
Bakıda Kəramət ongünlüyü bayramı keçirildi
4 iyun tarixində İran Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Həzrəti Məsumənin (s) və İmam Rzanın (ə) mübarək mövludları münasibəti ilə tədbir keçirilmişdir.
Mərasimdə Mərkəzin sədri cənab Farsi, İran Ali Dini Rəhbərinin nümayəndəsi hüccətül islam vəlmüslimin Seyid Əliəkbər Ocaqnəjad və Əhli Beyt (ə) sevənlər iştirak etmişlər. Qurani Kərimin oxunmasından və klipin göstərilməsindən sonra İran Ali Dini Rəhbərinin nümayəndəsi kəramət mövzusunda çıxış edərək Zilqədə ayının ilk on günlüyünün niyə Kəramət həftəsi adlandırılmasını izah etdi. hüccətül islam vəlmüslimin Seyid Əliəkbər Ocaqnəjad İlahinin təkcə kəramət mənbəyi olduğunu deyərək imamları bu kəramətə çatmaq üçün vasitə olduqlarını dedi. O dedi: “İnsana ancaq Allah qarşısında baş əymək lazım olduğunu demək lazımdır ki onun