Bazar ertəsi, Aprel 12Rəsmi Sayt

Mədəniyyət və İslami İrşad naziri Azərbaycan Respublikasının Mədəniyyət naziri ilə görüşmüşdür

Mədəniyyət və İslami İrşad naziri Azərbaycan Respublikasının Mədəniyyət naziri  Əbülfəs Qarayevlə görüşmüşdür. Mətbuat işləri üzrə müavin cənab Soltanifər, incəsənət işləri üzrə müavin Seyid Məhəmməd Müctəba Hüseyni , cənab səfir doktor Cahangirzadə və Mədəniyyət Mərkəzinin sədri cənab Farsi də bu görüşdə iştirak etmişlər. Tərəflər iki tərəfin mümkün potensiallarına təkid etdilər. Doktor Salehi qeyd etdi ki, möhkəm siyasi əlaqələrdən, müştərək tarixi və mədəni köklər iki ölkəni birləşdirmişdir. O, iki ölkə başçılarının davamlı görüşlərinə işarə edərək imza olunmuş sənəd və razılaşmalara əsasən iki ölkənin mədəniyyət nazirliklərinin yeni mərhələyə qədəm basdıqlarından danışdı. O, həmçinin Təbrizin islam dünyasının Turizm paytaxtı və Naxçıvanın Mədəniyyət paytaxtı seçilməsinə işarə edərək demiş ki, bu iki hadisə mədəni əlaqələrin genişlənməsi üçün xüsusi bir şərait yaradır və mədəniyyət günlərinin keçirilməsi bu yeni dövrün başlanması üçün yaxşı başlanğıc ola bilər.

İki ölkə arasında müştərək kino çəkilişinə başlanmışdır və iranlı kinomatoqrafçılar qısa kursların keçirilməsinə hazırdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir