Cümə, Oktyabr 30Rəsmi Sayt

Gün: İyun 20, 2019

Bakıda “Sonuncu quş” şeirlər məcmuəsi tərcümə və çap edildi

Bakıda “Sonuncu quş” şeirlər məcmuəsi tərcümə və çap edildi

Xəbər Bloku
İran Mədəniyyyət Mərkəzi Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə birlikdə Gərus Əbülməlikianın "Sonuncu quş" şeirlər məcmusəini tərcümə və çap etmişdir. Bu kitab İran Mədəniyyyət Mərkəzinin himayəsi ilə iki dildə fars və Azərbaycan dillərində çap olunub. Kitabda müasir şeirlər toplanıb. İki dildə əsərlərin çap edilməsi tərcüməşünaslıq və həmçinin təhqiqatçılar və tələbələr üçün müqayisə baxımından çox faydalıdır. 95 səhifəlik bu kitab Məsiağa Məhəmmədi, Ümid Nəccari və Səlim Babullaoğlu tərəfindən tərcümə edilmişdir.
Bakıda müştərək İran və Azərbaycan musiqisi konserti

Bakıda müştərək İran və Azərbaycan musiqisi konserti

Xəbər Bloku
İran Mədəniyyət Mərkəzi tərəfindən İran və Azərbaycanın milli musiqisindən ibarət konsert keçirildi. Konsertdə Mərkəzin sədri cənab Farsi, professor Vamiq Məmmədəliyev, iranlı məşhur aşıq Çingiz Mehdipur, professor Valeh Rəhimov, Məmmədağa Kərimov və digər sənət adamları iştirak etmişlər. Tədbirin başlanğıcında Əsğər Farsi belə dedi:"İranla Azərbaycan Respublikası arasında çoxlu mədəni müştərəkliklər vardır ki bunlardan biridə musiqi sənətidir. Bu bizim bu sahədə olan əməkdaşlıqlarımızı daha da asanlaşdırmış olur." Daha sonra O bu böyük mirasın tanıdılmasının zəruri olmasına təkid edərək Mədəniyət Mərkəzinin müştərək konsertlərin keçirilməsinə hazır olduğunu bildirdi. Bu müştərək konsertdə Milli Musiqi Akademiyasını bitirən iki ölkədən olan tələbələr o cümlədən Behzad Bonyadi iştira