Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsinin Şəhriyarın anım günü və fars şeir və ədəbiyyat günü münasibəti ilə çıxışı

İran Mədəniyyət Mərkəzinin sədri cənab Əsğər Farsi 18 sentyabr Şəhriyarın anım günü və fars şeir və ədəbiyyat günü münasibəti ilə video çıxışında iki ölkənin müştərəkliklərinə işarə edərək ustad Şəhriyarı iki ölkə arasında olan möhkəm körpülərdən olduğunu bildirdi.

Mədəniyyət Mərkəzinin sədri qeyd etdi ki: “islam mədəniyyətində şeir həmişə şüurla yanaşı olmuşdur və həmçinin insanlığa eşq fars şeirinin əsas xüsusiyyətlərindəndir.”

O, Şəhriyarın şeirləinin xüsusiyyətlərinə toxunaraq dedi ki: “Şəhriyarın məcazi eşqinin həqiqi eşqə birləşməsi və Əhli Beytə (ə) olan sevgi onun şeirlərini ədəbi etmişdir.”

Əsğər Farsi İranın Hafiz, Sədi, Mövlana kimi şairlərinin əziz tutulmasınnı 12 əsrlik fars şeiri və ədəbiyyatına göstərilən hörmət saymışdır.

O daha sonra qeyd etdi : “18 sentyabr ustab Şəhriyarın anım günü İranın Ali Mədəniyyət İnqilabı Şurasının qərarı ilə fars şeir və ədəbiyyatı günü kimi qeyd olunur və bu da ona göstərilən hörməti göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir