Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Gün: Noyabr 3, 2020

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Qarabağda başlayan müharibə barədə mühüm çıxışı

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Qarabağda başlayan müharibə barədə mühüm çıxışı

Xəbər Bloku
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər televiziya vasitəsilə etdiyi canlı çıxışında əziz İran xalqını və böyük İslam ümmətini sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin mübarək mövlud ildönümü münasibətilə təbrik etdi. İslam dünyasında vəhdətin təmin edilməsinin müsəlmanların problemlərinin həqiqi əlacı olduğunu deyən Ali Rəhbər ABŞ-ın tamahkarlığı qarşısında göstərilən rasional müqavimət siyasətinə işarə edərək dedi: “İslam Respublikasının hesablanmış siyasəti ABŞ-ın hökumət başçılarının gəliş-gedişi ilə dəyişmir”. O, habelə hökumət rəhbərlərinin daha çox iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahəsinə təmərküzləşməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Son günlərin qiymət artımlarının, həqiqətən, əsası yoxdur. Hökumət rəhbər
İmam Xomeyninin (r) baxışlarında Quran adlı ikinci Beynəlxalq seminar

İmam Xomeyninin (r) baxışlarında Quran adlı ikinci Beynəlxalq seminar

Xəbər Bloku
İran İslam Respublikasında İmam Xomeyninin (r) baxışlarında Quran adlı ikinci Beynəlxalq seminar keçiriləcəkdir. Seminar İran Mədəniyyət Nazirliyi, İmam Xomeyni Təhqiqat Mərkəzi İmam Xomeyninin əsərlərini çap edən müəssisə tərəfindən keçiriləcəkdir. Məqalələr 21 dekabr 2020 ci il tarixinədək aşağıda qeyd olunan ünvana göndərilməlidir: www.imam-quran.ir
Beynəlxalq Mavəra ədəbiyyat festivalı

Beynəlxalq Mavəra ədəbiyyat festivalı

Xəbər Bloku
İran İslam Respublikasının İsfahan şəhər bələdiyyəsi fars dili bilənlər arasında Mavəra Beynəlxalq ədəbiyyat festivalı keçirir. İştirakçılar öz şeir, hekayə, ədəbi mətn və kitabların tərcüməsini bu festivala göndərə bilərlər. Əsərlər 20 dekabr 2020 il tarixinədək aşağıda qeyd olunan ünvana göndərilməlidir. əsərlər world formatında göndərilməlidir. Həmçinin müəllif özünü e mail ünvanı, ad familiyası, təhsili, əlaqə nömrəsi, şəkil və pasportunun surətini aşağıdakı ünvana göndərməlidir. İştirakçılar üçün yaş həddi yoxdur. Festivalın elektron ünvanı:  Mavara.jashnvareh@gmail.com