Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

Gün: Avqust 3, 2018

Titovak teatrı Bakıda “İlahi komediya”-nı səhnəyə qoydu

Titovak teatrı Bakıda “İlahi komediya”-nı səhnəyə qoydu

Xəbər Bloku
29 iyun tarixində Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Musiqili teatrında Titovak teatrı tərəfindən "İlahi komediya" tamaşası nümayiş olundu. Titovak teatrı az müddət ərzində çoxlu mükafatlar əldə etmişdir. Açılışda Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev, İranın Azərbaycandakı səfiri cənab Cahangirzadə, Mədəniyyət Mərkəzinin sədri cənab Farsi, Mətbuat işləri üzrə müavin cənab Soltanifər, incəsənət işləri üzrə müavin Seyid Məhəmməd Müctəba Hüseyni də iştirak etmişlər. Seyid Müctəba Hüseyni çıxış edərək qeyd etdi ki, teatr incəsənətin bir qolu kimi tarix boyunca insanlarla çoxlu bağlılığa malikdir və əlaqələrin qurulması üçün yaxşı fürsətdir. İki ölkənin müştərək ədəbiyyat və incəsənəti te
Mədəniyyət Günləri çərçivəsində “Məhəmməd Rəsulullah (s)” filmi ekrana çıxdı

Mədəniyyət Günləri çərçivəsində “Məhəmməd Rəsulullah (s)” filmi ekrana çıxdı

Xəbər Bloku
29 iyun tarixində Nizami kino mərkəzində Məcid Məcidinin çəkdiyi "Məhəmməd Rəsulullah (s)" filmi tamaşaçılara göstərildi. Öncə Farabi kino fondunun müdiri cənab Əlireza Tabeş çıxış edərək bildirdi ki, Məcid Məcidinin ustalığı məntəqədə əməkdaşlıq üçün gözəl nümunədir. Bu əməkdaşlıqlar müştərək film çəkilişləri və təcrübə mübadilələri ola bilər. Kino sahəsində iki ölkə əməkdaşlıqlar edə bilər. Daha sonra dünya şöhrətli kino rejissor Məcid Məcidi səhnəyə çıxaraq özü çıxış etdi: "Gec olmasına baxmayaraq bu filmin Azərbaycanda göstərilməsinə çox şadam. Film 12 il əvvəl Danimarkada mənə mükafat vermək istədikləri vaxta qayıdır və o zaman islam peyğəmbəri əleyhinə orada karikaturalar dərc olunurdu. Müsəlman incəsənət xadimi kimi narahat oldum və bu mükafatı ala bilməyəcəyimi dedim. Digər tərə
Mədəniyyət və incəsənət Tehranla Bakı arasında əlaqələri genişləndirmək üçün böyük potensialdır

Mədəniyyət və incəsənət Tehranla Bakı arasında əlaqələri genişləndirmək üçün böyük potensialdır

Xəbər Bloku
Azərbaycan Milli Xalq Çalğı Orkestrinin drijoru Ağaverdi Paşayev müştərək proqramların icra edilməsinə təkid edərək bildirdi ki, gərək iki ölkə arasındakı əlaqələrin genişlənməsində mədəniyyət və incəsənətdə olan potensialdan istifadə edək. O, İran Milli Orkestrinin Filarmoniyada olan çıxışı barədə bildirdi ki, bu orkestrin yüksən imkanları vardır və dünyanın hər bir yerində proqramlar icra edə bilər. Qeyd etmiş ki, indiyə qədər Azərbaycan Milli orkestri Fəcr festivalında İsfahan, Zəncan, Şiraz kimi şəhərlərdə konsert vermişdir. O, müştərək ifaya maraqlı olduqlarını bildirdi. Çünki yaxın günlərdə Milli Orkestr Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət Günlərinin keçirilməsini mühüm hadisə adlandıraraq keçən il İranda Azərbaycan Respubl
İranla Azərbaycan arasında müştərək film çəkilişləri başlayır

İranla Azərbaycan arasında müştərək film çəkilişləri başlayır

Xəbər Bloku
Mədəniyyət günləri çərçivəsində Bakıya səfər edən Farabi kino fondunun müdiri Əlireza Tabeş bildirdi ki, müştərək film çəkiləcək. Filmin azərbaycanca adı "Eşq qalası", farsca isə "Hay voltaj" adlanır. Filmin rejissoru İlham Qasımov və prodüsseri isə Şəhab Rəzəviandır. Bu film Hilac şirkəti, Farabi fondu və bir də Azərbaycan kino şirkəti tərəfindən çəkiləcək. Çəkilişlər Bakıda və İranda aparılacaq. Bu filmin çəkilməsi ilə iki ölkənin kino sahəsindəki əlaqələri yeni fəslə qədəm basmış olacaq. Çəkilişlərin iki-üç ay ərzində bitəcəyi gözlənilir.
İran Mədəniyyət Günləri Milli Orkestrin çıxışı ilə açıldı

İran Mədəniyyət Günləri Milli Orkestrin çıxışı ilə açıldı

Xəbər Bloku
İran Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 iyun tarixində İran Milli orkestrinin çıxışı oldu. Orkestrin drijoru Firudin Şahbazian və müğənni Salar Əqili olmuşlar. Azərbaycan Dövlət Filarmoniyasında baş tutan bu tədbirdə Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev, cənab səfir Cahangirzadə, Mədəniyyət Mərkəzinin sədri cənab Farsi, Mətbuat işləri üzrə müavin cənab Soltanifər, incəsənət işləri üzrə müavin Seyid Məhəmməd Müctəba Hüseyni də bu tədbirdə iştirak etmişlər. Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi çıxış edərək qeyd etdilər ki, biz və Azərbaycan milləti bu gün tanış olmamışıq, biz min illərdir tanışıq. Hafiz, Sədi, Füzuli, Nizami Gəncəvi, Şəhriyar iki ölkənin mədəniyyətində par

Bakıda mədəniyyət və incəsənət sərgisi açıldı

Xəbər Bloku
Bakıda İran Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İran Mədəniyyət günləri çərçivəsində Muzey Mərkəzində İncəsənət sərgisinin açılışı olmuşdur. Bu sərginin açılışında iştirak edən Mədəniyyət və İslami İrşad naziri cənab Salehi demişdir ki, mədəniyyət günləri iki ölkənin bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədi ilə keçirilir. Ancaq bu mədəniyyət günləri iki ölkə xalqının bir qəlbdə olmasını göstərir.  İran və Azərbaycan xalqları min illərlə bir-birinin şadlığında və qəmində şərik olublar. Onlar din, tarix, məzhəb, adət-ənənə baxımından müştərəkliklərə malikdirlər. Mədəniyyət naziri cənab Qarayev açılışda iştirak edərək qeyd etdi ki, iki ölkənin məsul şəxsləri və xalqı arasında qardaşlıq əlaqələri var və mədəniyyət sahəsində əməkdaşlıqlar bu əlaqələrin genişlənməsində

Mədəniyyət və İslami İrşad naziri Azərbaycan Respublikasının Mədəniyyət naziri ilə görüşmüşdür

Xəbər Bloku
Mədəniyyət və İslami İrşad naziri Azərbaycan Respublikasının Mədəniyyət naziri  Əbülfəs Qarayevlə görüşmüşdür. Mətbuat işləri üzrə müavin cənab Soltanifər, incəsənət işləri üzrə müavin Seyid Məhəmməd Müctəba Hüseyni , cənab səfir doktor Cahangirzadə və Mədəniyyət Mərkəzinin sədri cənab Farsi də bu görüşdə iştirak etmişlər. Tərəflər iki tərəfin mümkün potensiallarına təkid etdilər. Doktor Salehi qeyd etdi ki, möhkəm siyasi əlaqələrdən, müştərək tarixi və mədəni köklər iki ölkəni birləşdirmişdir. O, iki ölkə başçılarının davamlı görüşlərinə işarə edərək imza olunmuş sənəd və razılaşmalara əsasən iki ölkənin mədəniyyət nazirliklərinin yeni mərhələyə qədəm basdıqlarından danışdı. O, həmçinin Təbrizin islam dünyasının Turizm paytaxtı və Naxçıvanın Mədəniyyət paytaxtı seçilməsinə işarə edərək de
Tehran və Bakı mədəniyyət sahələrində əməkdaşlığa hazırdırlar

Tehran və Bakı mədəniyyət sahələrində əməkdaşlığa hazırdırlar

Xəbər Bloku
Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi Azərbaycan Prezidenti ilə görüşdən sonra demişdir: "Hər iki tərəf nəzərinə əsasən mədəniyyətə söykənməklə əlaqələri daha da fəallaşdıra bilərik.". Onun dediklərinə əsasən Azərbaycan Prezidenti də siyasi, mədəni və iqtisadi sahələrdə yaxşı əməkdaşlıqlara və imzalanan sənədlərə təkid etmişdir. Doktor Salehi mədəniyyəti ölkələr arasında daimi bir əməkdaşlıq sahəsi olduğunu qeyd etdilər.