Bazar ertəsi, Yanvar 18Rəsmi Sayt

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru ilə görüşmüşdür

İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevlə görüşmüşdür.  Görüşdə cənab Nağıyev iki ölkə arasındakı mədəni əlaqələrin genişlənməsinin iki millət arasında dostluq əlaqələrinin genişlənməsinə səbəb olduğunu dedi. Qyd etdilər ki, İranla Azərbaycanının ayrılmaz  tarixi göstərib ki, iki millət mədəni, tarixi və dini müştərəkliklər ilə bir birinə yaxşı arxa ola bilərlər. Doğrudur ki biz 70 il kommunist rejimində yaşamışıq və o zamanlar dinsizliyi təbliğ edirdilər ancaq Azərbaycan xalqı öz kimliyinə dönmüş mənəvi və vətənsevər abhavası yaranmışdır. Azərbaycan xalqı sabit etmişdir ki, səbrli və bağışlayan xalqdır və bunu 30 il sonra işğal olunmuş ərazilərigeri almaqla sübut etdik.

Cənab Purmərcan işğaldan azad olunmuş torpaqlar münasibəti ilə təbrik deyərək dedi: iranla Azərbaycan müştərək tarixə malikdirlər və iran sivilizasiyası hər iki millətə aid olmuşdur. Buna görə də İran sivilizasiyasından danışdıqda deyilir ki Azərbaycan da onun içindədir və İrnaın mədəniyyət və incəsənəti digər millətlər üçün ilham verici olmuşdur və buna görə də zaman keçməsinə baxmayaraq İran və İslam sivilizasiyası qorunub saxlanılmışdır.

Mədəniyyyət Mərkəzininsədri demişdir: bir ölkənin mövcudluğunun qorunması üçün onun dili məzhəbi və tarixini qorumaq zəruridir. Alimlər tərəfindən yazılan ensiklopediya bir ölkənin mədəniyyət və tarixinin qorunması və tanıdılması baxımından mühümdür. Bu sahədə Azərbaycanlı alimlərin iranlı alimlər ilə əlaqələrinin qorunmasını təmin etməyə hazırıq.

Milli Ensiklopediya Elmi mərkəzinin sədri qeyd etdilər ki, bura mərhum Prezident Heydər Əliyevin əmriilə təsis edilmişdir və 2007 ci ildən işlərə başlanılmış və həmin il ilk cild çap edilmişdir. Digər cildlər 200 ci ildə çap olunmuş və indiyə qədər 9 cild çap edilmiş və 10 cu cild də çapa hazırdır.

Qeyd etdilər ki,biz indiyə qədər 120 min məqalə hazırlamışıq. Azərbaycan Ensiklopediyasının hazırlanmasında iranlı alimlərdən də istifadə etməliyik.Mədəniyyət Mərkəzinin köməyi bizə bu hədəfə çatmaqda kömək ola bilər. Bizim böyük İslam ensiklopediyası və Silam Dünyası Ensiklopediyası iləəlaqələrimiz vardır. Ümid edirik ki, pandemiya bitdikdən sonra İranda Ensiklopediya məsulları ilə görüşə biləcəyik.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir