Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Azərbaycan Respublikası Milli Orkestrinin Dirijoru: İranla sülh musiqi konsertinin keçirilməsini istəyirik

12 noyabr tarixində İran Mədəniyyət Mərkəzinin sədri  cənab Purmərcan Azərbaycan Respublikası Milli Orkestrinin Dirijoru professor Ağaverdi Paşayev və məşhur tarzən Sahib Paşaev ilə görüşmüşdür. Hər iki tərəf mədəniyyət, dil və tarix müştərəkliklərinə əsasən iki tərəfli mədəni əlaqələrin o cümlədən də musiqi sahəsində əlaqələrin genişlənməsinə təkid etdilər.

Professor Ağaverdi Paşayev bundan öncə həyata keçən müştərək fəaliyyətlərə toxunaraq və İranla Koronavirus səbəbi ilə yarımçıq qalan konsertə toxunaraq qeyd etdilər ki, inşallah Pandemiyadan sonra İranla Azərbaycan Respublikası arasında müştərək Sülh adlı konsertin keçirilməsini istəyir.

Qeyd etmək lazımdır ki Milli Orkestr 2000 ci ildə yaradılmış və bir il sonra İranda səfərdə olmuşdur. Milli orkestr bir neçə dəfə İranda konsert proqramı ilə çıxış etmiş və tamaşaçıların rəğbətini qazanmışdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir