Cümə, Oktyabr 23Rəsmi Sayt

İran haqqında

İran-böyük ümidlər ölkəsi

Sivlizasiyyaların qovşağında yerləşən, özünə məxsus coğrafi xüsusiyyətləri və təbiəti etibarilə İran tarix boyu böyük imperiyalar və mədəniyyətlər qurmuş dünya mədəniyyətini zənginləşdirən və əbədiyyət iftixar ediləcək misilsiz dühalar yetişdirmişdir. İslam dini İranda tam bərqərar olandan sonra ümummilli İran mədəniyyəti islam nuru ilə yoğrularaq özünün yüksək  zirvəsinə çatmışdır.

İrandakı xalqlar o cümlədən farslar, türklər, kürdlər, ərəblər və bəluçlar mədəni xüsusiyyətlərinə görə bir-birindən seçilsələr də, eyni xüsusiyyətlərə, eyni tarixə və dinə malik olmaları, eləcə də müştərək adət-ənənələri etibarilə bu xalqları bir-birindən ayırmaz etmişdir. İran cəmiyyətinin digər səciyyəvi xüsusiyyətlərindən biri də məsihilərin, zərdüştlərin və yəhudilərin öz müsəlman həmvətənləri ilə bir yerdə mehriban yaşamalarıdır. Bu dini etniklər tam azad surətdə özlərinin dini mərasim və ayinlərini yerinə yetirir və İranın İslami Şura Məclisi kimi  yüksək dövlət orqanlarında təmsil olunurlar. İran elə bir ölkədir ki, ilin hər bir vaxtında onun müxtəlif yerlərində dörd fəsli müşahidə etmək olar. Qarla örtülmüş uca dağlardan tutmuş ucsuz bucaqsız səhralara və meşələrə malik olan iqlim şəraiti İranı daha da rəngarəng etmişdir.

Dünya iqtisadiyyatının nisbətən zəifləməsinə rəğmən İran sabit iqtisadi şərait əldə etmişdir və bunun dəyərli nəticələri göz önündədir. Burada iqtisadi islahatları, infliyasiyanın qarşısının alınmasını, istehsalın inkişafını və iş yerlərinin artırılmasını qeyd etmək olar. İranda daxili istehsalın inkişafı son beş ildə orta hesabla illik 5.4 %, sərmayə qoyuluşu orta hesabla illik 10.1 %-dir. İran əhalisinin 63%-i 30 yaşdan aşağıdır və hal-hazırda İran dünyanın ən gənc əhalisi olan ölkələrindən biridir. 2004-cü ilin məlumatına əsasən istehsal olunan 72 növ sənaye mallarının 52 növünün istehsalı artmış və 23 növ malda 10% artım qeydə alınmışdır. Misal üçün keçən il ilə müqayisədə minik avtomobillərinin artımı 19.8 %, alminium istehsalı 17.3 %, polad isə 12.5 % artmışdır. İran hal-hazırda mis, polad və sement istehsalı üzrə Orta Şərqin ən böyük ölkəsidir. İran Qərbi Asyada minik avtomobillərinin istehsalında birinci yeri tutur.

İranda sənayesinin inkişafı üçün müxtəlif  sahələrin inkişafı tələb olunurdu ki, bunların ən başlıcası magistral yolların və dəmir yol xəttlərinin daha da artırılması idi. Bu gün Bəndər Abbas – Sərəxs dəmir yolunun birləşdirilməsi ilə İran Orta Asiyanı Fars körfəzinə və Avropaya birləşdirən ən mühüm körpüyə çevrilmişdir. Bunu 21-ci əsrin qızıl körpüsü də adlandırmaq olar. Son 10 ildə İranda həyata keçirilən fundamental lahiyələrdən biri də 37 böyük su anbarının tikilməsidir ki, bunların hamısı iranlı mütəxəssislər tərəfindən inşa olunmuşdur. Bu iş İranı su anbarı inşasında 5 ən qabaqcıl ölkələr sırasına daxil etmişdir. Son 45 ildə buğda idxalına daima möhtac olan İran 2004-cü ildə bu sahədə öz ehtiyaclarını təmin etmək iqtidarına malik oldu. Düyü və qarğıdalı kimi digər kənd təsərrüfatı məhsullarının istehsalı da son illərdə nəzərə çarpacaq dərəcədə artmışdır. Misal üçün qarğıdalı istehsalı 2005-cü ildə son dörd il ilə müqayisədə 107% artıma malik olmuşdur.

Son illərdə elmi nailiyyətlərin kəmmiyyət və keyfiyyət baxımından inkişafı İranın adını dünyanın bəzi qabaqcıl elm sahələrinə daxil etmişdir. İranlı tədqiqatçılarının və alimlərinin müasir texnologiya sahələrində parlaq və misilsiz uğurları, o cümlədən dinc məqsədlərlə atom enerjisinin alınması, genetika və biotexnologiya sahələrində nailiyyətləri ölkənin gələcək elmi üfüqlərində ümidverici perspektivlər açmışdır. Elə buna görə də 10 iranlı alim beynəlxalq elmi – tədqiqatlar müəssisələri tərəfindən dünyanın ən üstün alimləri seçilmişlər.

Şübhəsiz İranın son illərdə elmi sahələrdə müvəffəqiyyət qazanmasının əsas səbəblərindən biri gənc iranlı tədqiqatçıların dinc məqsədlərlə istifadə olunan atom texnologiyası sahəsində fəxrlə və müntəzəm surətdə əldə etdikləri uğurlar hesab oluna bilər. İranlı tədqiqatçılar atom maddələrinin dinc məqsədlərlə tibb, sənaye və kənd təsərrüfatı sahələrində istifadə etmək üçün mühüm nailiyyətlər əldə etmişlər.

İran son illərdə genetika, əsas sellullar və biotexnologiya sahələrində mühüm müvəffəqiyyətlər qazanmışdır. Belə ki, sellulların istehsalı, çoxaldılması və buzlaşdırılması zəminində dünyanın 5 ən qabaqcıl  ölkələrindən biridir. İranda elmin parlaq sıçrayışı təkcə bu sahədə  iqtisadi və mali sərmayə qoyuluşunun artırılması deyil, bəlkə də bütün İran orta məkətb və universitetlərində şagird və tələbələrin   günbəgün artması hesabınadır. Hər il universitetlərin tələbə qəbul etmək imkanları artır, belə ki, hal-hazırda universitet tələbələrinin sayı 2.5 milyon nəfərə çatmışdır. Bu rəqəm İslam İnqilabından öncə olan rəqəmlə müqayisədə 20 dəfə artmışdır. Bu gün İranda orta məktəb şagirdlərinin sayı 15 milyon nəfərə çatır ki, bu da məktəb yaşlı uşaqların 95%-ni təşkil edir. İranlı tələbə və şagirdlər hər il dünyanın müxtəlif elmi olimpiyadalarında iştirak edərək öz ölkələri üçün iftixar qazanır və bu sahədə İran dünyanın 10 ən qabaqcıl ölkələri sırasındadır.

Bu gün iranlı qadınlar barəsində səhv baxışlar islah olunub, onların inkişafı və müvəffəqiyyət qazanmaqlarına mane olan amillər aradan qaldırılıb və iranlı qadınlar arasında özünə etimad hissi artmışdır. İranlı qadınlar kişilər kimi  bütün mədəni, siyasi, iqtisadi, idman və elmi sahələrdə fəal iştirak edirlər. Misal üçün 2004-cü ildə universitetlərə və ali məktəblərə daxil olanların 62%-ni iranlı qızlar və qadınlar təşkil edirdi.

1979-ci ildə İslam İnqilabı qələbə çaldıqdan sonra İranda orta hesabla hər il bir seçki keçirilibdir, belə ki, prezident, İslami Şura Məclisinin nümayəndələri və şəhər və kənd şuralarının üzvləri xalqın birbaşa rəyi ilə seçiliblər. Bu geniş siyasi həmrəylik İran xalqının İslam dövləti və onun rəhbərləri ilə sıx və ayrılmaz surətdə birləşməsinə səbəb olmuşdur.

Gənc İran cəmiyyəti siyasi və mədəni baxımdan daima hərəkətdə olan bir cəmiyyətdir və İran xalqı müxtəlif mədəni və siyasi baxışlara malikdir. Yüzlərlə qəzet və jurnalların müxtəlif fikri  və siyasi baxışlarla mövcudluğu bu fikri və siyasi rəngarəngliyin ən mühüm təzahürüdür. Son illərdə müxtəlif nəşrlərlə birlikdə çoxsaylı radio və televiziya kanallarının açılması və genişləndirilməsi İranın mədəni inkişafının göstəricilərindən biridir.

İranlılar hələ qədim dörvlərdən bəri incəsənət əsərlərinin yaranmasında dünya xalqları arasında şöhrət qazanmışdılar. İran cəmiyyəti böyük möhtəşəm bir mədəniyyətə və İslam kimi cahanşümül bir dinə söykənərək mədəniyyətlərini daha yüksək zirvələrə aparmaqdadırlar.. Bu gün incəsənət və mədəniyyət sahədində İran kinosu yüksək zirvələri fəth edib və İran kinoları hər il onlarla beynəlxalq mükafatlar qazanırlar, belə ki İran kino sahəsi üzrə dünyanın 10 ən qabaqcıl ölkələri sırasındadır.

Bu günki İran böyük ümidlər məmləkətidir və iranlılar dünyanın digər xalqlarına yeni bir örnək təqdim etməkdədirlər. Elə bir örnək ki, İran xalqının milli və dini mədəniyyətində həmişə olub və bu örnək müstəqillik və özünəgüvənlik ruhuna söykənməklə daha çox bəhrə verməkdədir.

Dinlər, firqələr və onların ardıcıllarının sayı

İran o ölkələrdəndir ki, İslam dini buraya hicri təqvimi ilə I əsrdə daxil olmuşdur. Bu dövr Sasanilər sülaləsinin hakimiyyətinin son dövrünə təsadüf edirdi. İranlılar islam dinini tam könüllü olaraq qəbul etdilər və islam təlimləri bu ölkədə yaşayan xalqın mədəniyyəti halına gəldi. Eyni zamanda İslam dininin də keçən əsrlər ərzində İran xalqına xidmətləri olmuşdur.

