təhsil mərkəzlərinə Qərb və Şərqin təsiri ölkənin super güclərə təslim edilməsinə səbəb oldu. Nəzərə çarpan budur ki, bu mədəni hücum bir neçə ölkəyə olmamış və bütün dünyaya olmuşdur. Necə ki İmam buyurur:

“Ölkəmizin şah rejiminin mədəniyyətindən gördüyü zərər iqtisadi və digər sahələr ilə müqayisə oluna bilməz. Təəssüflər olsun ki bu ata ilə oğulun zamanında söykənəcəkləri yer millət olmalı olan təhsil mərkəzlərinə xaricilərin ayağı açıldı və bunun əksi oldu.”

Universitetlər mədəni hücum qarşısında duran ən əsas məsələlərdəndir. İmam ölkə universitetlərinin islamlaşması barədə buyurur:

” Universitet elmlərindən istədiyimiz təbii və qeyri təbii elmlər tam öyrənilməli və ilahi elmə qayıtmalıdır. Hər bir elmdə uluhiyyət olarsa yəni insan təbiəti görəndə İlahini görsün və varlıqlarda Onu gərsün. İslam təbiəti reallıq üçün ram edir və hamını tohid birliyinə aparır.”

O, müəllimlərin roluna işarə edərək deyir:

” Məbada müəllimlər digər sivilizasiya adlanan yerlərə səfərləri və ya əlaqələri ilə müstəmləkədən yenicə qurtulmuş cavanlarımızı danlamasınlar  və xaricilərin istedadlarını bütə çevirməsinlər və dilənçilik sifətini cavanlara aşılamasınlar və deməsinlər ki başqaları hara getmişlər biz harada qalmışıq. Öz insani kimliklərinə diqqət etsinlər və istiqlal yolunu diri tutsunlar”

” Bu gün dünya islamın əsil mədəniyyətinə susuzlamışdır və müsəlmanlar böyük bir islam təşkilatında Ağ və Qırmızı sarayların parıltısı və rövnəqini aradan aparacaqlar.”

” Özünü təmin etməkdə ən əsas amillərdən biri elm və təhqiqat mərkəzlərin genişlənməsi, imkanlarının hidayət olunması və cəhalət ilə mübarizə bacarıqları olan ixtiraçı və mütəxəssislərin hər tərəfli dəstəklənməsidir. Onlar Şəqr və Qərb formasından çıxaraq ölkə öz ayaqları üzərində dura bilər.”

Sonda bunu qeyd etmək yerinə düşər ki, çalışıb vəhy mədəniyyətini əsas tutmaq lazımdır.  İmam bu sözü ilə məqaləni bitirmək istəyirəm:

” Uzun müddət zəhmət çəkib buna inanmalıyıq ki özümüzün böyük insani və islami mədəniyyətimiz var”

Əsğər Farsi

İİR-in Azərbaycandakı Səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir