Cümə, Oktyabr 30Rəsmi Sayt

Gün: İyun 4, 2020

İmam Xomeyninin (r) vəfatının ildönümü münasibəti ilə Ayətullah Xameneinin televiziya çıxışı

İmam Xomeyninin (r) vəfatının ildönümü münasibəti ilə Ayətullah Xameneinin televiziya çıxışı

Xəbər Bloku
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə birbaşa yayımlanan teleçıxışında dəyişmək istəyi, marağı və dəyişiklik yaratmaq cəhdinin əzəmətli İmam Rahilin (r.ə) mühüm xüsusiyyətlərindən olduğunu dedi: "İnqilabın diri qalması üçün İmamın bu əhəmiyyətli və əməli xüsusiyyətini rəhbər tutaraq dəyişmək strategiyasını, daha yaxşı olma və sıçrayış hərəkətinə doğru daha sürətlə istiqamətlənmə bütün sahələrdə, xüsusilə geri və hərəkətsiz qaldığımız sahələrdə izləməliyik". Həzrət Ayətullah Xamenei İmamın hələ gənclik dövründən dəyişiklik ruhiyyəsində olmasına işarə edərək dedi: "İmam peyğəmbərlər kimi insanların gizli təbiətini və mənəvi instinktlərini oyadırdı. Bu xüsusiyyət İslam hərəkatından on illər