Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi ilə görüşmüşdür

12 noyabr tarixində İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Məmməd Məmmədovla görüşmüşdür. Mədəniyyət Mərkəzində baş tutan bu görüşdə Mədəniyyət Mərkəzinin sədri İranın neçə min illik incəsənət və rəssamlıq ənənələrinə toxunaraq iki ölkə rəssamlarının iştirakı ilə rəssamlıq sərgilərinin keçirilməsini İranla Azərbaycan arasında mədəniyyət əlaqələrinin genişlənməsində mühüm saydı

Rəssamlar İttifaqının nümayəndəsi də öz növbəsində Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə ötən illərdə baş tutan sərgilərə toxunaraq İranın klassik rəsm əsərlərinin Azərbaycanın muzeylərində nümayiş olunmasını və müştərək rəssamlıq kitabının çap edilməsini təklif etdi ki bu da razılıqla qəbul edildi.

O daha sonra Pandemiya dövründən sonra müştərək rəsm sərgilərinin keçirilməsini istədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir