Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Bakıda “Ağ geyimli mələklər” adı online sərgi keçirildi

Şəhriyar Mədəniyyət Evində İran Mədəniyyət Mərkəzi və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə koronavirusla gecə gündüz mübarizə aparan fədakar İran və Azərbaycan Respublikası həkimlərinin zəhmətlərini qiymətləndirmək məqsədi ilə keçirilən”Ağ geyimli mələklər” adı online sərgi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi, İran klinikasının baş həkimi Doktor Kənani, həkim və tibb personalının iştirak etdiyi bu tədbir koronovirus protokollarına görə açıq havada keçirildi.

Tədbirdə çıxışedən İran Mədəniyyət Mərkəzinin sədri cənab Əsğər Farsi həkimlərə təşəkkürlərini bildirərək dedilər ki, həkimlər, tibb bacıları və bütün tibbi personal gecə gündü yorulmadan koronavirus xəstələrinin köməyinə tələsirlər və istirahət üçün çox az vaxtları qalır.

O iki ölkə əlaqələrini o cümlədən pandemiya dövründəki əlaqələri yaxşı qiymətləndirdi.

O islam dinində gigiyenaya aid deyilənlərə işarə edərək dedi ki, bizim ilahi kitabımızda bu məsələ müxtəlif formalarda bildirilmişdir. Bir çox hallarda bədən və ruh gigiyenasına diqqət ayırmışdır.

İran Qırmızı Aypara klinikasının başhəkimi doktor Kənani iki ölkə tibbi heyətinin koronavirusla münbarizəsinə toxunaraq rəhbərlik etdiyi klinikanın Bakıdakı fəaliyyəti barədə danışdı.

Daha sonra Yasamal rayon Heydər Əliyev Mərkəzi sədrinin müavini Gülen Həsənova Mədəniyyət Mərkəzinə bu tədbirə görə təşəkkür edərək əlaqələrin genişlənməsindən razılığını ifadə etdi.

Bu online sərgi iki ölkə həkimlərinin fədakarlığına həsr olunmuşdur və qaliblərə hədiyyələr verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir