
Mərkəzi Asiya və Qafqazda Fars Dili adlı online konfrans keçirildi
Beynəlxalq Tehran kitab sərgisi çərçivəsində Mərkəzi Asiya və Qafqazda Fars Dili adlı online konfrans keçirilmişdir. Bu online konfrans Sədi Fondunun təşkilatçılığı ilə keçirilmişdir. Burada Azərbaycan Respublikasından BDU müəllimlərindən Əsmət xanım Məmmədova,Qazax və rus dilləri tərcüməçisi Aynaş Qasim, Herat universitetinin müəllimi Vahid Qəni Xosrəvi iştirak etmişlər.
Fars dilini Sədinin Gülüstan kitabından öyrənmişik
İlk öncə Əsmət xanım çıxış edərək dedilər ki,Azərbaycan Respublikasında fars dilini sevir və öyrənirlər və bu fəaliyyətlər əsrlərdir davam edir. Azərbaycan müsətəqil olmamışdan öncə xalq fars dilini sevirdi və onu Sədinin Gülüstan kitabından öyrənirdilər. Məktəblərdə də Nizaminin əsərləri tədris olunurdu.
Təxminən 100 ildir ki Bakıda BDU təsis edilib və ölkə