Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin sədri tanınmış şərqşünas və təhqiqatçı ilə görüşmüşdür

İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının üzvü , təhqiqatçı, müəllim və şərqşünas Şəfəq Əlibəyli ilə bu Mərkəzdə görüşüb danışmışdır.

Bu görüşdə Mədəniyyət Mərkəzinin sədri Şəfəq xanım Əlibəyliyə Azərbaycanda fars dilinin yayılmasında çəkdiyi zəhmətlərə görə təşəkkür edərək iki ölkənin tarixi və mədəni müştərəkliklərinə toxunaraq, fars dili və dəbiyyatının iki ölkənin ədəbiyyat və mədəniyyət sahəsindəki roluna işarə etdilər.  

Şəfəq xanım Əlibəyli də Mədəniyyət Mərkəzinə fars dili müəllim və tələbələri ilə daimi əlaqəyə görə təşəkkür etdi.
O, həmçinin Koronavirus xəstəliyinin yayıldığı zamanda fars dili tədrisinin onlayn keçirilməsinə toxundu və özünün gələcək işlərindən o cümlədən Nizaminin divanında səsin məfhumu adlı kitabı barədə danışdı. Həmçinin Füzulinin divanındakı təhqiqatı və farsca yazan türk dilli şaiirlərin üsulundan söz açdı.

Şəfəq xanım Əlibəyli Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbi məclislərin təşkilində, tətbiqi təhqiqat sahəsində daimi fəaliyyət göstərir və bir neçə dəfə elmi konfrans və seminarlarda iştirak etmək üçün İrana səfər etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir