Cümə, Oktyabr 30Rəsmi Sayt

Bakıda Koronavirusla mübarizə edən həkimlərin mükafatlandırma mərasimi keçirildi

19 avqust Bakıda İran Mədəniyyət Mərkəzinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Əbu Əli Sina və həkimlər  günü münasibəti ilə Şəhriyar Mədəniyyət Evində Koronavirusla mübarizə edən həkimlərin mükafatlandırma mərasimi keçirildi.

Mərasimdə İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi, yasamal rayon Heydər Əliyev Mərkəzinin direktor müavini, Bakıdakı İran klinikasının baş həkimi doktor Kənani və həkimlər iştirak etmişlər. Tədbir virusla mübarizə protokoluna uyğun olaraq açıq havada keçirildi.

Tədbirin əvvəlində İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi iki ölkə həkimlərinə koronavirusla mübarizədə göstərdikləri fədakarlıqlara görə öz təşəkkürünü bildirdi. O, İranda tibbin tarixinə işarə edərək bildirdi ki, bu elmin iftixarlarından biri İbn Sina sayılır. Onun 35 yaşında yazdığı Qanun əsəri əsrlər keçməsinə baxmayaraq islam ölkələrində və Avropada müalicə üçün istifadə olunmuşdur. O əsrlər öncə taun kimi keçici xəstəliklərlə mübarizə yollarını bildirmişdir.

O, daha sonra buyurdu ki, həkimlərin cəsarəti fədakarlığı təqdrə layiq və iftixar olunmalıdır.

Daha sonra Yasamal rayon  Heydər Əliyev Mərkəzinin direktor müavini iki ölkənin müxtəlif sahələrdə olan əlaqələrinə toxunaraq təbriri təqdirə layiq bildi və iki ölkə həkimlərinə verilən dəyəri ölkələr arasındakı əməkdaşlıqların gözəl nümunəsi olduğunu dedi.

Daha sonra İran Klinikasının baş həkimi Səid Kənani tədbir əgörə təşəkkürünü bildirdi və klinikanın 15 illik fəaliyyəti barədə məlumat verdi. Qeyd etdilər ki pandemiya dövründə bu klinika var gücü ilə çalışır.

Tədbirdə həkimlərə hədiyyələr təqdim edildi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir