Cümə axşamı, Dekabr 3Rəsmi Sayt

Azərbaycan Respublikasının İlahiyyat inistutu ilə İranın elmi əlaqələri dərinləşir

12 noyabr tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan İlahiyyat İnisitutunun rektoru Dr. Aqil Şirinovla görüşmüşdür.

Bu görüşdə tərəflər elmi əlaqələrin xüsui ilə də ilahiyyat sahəsində iki ölkə universitetləri ilə əlaqələrin dərinləşməsi barədə danışdılar. Görüşün əvvəlində İnistutun rektoru Aqil Şirinov Mədəniyyət Mərkəzinin sədrinə xoş gəlmisiniz deyərək İnisitut, elmi işlər, fəaliyyət və proqramlar barədə məlumat verdi. Bildirdilər ki, dördüncü kursdan fars dili tədris olunacaq və bu dilə əlaqəsi olanlar dərslərdə iştirak edə bilərlər. Rektor bunu ikitərfləi əlaqələrin genişlənməsində müsbət adım kimi qiymətləndirdi.

Aqil Şirinov çap edilən elmi jurnal barədə də məlumat verərək bildirdilər ki, iranlı alimlərin də məqalələrini öz jurnalımızda görmək istəyirik.

Mədəniyyət Mərkəzinin sədri müxtəlif elmi sahələrdə, dini həqiqətlərin təhsil vasitəsi ilə çatdırlmasında hər cür əməkdaklığa hazır olduqlarını bildirdi.

İlahiyyat inistitutu 2012 ci ildə İslam dünyasında tolerantlıq adlı konfrans keçirmək fikirlərindədir.

Qeyd etmək lazımdır ki, İlahiyyat İnistitutu 2018 ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsis olunmuş və təsis olunmasında mqəsəd yüksək səviyyədə dini mütəxəssislərin hazırlanması və mənəvi mühitin qorunması olmuşdur.BDU İlahiyyat fakultəsi başqa bir fərmanla bu İnistituta birləşdirilmişdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir