Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Bakıda Kəramət ongünlüyü bayramı keçirildi

4 iyun tarixində İran Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Həzrəti Məsumənin (s) və İmam Rzanın (ə) mübarək mövludları münasibəti ilə tədbir keçirilmişdir.

Mərasimdə Mərkəzin sədri cənab Farsi, İran Ali Dini Rəhbərinin nümayəndəsi hüccətül islam vəlmüslimin Seyid Əliəkbər Ocaqnəjad və Əhli Beyt (ə) sevənlər iştirak etmişlər. Qurani Kərimin oxunmasından və klipin göstərilməsindən sonra İran Ali Dini Rəhbərinin nümayəndəsi kəramət mövzusunda çıxış edərək Zilqədə ayının ilk on günlüyünün niyə Kəramət həftəsi adlandırılmasını izah etdi. hüccətül islam vəlmüslimin Seyid Əliəkbər Ocaqnəjad İlahinin təkcə kəramət mənbəyi olduğunu deyərək imamları bu kəramətə çatmaq üçün vasitə olduqlarını dedi. O dedi: “İnsana ancaq Allah qarşısında baş əymək lazım olduğunu demək lazımdır ki onun kəramət gövhərinə zərər dəyməsin və kamala çatsın. İnsan Allaha itaət etməklə ruhun yüksəlişinə çatır və alçaqlıqdan uzaq olur”.

Tədbirin davamında ilahi mahnılar qrupları, şairlər gözəl musiqi və şeirlər ifa etdilər.

Tədbirin haşiyəsində tanınmış xəttat Cavanşir Məmmədovun əl işlərindən ibarət sərgi də nümayiş olundu.

Qeyd etmək lazımdır ki Zilqədə ayının ilk on günlüyü Həzrəti Məsumənin (s) və İmam Rzanın (ə) mövludları münasibəti ilə Kəramət ongünlüyü adlandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir