Cümə, Oktyabr 30Rəsmi Sayt

Bakıda yay fars dili kursu başlamışdır

İran Mədəniyət Mərkəzi tərəfindən yay aylarında ibtidayi və orta səviyyələrdə fars dili kursları başlamışdır.

Açılış mərasimində iştirak edən İran Mədəniyyət Mərkəzinin sədri cənab Farsi kurslarda iştirak edənlərə xoş gəlmisiniz deyərək qısa çıxışında iki ölkənin müştərək mədəniyyət və tarixinə işarə edərək fars dili və ədəbiyyatının Azərbaycan Respublikasında öyrənilməsinin daha da zəruri olmasına toxundu.

Bu siniflər ibtidayi və orta səviyyələrdə həftənin şənbə və cümə axşamları keçirilir. Tədris BDU müəllimi və AMEA nın əməkdaşı Aygün Əlizadə tərəfindən aparılır.

Həmçinin son dərsdə kurslarda təhsil alanlardan şifahi və yazılı imtahan alındı və onlara sertifikatlar təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir