Cümə, Oktyabr 30Rəsmi Sayt

Bakıda “Canları bahasına can qurtaranlar” adlı online rəsm sərgisi keçirildi

19 avqust tarixində Şəhriyar Mədəniyyət Evində İran Mədəniyyət Mərkəzi və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə koronavirusla gecə gündüz mübarizə aparan fədakar İran və Azərbaycan Respublikası həkimlərinin zəhmətlərini qiymətləndirmək məqsədi ilə keçirilən online sərgi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Mərasimdə İran Mədəniyyət Mərkəzinin sədri cənab Farsi, Yasamal rayon Heydər Əliyev Mədəniyyət Mərkəzinin məsul şəxsləri, Rəssamlar ittifaqının məsulları və rəssamlar iştiak etmişlər.

Mərasimin əvvəlində İran Mədəniyyət Mərkəzininsədri cənab Əsğər Farsi çıxış edərək iki ölkənin mədəniyyət, din və tarixi müştərəkliklərinətoxundu. Qeyd etdilər ki: İki ölkənin xalqının bir birinə əlaqəsi var və dövlətlər də bir biri ilə  səmimi və yaxındırlar və bunu koronavirusun yayıldığı ilk günlərdə göndərdikləri köməklər ilə sübut etdilər.

O sülh mədəniyyətinin yayılması barədə qeyd etdilər ki, internet məkan yeni ictimai əlaqə növüdür və pandemiya dövründə xalqın həyatında çox təsirli oldu və ənçox cavanlar burada olduqlarına görə onların sülhü təbliğ etməkdə rolları əsasdır.

Daha sonra Yasamal rayon Heydər ƏliyevMərkəzi sədrinin müavini Günel Həsənova çıxışedərək iki ölkə həkimlərinə bu sahədə göstərdikləri fəaliyyətə görə təşəkkür etdi.

Bu mərasimdə 99 rəsm əsəri və məqalədən 9 nəfərə mükafatlar təqdim edildi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir