
İran Mədəniyyət Günləri Milli Orkestrin çıxışı ilə açıldı
İran Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 iyun tarixində İran Milli orkestrinin çıxışı oldu. Orkestrin drijoru Firudin Şahbazian və müğənni Salar Əqili olmuşlar. Azərbaycan Dövlət Filarmoniyasında baş tutan bu tədbirdə Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev, cənab səfir Cahangirzadə, Mədəniyyət Mərkəzinin sədri cənab Farsi, Mətbuat işləri üzrə müavin cənab Soltanifər, incəsənət işləri üzrə müavin Seyid Məhəmməd Müctəba Hüseyni də bu tədbirdə iştirak etmişlər. Mədəniyyət və İslami İrşad naziri cənab Seyid Abbas Salehi çıxış edərək qeyd etdilər ki, biz və Azərbaycan milləti bu gün tanış olmamışıq, biz min illərdir tanışıq. Hafiz, Sədi, Füzuli, Nizami Gəncəvi, Şəhriyar iki ölkənin mədəniyyətində par