Cümə axşamı, Fevral 25Rəsmi Sayt

Əsğər Farsi İlahiyyat İnstitutunun rektoru ilə görüşmüşdür

29 iyul tarixində İran Mədəniyyət Mərkəzinin sədri cənab Farsi İlahiyyat İnistutunun rektoru cənab Ceyhun Məmmədovla görüşüb danışmışdır.

İlahiyyat İnstitutunun rektorunun dəvəti ilə keçirilən bu görüşdə iki ölkə arasında elmi təcrübələrdən istifadə və elmi əməkdaşlıqlar barədə danışıldı.

Görüşün əvvəlində cənab Ceyhun Məmmədov institutun elmi fəaliyyəti barədə məlumat verərək buranın təsis edilməsində əsas məqsədlərdən birinin Azərbaycan xalqının milli və mənəvi dəyərlərinin qorunması olduğunu dedi. Bildirdilər ki İran islam dünyasının inkişaf etmişölkələri arasında irəlidə duranlardandır, ilahiyyat sahəsində və digər elmi sahələrdə gözə çarpacaq dərəcədə inkişaf etmişdir.

Mədəniyyət Mərkəzinin sədri cənab Farsi  iki ölkənin tarixi, mədəni  və xüsusi ilə dini müştərəkliklərinə toxunaraq bildirdilər ki, İran Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının İlahiyyat İnistututu ilə İran İslam Respublikasının universitetləri o cümlədən Came Mustafa və Təqrib Məzahib universitetləri ilə yaxınlaşması sahəsində hər cür əməkdaşlıq etməyə hazırdır.

Bu görüşdə düzgün dini təhsilin islam dünyasının problemi olan ifratçılıq ilə mübarizədə düzgün yol olduğu bildirildi.

Mədəniyyət Mərkəzinin sədri iki ölkə arasında elmi sahədə o cümlədən ilahiyyat sahəsində əlaqələrin genişlənməsinə təkid etdi. O. müsəlmanlar arasında vəhdətin zəif lmasından təəssüfləndiyini bildirərək dedi: Qurani Kərim müsəlmanların birlik amilidir və ona əməl etməklə islam cəmiyyəti vahid ümmətə çevrilə bilər və heç bir düşmən cürət edib onun inkişafının qarşısını ala bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir