Cümə, Oktyabr 30Rəsmi Sayt

Ayətullah Təsxiri vəfat etdi

“İnna lillah və inna ileyhi raciun”

İran İslam İnqilabının Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin  İslam Dünyası İşləri üzrə müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri vəfat edib. 

Ayətullah Təsxiri ürək xəstəliyi səbəbiylə bu gün (18 Avqust 2020-ci il) günorta saatlarında 76 yaşında  ikən vəfat edib. 

Ayətullah Məhəmmədəli Təsxiri mərhum Hüccətül islam Hacı Şeyx Əliəkbər  oğlu Nəcəf şəhərində dünyaya gəlib. Atası Mazandaranın Tonakabon şəhərindən olub. O, ibtidayi təhsilini Nəcəfində almış daha sona təhsilini Şəhid Məhəmməd Baqir Sədr, Seyid Məhəmməd Təqi Həkim, Şeyx Cavad Təbrizi, Sədr Badkubi və Şeyx Müctəba Lənkəraninin yanında davam etdirmişdir. O həmçinin Nəcəf universitetində ərəb ədəbiyyatı üzrə də təhsil almışdır. O, şeir və ədəbiyyat sahəsində Ayətullah Şeyx Məhəmmədrza Müzəffər, Şeyx Əbdülməhdi Mütəhhər və Şeyx Məhəmməd Əmin Zeynəddindən dərs almışdır.

1971 ci ildə Qum elmi hövzəsinə getmişdir. Orada Ayətullah Gülpaygani, Ayətullah Vəhid Xorasani və Ayətullah Mirza Hşim Amilinin dərslərində iştirak etmişdir. O, bir çox elmi müəssisələrdə tədris etmiş və islam inqilabından sonar ömrünü mədəniyyət və islam işlərinə sərf etmişdir.

Onun yazdığı kitablardan müsəlman azlıqları, çıxış yolları və problemlər, Digərləri ilə dialoq ideyaları, islam məzhəbləri arasında vəhdət və yaxınlaşma barədə, Vəzifəmiz fikirlərdə yaxınlaşma və əməldə birlikdir kitablarına işarə etmək olar. Ayətullah Təsxiri bir çox yüksək vəzifələrdə çalışmışdır.

O, bundan öncə bundan öncə Ali Rəhbər Ayətullah Xameneinin İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA) baş katibi vəzifəsində çalışıb. 

Ayətullah Təsxiri bir çox siyasi, dini və ictimai vəzifələrdə çalışmaqla yanaşı universitet və dini elmi hövzənin ustadı idi. O, dini elmlər sahəsində, o cümlədən fiqh, təfsir və İslami iqtisadiyyat barədə 50 kitabın müəllifidir. 13 kitabı fars dilindən ərəb dilində tərcümə etmişdir.

Bundan əlavə o, müxtəlif mövzularda 350 elmi məqalə təlif və ya tərcümə etmişdir.

Həmçinin universitet və hövzədə yazılan 20-dən çox elmi işin elmi rəhbəri olmuşdur.  

Ayətullah Təsxiri 650 televiziya və radioa proqramında mütəxəssis kimi iştirak etmiş və dünyanın 200 qəzet və jurnalında müsahibə vermiş və 200 beynəlxalq seminar və konfransa qatılmışdır.

Onun Ərəb dilində 30 qəsidəlik “Övraq və Ə”maq” adlı şer divanı vardır.    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir