Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Gün: Noyabr 2, 2020

Milli Kaşan Günü

Milli Kaşan Günü

Xəbər Bloku
2 noyabr İran Milli təqvimində Kaşan günü kimi qeyd olunmuşdur. Bu günün seçilməsi bir gündə (3 noyabr 1994) 95 şəhidin dəfn edilməsi ilə əlaqədardır. Kaşan şəhəri İranın ən qədim şəhərlərindən olub ipək təpələr ilə əhatələnmişdir və bura insan sivilizasiyasının ən qədim yerlərindən biridir. Qədim evlər, məscidlər, Fin bağı və muzeylər Milli və Beynəlxalq miras siyahısında qeyd olunmuş və bu tarixi və mədəni şəhəri turizm məkanlarından birinə çevirmişdir. Fin bağı, Kaşan xalı toxuma sənəti, xalça yuma ayini YUNESKO siyahənında qeydə alınmışdır.  Kaşanın Qəmsərində gülab çəkmə mərasimi bu şəhərə hər yerdən minlərlə insanın toplanmasına səbəb olur.
Rəzəvi şeir festivalı

Rəzəvi şeir festivalı

Xəbər Bloku
Hər kim biz Əhli Beytə (ə) şeir yazsa Allah ona behiştdə bir hazırlar. İmam Sadiq (ə) İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Baş Mədəniyyət İdarəsi Azərbaycan türkcəsində on beşinci Rəzəvi şeir festivalı keçirəcəkdir. Imam Rza (ə) haqqında şeiri olanlar ən çox beş şeiri aşağıda qeyd olunan ünvana göndərə bilərlər. Əsərlər həm yazılı və həm klip formasında göndərilə bilər. Qaliblərə pul mükafatı veriləcək. Pandemiya ilə əlaqədar qaliblərin hesab nömrələrinə pul mükafatı köçürüləcəkdir. Əsərlər 18 fevral 2021 ci il tarixinədək Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərinə göndərilməlidir. Anjoman_adabi@ershad-ag.ir  Azargh.shamstoos.ir  Tel: 00998149909
Sənəti Şərif Universiteti tələbə qəbul edir

Sənəti Şərif Universiteti tələbə qəbul edir

Xəbər Bloku
İran İslam Respublikasının Sənəti Şərif Universiteti Kiş adasında xarici və xaricdə yaşayan iranlılar arasında tələbə qəbulu elan edir. Hal hazırda 12 ölkədən (Kanada, Almaniya, Avstraliya, Çexiya, İngiltərə, Hindistan, İraq, bangladeş, BƏƏ, Kuveyt və Oman) tələbələr dərs oxuyurlar. Tələbələrin ümumi 25 faizi xarici tələbələrdir. Təhsil haqqında geniş məlumat əlavədə verilir.