İran xalqı 14 əsrə yaxındır ki, özünün əvvəlki məzhəblərini bir kənara qoyaraq böyük İslam dinini qəbul etmiş və bu əsrlər boyunca yüz milyonlarla iranlı İslam dini ilə yaşamışlar. İslam ölkələri arasında İran İslam Respublikası əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan birinci ölkədir.

Şiə məzhəbinin İrana gəlişi İslamın bu ölkəyə gəlişi ilə eyni zamana təsadüf etmiş və İranın rəsmi məzhəbi halına gəlmişdir. Şiə məzhəbi iki tarixi kəsimdə İranın rəsmi məzhəbi olaraq elan olundu. Sultan Məhəmməd Xodabəndə hicri təqvimilə VII əsrdə Şiə məzhəbinə üz tutdu, bu məzhəbi İranın rəsmi məzhəbi elan etdi və məsum imamların adına sikkələr də buraxdı.

İranlı şiə müsəlmanlar siyasi vəziyyətləri baxımından hicri təqvimi ilə onuncu əsrə qədər təqribən əvvəlki (əyyubilər və səlcuqilər dövründəki) vəziyyətdə idilər. Yəni Sultan Məhəmməd Xodabəndədən sonra şiələr bir daha təzyiq altına düşdülər. Belə ki, sünni təriqəti tərəfdarları hakimiyyəti ələ keçirdilər və ölkənin rəsmi məzhəbini dəyişdilər. Lakin bu əsrin əvvəlində I Şah İsmayıl tərəfindən Səfəvilər dövləti təsis olundu və o, Şiə məzhəbini ikinci dəfə İranın rəsmi məzhəbi elan etdi. İran xalqının əksər hissəsi Səfəvilər zamanından başlayaraq şiəliyi qəbul etdi. İranlıların şiə və müsəlman olmalarının səbəbi bu idi ki, iranlı öz ruhunun İslam dini ilə uyğun gəldiyini gördü. İranlılar ayıq, mədəniyyət və sivilizasiya sahibi olan bir xalq idilər. Onlar İslamın ruhunu və mənasını peyğəmbər sülaləsində tapdıqlarına və yalnız imamlar onların suallarına və ehtiyaclarına cavab verdiyinə görə, onlar peyğəmbər sülaləsinə başqa millətlərdən daha çox diqqət göstərirdilər. İranlını İslam dininə tərəf daha çox çəkən onların ədalət sevərliyi və İslam dinindəki bərabərlik prinsipi idi.

İran başqa ölkələrdə yaşayan şiələrin köçməsi üçün ən yaxşı məkan idi, çünki digər müsəlman ölkələri müsəlmanların yaşadığı  çox geniş ərazilərə nəzarət edən Osmanlı dövləti kimi, sünni məzhəbinin təəssübünü çəkir və eyni zamanda şiələrə qarşı düşmənçilik hissi bəsləyirdilər. O dərəcədə ki, Osmanlı dövləti bir qrup yalançı ruhanidən şiələrin müsəlman olmadığı və onların qətlinin vacib olduğu haqda imza aldı. Osmanlılar şiələri dövlət orqanlarından xaric etdilər, onlara özünəməxsus dini vəzifələrini yerinə yetirməyə imkan vermədilər, Şam şəhərində və şiə azlıqlarının yaşadığı başqa yerlərdə dini əməllərin yerinə yetirilməsinə mane oldular. Bu cərəyanlar və çətinliklər milad tarixi ilə 4 əsr davam etmişdir.

Sultan Səlim Anadoluda da 40 min yaxud da 70 min nəfəri şiə olduqlarına görə qətlə yetirdi. Hələbdə isə hənəfi Şeyx Nuh tərəfindən şiələrin kafir olması və onların qətlinin vacibliyi haqqında verdiyi fitvanın ardınca on minlərlə şiə qətlə yetirildi, qalanları isə qaçaraq canlarını qurtardılar. Hələbdə bir nəfər də olsun şiə qalmadı. Halbuki şiələr Həmədanlılar dövlətinin ilk dövrlərində Hələbə girmiş və burada geniş surətdə yayılmışdılar. O zaman Hələb fiqh sahəsində görkəmli alimlərin məskəni idi.

Başqa islam ölkələrində də baş verən bütün belə hadisələr və şiələrin məruz qaldığı təzyiqlər bu ölkələrdə yaşayan şiələrin İrana mühacirət etməsinə səbəb oldu. Nəticədə İran şiələr üçün bir növ mərkəz halına gəldi. Bu özü İranda çoxlu sayda, özü də bütünlüklə şiə təriqətinə mənsub millətlərin toplanmasına səbəbə olmuşdur.

Dinlərin və məzhəblərin ardıcıllarının faiz nisbəti və fərqi

İranın əhalisi təqribən 70 milyon nəfərdir ki, bunun 99,43%-i müsəlmanlardır. Başqa dinlərin ardıcıllarının say nisbəti aşağıdakı kimidir: xristianlar – 0.16%; yəhudilər – 0,01 %; zərdüştilər – 0,03 % və başqa dinlərin ardıcılları – 0,37 %.

İslam dinindəki 4 məzhəbin faiz nisbəti

İran İslam Respublikası Əsas Qanununun 12-ci maddəsinə əsasən, İranın rəsmi dini İslam dini və 12 imamlı cəfəri məzhəbidir. Hənəfi, Şafei, Maleki, Hənəbli və Zeydi kimi digər islami məzhəblərə də böyük ehtiram bəslənir və bu məzhəblərin ardıcılları öz fiqhlərinə əsasən məzhəbi ayinlərini yerinə yetirməkdə tamamilə azaddırlar.  İranda yaşayan sünni müsəlmanların çoxunu şafei (59 %), və hənəfi təriqətlərinin (49 %) ardıcılları təşkil edirlər.

İslam dininə görə, möminlər bir-birlərilə bərabərdirlər. Həzrəti Peyğəmbər (s. ə) də insanları qardaşlığa və dostluğa çağırmış və təfriqəyə getməkdən çəkindirmişdir.

İranda şiələrin və digər məzhəb ardıcıllarının birgə yaşayışı

İran islam ölkələri arasında yeganə şiə ölkəsidir. Bu ölkədə bütün asimani dinlər azaddır və bu dinlərin ardıcıllarının dini fəaliyyətləri üçün heç bir məhdudiyyət yoxdur və onlar öz dini mərasimlərini maneəsiz keçirirlər.

İran İslam Respublikasının Əsas Qanununda da 12 imamlı şiə məzhəbi ölkənin rəsmi məzhəbi kimi tanınmışdır. Bununla yanaşı, digər dinlər, o cümlədən sünnilər və başqa ilahi dinlərin ardıcılları hüquq və azadlıqlara malikdirlər. İranda şiələr, sünnilər və başqa dinlərin ardıcılları dinc yanaşı yaşayırlar. Onların hər biri öz dininə və məzhəbinə sadiqdirlər və İranda din və əqidə azadlığı hökmfərmadır. Həm xristianların və həm də yəhudilərin İran İslam Şurası Məclisində nümayəndələri vardır.

İran islam inqilabının qələbəsindən sonra məscidlər, mədrəsələr və İslam dini üzrə təlim mərkəzləri nəzərə çarpacaq dərəcədə genişlənmiş və dini sahədə təhsil alan tələbələrin sayı inqilabdan əvvəlki ilə müqayisədə təqribən iki dəfə artmışdır. Həmçinin sünni təriqətindən olan müdirlərin sayı 2004-cü ildə inqilabın ilk illəri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə artmışdır. Onların şəhristan və ostanlar səviyyəsində də nəşrləri vardır. Əhalisinin əksəriyyəti sünni qardaşlardan ibarət olan bəzi ostanlarda onlar özünəməxsus cümə namazını da keçirirlər. İranda hakimiyyətin mühüm qollarından biri sayılan İslam Şurası Məclisində də sünni təriqətinin ardıcılları 19 nümayəndəyə malikdirlər. Bundan başqa, ölkədə “prezidentin sünnilərin işləri üzrə müşaviri” postu da vardır.

Müsəlman əksəriyyətlə yanaşı, İranda yaşayan qeyri-müsəlman azlıqlar da bütün insani, siyasi, iqtisadi, ictimai və mədəni hüquqlara malikdirlər. Qeyri-müsəlman azlıqlara məxsus hüquqlardan dini mərasimlərin azad yerinə yetirilməsini, şəxsi işlərdə və dini təlimlər sahəsində müstəqilliyi, təşkilatlanma hüququnu, İslam Şurası Məclisində nümayəndəlik hüququnu, ictimai, inzibati və işə düzəlmək hüquqlarını göstərmək olar.

İranda turizm

Turizm sahəsində İranın ən böyük sərvəti bu ölkənin tarixidir. Bir neçə min illik tarixi olan İran mədəniyyəti və sivilizasiyasından elə böyük bir miras qalmışdır ki, yalnız maddi konstruksiyası olan nümunələrin sayı bir milyon iki yüz minə çatır. Bu üzdən də səfərlərin çoxu mədəni turizm mahiyyəti daşıyır.

İranın turizm məkanları

və şəhərlərindən bir neçəsi ilə tanışlıq

Tehran bir baxışda


İran İslam Respublikasının paytaxtını əhatə edən Tehran ostanı siyasi, ictimai, iqtisadi və mədəni baxımdan çox böyük əhəmiyyətə malikdir. Əlborz dağlarının ətəklətində yerləşən Tehran ətrafı şəhristanlar zəngin və nadir təbii gözəlliyə malikdir. Hündür Dəmavənd dağlarının aşağı hissəsində yerləşən geniş çöllər və gül-çiçəyin xalı kimi sərildiyi dərələr ilin  hər fəslində xüsusi bir mənzərə yaradır və öz füsunkar gözəlliyi ilə təbiətsevərləri buraya cəlb edir. Tehran ostanını şərq və qərb tərəfindən coşqun çaylar əhatə edir ki, bu çayların üzərində sədlər tikilməsi nəticəsində böyük və gözəl göllər əmələ gəlmişdir. Bu göllər müvafiq su idman yarışlarının keçirilməsi və əyləncələrin təşkili üçün çox münasibdir. İrandakı ən böyük xizək arenaları Tehranın şimalındakı həmişə başıqarlı olan və qış fəslinin hökm sürdüyü hündür dağların ətəyində yerləşir və turistlərin və qış əyləncə idman növləri həvəskarlarının buraya axınının intizarındadır. Tehran ostanındakı yamyaşıl əkin sahələri şəhərdən cənubda və Vəramin, Şəhri-rey və Şəhriyar şəhristanlarında yerləşir və bu ostanda kənd təsərrüfatının rövnəq tapmasına səbəb olmuşdur. Bu ostanın səfalı bağları və yaylaqları isə ostanın şimalında və Ləvasanat, Taleqan və “Rudbar-e Qəsran”-da yerləşir. Uzun müddət ərzində İranın paytaxtı olması bu ostanda xüsusilə Tehran şəhərində  mühüm tarixi və memarlıq binaları və abidələrinin mövcudluğunun əsas səbəbidir. İranda olan muzey və hotellərin əksər hissəsi Tehranda yerləşir. Tehran ostanı sənaye və ticarət baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Bu ostan iqtisadi cəhətdən İranın ən inkişaf etmiş, siyasi baxımdan isə ən əhəmiyyətli məntəqəsidir.

Xorasanın tarixi – 800 min illik rəvayət

Həzrəti İmam Rza (ə)-ın pak vücudu ilə bəzənmiş Xorasan ostanının mərkəzi olan  müqəddəs Məşhəd şəhəri İranın ən mühüm dini şəhəri olmaqla, ilin bütün günlərində qəlbində “Əhli beyt”  sevgisi olanları qəbul etməyə hazırdır. Həzrəti İmam Rza (ə)-ın pak hərəminin bu məntəqədə olması bu şəhristanın iqtisadi inkişaf və rövnəq tapmasına səbəb olmuşdur. Turizm sənayesi Məşhəddə xüsusi bir əhəmiyyət və yeri vardır. Bu şəhərin xüsusi əhəmiyyəti ilk növbədə onun ziyarət yeri olması ilə bağlıdır və iranlılar və digər müsəlman ölkələrinin vətəndaşları daim dəstə-dəstə buraya axışırlar. Müsəlman ziyarətçilərdən savayı, qeyri-müsəlman turistlərin də bir çoxu bu abidələrə tamaşa etmək  və belə ziyarətgahlarda müsəlmanları ziyarət etmək arzusu ilə yaşayırlar.

İsfahanın dünya şöhrəti

Uzun əsrlərdir ki, İsfahan şəhərini “nesf-e cəhan”, yəni dünyanın yarısı adlandırırlar. İsfahan elə bir məntəqədir ki, onun tarixi İran sivilizasiyasının tarixi qədər qədimdir. Bu diyarda bütün tarixi dövrlərə aid bədii nümunələrə rast gəlmək olar. İsfahan qədimliyi və xüsusi incəsənət, iqtisadi, sənaye, ticarət və turizm  dəyərləri baxımından dünyada xüsusi yerə malikdir. İslami İranın bu əhəmiyyətli diyarının tarixi mövcudluğu e. ə . III minilliyə gedib çıxır. İran yaylasının mərkəzində yerləşən İsfahanın təbii və coğrafi mövqeyi, münbit torpaqları və Zayənderud çayının buradan keçməsi bu məntəqənin müxtəlif tarixi dövrlərdə burada yaşayan xalqların mühüm fəaliyyət mərkəzlərindən biri olmasına və həmin xalqların əhəmiyyətli tarixi yadigarlarının öz qoynunda yaşatmasına səbəb olmuşdur. İsfahandakı qədim və qiymətli memarlıq nümunələri olan tarixi binalardan bir çoxu, o. c. böyük “Nəqş-e cəhan” meydanı milli YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır. İsfahan əl işləri də qədimdən dünyada orijinal islam və İran incəsənətinin nümayəndəsi kimi tanınmışdır və İsfahan adı çəkiləndə hər insanın yadına parlaq kaşılar, miniatür tablolar və gözəl xalçalar, qrafik rəssamlıq nümunələri düşür. İsfahan ostanında iri sənaye sahələrinin olması buranı dağ-mədən sənayesi baxımından da İranın ən inkişaf etmiş bölgələri sırasına çıxarmışdır. Təbii abidələrin və nadir və çoxlu sayda görməli tarixi məkanların olması İsfahanın qiymət və etibarını, bu diyarın dünya şöhrətini artırmış və İsfahana səyahət etməyi dünyanın müxtəlif ölkələrindən olan turistlərin ən böyük arzularından birinə çevirmişdir.

Qərbi Azərbaycan

Qərbi Azərbaycan ostanı təbii və tarixi baxımdan İranın mühüm məntəqələrindəndir. Bu ostanın ərazisində də çoxlu tarixi, dini və mədəni tikililər vardır. Azərbaycanı bu diyarın qədim tarixə malik olması nəzərə alınmaqla müxtəlif, lakin az ya çox dərəcədə oxşar adlarla adlandırmışlar. Zəngin keçmişi və enişli-yoxuşlu tarixi bu diyarda çoxlu sayda tarixi bina və abidələrin mövcud olmasına səbəb olmuşdur. bu diyarda çoxlu sayda məscidlər də vardır ki, bunlardan bəziləri, o cümlədən Urmiyyədəki Sərdar məscidi bu məntəqənin görməli yerlərindən sayılır. Urmiyyədə mövcud olan çoxlu sayda kilsələr də qiymətli tarixi və memarlıq abidələrindəndir. Milad təqvimi ilə XV əsrə aid olan qədim kilsə, Əhəmənilər dövrünə aid Təmər atəşgahı və onlarla qala, körpü, mədrəsə, hamam, məqbərə, imarət, ev, daş kətibəsi və Urmiyyə şəhərinin bazarı, gözəl və baxımlı bir kompleks əmələ gətirmişdir. Tarixi Urmiyyə məntəqəsi əsrlər bundan əvvəl sivilizasiyanın beşiyi, elm və bilik mərkəzi olmuşdur və Urmiyyə şəhəri də qədim mötəbər elm məkanı kimi məşhur olmuşdur ki, burada alimlər, fəzilət sahibləri islam fiqh prinsiplərindən, hikmət, fəlsəfə və ədəbiyyatdan dərs deyirdilər.

Təxt-e Süleyman (Qərbi Azərbaycan)

Təkab Qərbi Azərbaycan ostanının şəhristanlarından biri olub, bu ostanın cənub-şərqində yerləşir. Bu rayondakı çaylar və mağaralar, o c. məşhur “Kereftu” mağarası Təkab şəhristanının ən mühüm təbii görməli yerlərindən sayılır. Təxt-e Süleyman (YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır) və qədim “Sarı qurxan” qalası Təkab came məscidi və digər təbii və tarixi görməli yerlərlə birlikdə bu məntəqənin turizm obyektlərindən sayılır. Təkab şəhristanı da Qərbi Azərbaycanın digər şəhərləri kimi kənd təsərrüfatı məntəqəsidir və buradakı torpaqların münbitliyi və kifayət qədər suyun olması kənd təsərrüfatının rövnəq tapmasına şərait yaratmışdır.

Xuzistan ostanında yerləşən Şuş şəhəri

Şahlar şəhəri olan Akropol, sənətkarlar şəhəri Apadana, Daniel peyğəmbərin məqbərəsinin yerləşdiyi Demurqan, Şaur sarayı və Çəğazənbil şəhəri (YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır) Şuş şəhristanının qədim və tarixi görməli yerlərindən sayılır. qədim “Yeddi təpə” sahəsi Şuş şəhərindən 15 kilometr cənub-qərbdə yerləşir və adından da göründüyü kimi, çoxlu sayda təpələrdən ibarətdir. Tarixdə deyilir, Şuş və Çağazənbil arasında bir müqəddəs məkan olmuşdur ki, ola bilər bu günkü “Yeddi təpə” olsun.

Şuş şəhristanı əhalisinin əksər hissəsinin kənd təsərrüfatı ilə məşğul olur. Bu şəhristanın ən ümdə məhsulu buğda, arpa, küncüd və paxlalı bitkilərdir. Şahu çayından başlanan çoxlu sayda kiçik çayların suyu kənd təsərrüfatının ehtiyaclarını təmin etmək üçün işlədilir. Heyvandarlıq kənd təsərrüfatından sonra bu rayonun əhalisinin ikinci ümdə məşğuliyyətidir. Burada müxtəlif heyvandarlıq və süd məhsulları istehsal olunur.

Kerman ostanının gözü olan Bəm

Bəm şəhristanı Kerman ostanının şəhristanlarından biridir. Gözəl Bəm şəhəri zəlzələ nəticəsində dağıldı və bu hadisə milyonlarla iranlının ürəyinə dağ çəkdi. Lakin buna baxmayaraq, Bəm bu gün də mövcuddur. Bəm o qədər köklü və əsli olan məntəqədir ki, hətta təbiətin qəzəbi və dəhşətli zəlzələ belə onu tarixə qovuşdura bilmədi. Bəm keçmişdə Fars əyalətindəki beş kürədən biri olmuşdur. “Surət-ol lərz” kitabının müəllifi İbn Huğəl hicri təqvimi ilə XIV əsrdə bəm şəhərini Cirəftdən daha böyük, havası ondan daha yaxşı olan və çoxlu tingliklərin mövcud olduğu bir şəhər kimi təsvir etmişdir. O həmçinin Bəmdəki 3 məscidin – Xəvarec, Hezaran və Qala məscidlərinin adını çəkmişdir və bu şəhərdə toxunan keyfiyyətli və gözəl parçaları qeyd etmişdir. Müqəddəsinin “Əhsən-ül təqasim” kitabında qeyd etdiyi kimi, Bəm şəhərinin qala divarının (Ərg-e Bəm adı ilə YUNESKO təşkilatının abidələr siyahısına salınmışdır) Nərmaşir, Kousəkan, Asbikan və Kurcin adlı 4 darvazası olmuşdur. Onun sözlərinə görə, Bəm şəhərinin bazarları daha çox şəhərdən kənarda və bir hissəsi də şəhərin içində yerləşirdi. Bəm İranın cənub-qərbini Sistan, Əfqanıstan və Bəlucistanla birləşdirən yolların üzərində yerləşir. Bu üzdən də bu şəhər Sasanilər dövründən böyük hərbi və ticarət əhəmiyyəti daşımışdır. Bəm şəhəri və bu şəhərin qədim qalası mərkəzi İran yaylasının insanı heyrətə salan yadigarlarındandır.    

Zəncan ostanı və tarixi Sultaniyyə binası

Zəncan ostanı turizm sənayesinin inkişafı və turistlərin cəlb olunması sahəsində böyük imkanlara malikdir. Bu ostanın təbii görməli yerləri, o c. dağları, çayları, şəlalələri, mineral su bulaqları, təbii və süni gölləri müxtəlif şəhristanların ərazisində yerləşir. İri və məşhur çaylar və bu çayların əkin yerlərində və bağlardakı qolları, mədən suları və soyuq su çeşmələri, tarixi və təbii mağaralar, əkin yerlərinin və bağların gözəl mənzərələri bu ostanın təbii gözəlliklərini təşkil edir və hər bir seyrçinin zövqünü oxşayır.

Bu bölgənin tarixinin bir çox eniş-yoxuşlardan keçdiyinə və bəzən zorakılıq və müharibə alovlarının bu diyarın tarixinin bir çox səhifələrini və hətta bəzən bu tarixi bütünlüklə külə döndərdiyinə baxmayaraq, diyarın əsil kimlik və mədəniyyətinin zənginliyi və dərinliyi səbəbindən Zəncan ostanı bu gün də qiymətli və diqqətəlayiq bir mədəniyyəti əmanət kimi qoruyub saxlayır. Qədim və çox qiymətli saraylar, tarixi mədrəsələr, təkrarsız memarlıq üslubunda tikilmiş məscidlər, qədim bazarlar, imamzadələrin məqbərələri, qiymətli memarlıq üslubuna malik ziyarətgahlar və tarixi və dini binalar bu diqqətəlayiq mirasın yalnız bir hissəsidir. Bu ostanda mövcud olan binaların bəziləri (YUNESKO təşkilatının abidələr siyahısına salınmış böyük və tarixi Sultaniyyə binası kimi)

1-ci dərəcəli turizm əhəmiyyətinə və dünya şöhrətinə malikdir. Ən böyük və dəbdəbəli islami binalardan biri olan Sultaniyyə binası Zəncan ostanıının şərqində yerləşir. Bu ostanın bəzi digər tarixi binaları, o qədər də qədim tarixə malik olmadıqlarına baxmayaraq, memarlıq və ifadə baxımından İranın özünəməxsus binalarından sayılır ki, bunlardan bənzərsiz Camaşırxana binasını göstərmək olar.

İran mədəniyyətinin parlaq üzük qaşı – Şiraz

Şiraz İran adlı diyarın mədəniyyət və sivilizasiyasının parlaq üzük qaşı və bu ölkədəki ən gözəl və adlı-sanlı bölgələrdən biridir. Şiraz özünəməxsus tarixi keçmişi ilə qədim dünya mədəniyyətini əks etdirən bir kompleks olmaqla yanaşı, fars iqlimi mədəniyyətinin varisi, qədim kimliyinin bir nişanəsi və İranın dünya mədəniyyəti və sivilizasiyasına verdiyi qiymətli töhfədir. Şirazın xüsusi coğrafi mövqeyi sayəsində ilin 3 fəslində burada bahar havası olur. Bundan başqa, Şiraz həm də şer və şeriyyət diyarıdır və dünya ədəbiyyatının iki mirvarisi (Sədi və Hafiz) bu şəhərdə dünyaya göz açmışlar və onların bu şəhərdə yerləşən məqbərələri də ədəbiyyatsevərlərin sevimli toplaşma yeridir. Şiraz özünün şəhərətrafı bölgələri yəni Təxt-e cəmşid, Nəğş-e rüstəm və qədim şəhərləri ilə dünyanın ən qədim  sivilizasiya nümunələri komplekslərindən birini təşkil edir. Şəhərətrafında yerləşən və dünyanın bizə gəlib çatmış ən qədim nümunələri olan tarixi abidələr qədim İran mədəniyyətinə xüsusi bir etibar qazandırmışdır. Əhəmənilər və Sasanilər dövrünün iftixar gətirən tarixi abidələri, fars xalqının islama qədərki dövrlərdəki daş üzərində iş, memarlıq, kaşıkarlıq, rəssamlıq və heykəltəraşlıq sahələrindəki yüksək zövqünün göstəricisidir.

Kiş adasının görməli yerləri

Kiş adasının görməli yerlərinin çoxu təbiətin əli ilə uzun illər ərzində yaradılmış və bəşər övladının əli ilə də onlar dəyişikliklərə məruz qalmışlar. Bu adanın əsrarəngiz gözəlliklərindən birini adanın sahilləri təşkil edir. Bu sahillər çox gözəldir və belə təbii gözəlliklərə dünyada çox az rast gəlinir: suyun dərinliyinin az olması və suyun şəffaflığı səbəbindən dənizin dibi bir neçə metr dərinliyədək aydın görünür və sanki təbii bir akvariumdur.

Qumluq sahil, əyləncə məqsədli xizəksürmə, adanın ətrafına sahilboyu dolanan avtomobil yolu, 70 km-ə yaxın uzunluğu olan velotrek (burada gecədən xeyli keçənədək əyləncəli xizəksürmə idmanı ilə məşğul olurlar), velosiped kirayə stansiyaları, müxtəlif idman meydançaları: futbol, tennis, hovuz, voleybol, basketbol, şahmat, eskvaş (divar tennisi) olan olimpiya idman kompleksi, habelə bilyard və boulinq kimi idman növləri  kompleksi qonaqların ləzzət aldığı məkanlardandır.

Çoxlu sayda ceyran və quşların təbii mühitdə yaşadığı sahil parkı, quşlar parkı, ceyranlar parkı və Kiş vəhşi heyvanlar parkı, delfin parkı və delfinlərin gözəl oyunları qonaqların vaz keçə bilmədiyi gözəlliklərdəndir.

Kiş adasındakı xiyaban və bulvarlar da gözəl bir üslubda salınmışdır və buradakı dekorativ ağaclar və rəngarəng güllər sayəsində adaya xüsusi bir gözəllik bəxş edir.

Kişin qumlu sahillərindəki torpaq mərcan materialındandır və günəş şüaları altında gümüşü parlaqlıq kəsb edir. Dünyada ikinci belə yerə rast gəlmək mümkün deyildir. Kişdə dəniz şəffaf açıq mavi rəngdədir ki, bunun nəticəsində də dənizin dibi onun səthindən də aydın görünür. Kiş sahilləri dünyada ən geniş sahillərdir, çünki dünyada ikinci elə bir sahil tapmaq çətindir ki, Kişdəki sahillər qədər istifadəyə yararlı olsun və qonaqlar orada xatircəmliklə və hər cür narahatlıqlardan azad bir şəkildə istirahət edə bilsinlər.

Yeraltı suvarma kanalının tarixi 2500 il əvvələ gedib çıxır. Bu kanal ada sakinlərini içməli su sarıdan təmin edirdi, lakin hazırda 10 000 kv. metr sahəsi olan heyrətamiz bir yeraltı şəhərə çevrilmişdir.

Yunan gəmisi də Kiş adasının turistləri cəlb edən məkanlarından biridir.

Adanın yerli ağacları təbii, buranın cəzbedici və gözəl xəzinəsidir. Lur ağacı və ya müqəddəs əncir adanın ən məşhur ağacıdır. Bu növ ağaclar adanın cənub rayonlarında bitir. Lur ağacının çoxillik qabığı və əsas gövdədən asılı vəziyyətdə olan yarpaqları və kökləri onu digər ağac növlərindən fərqləndirir.  Bu ağacların kökləri elə bitir ki, çətir kimi torpaq üzərinə kölgə salır və bu ağac bir neçə yüz il ömür sürə bilir.

Astane Qüdse Rəzəvi kompleksi

Müqəddəs hərəmin ilkin illərdəki vəziyyəti. Həzrət İmam Rzanın (ə) pak cisminin dəfn edildiyi məkan Rovzeyi münəvvərə adlanır və onun üzərində əzəmətli qızılı günbəz vardır ki, bu kompleksdəki binaların mərkəzi hesab olunur.

İmamın dəfn olunduğu zamanlar müqəddəs hərəm sadə bir bina idi və o zamanın tikinti materialları ilə tikilmişdi. Belə ki müqəddəs məzar olan hissəyə açılan bir qapı olmuşdur və o zamanın sadə bəzəkləri ilə bəzədilmişdi. Üzbəüzdə yerləşən kölgəlikdən başqa bütün künclərdə kölgəliklər binadan xaricə tərəf düzəldilmişdi. Məqbərənin üzərində tək bir ədəd günbəz olmuş­dur.

O keçmiş illərdə müqəddəs ziyarətgahın ətrafındakı yerlərdə yaşayış yox idi və Tus şəhərinin iki məşhur kəndindən olan Nuğan o ərazilərdə yaşayış məntəqəsi hesab edilirdi.

Zalım hakimlərin şiələrin hərəkət və məskunlaşmalarına dəqiq nəzarəti və onlara İmamın müqəddəs məzarına diqqət yetirməyin və ziyarətin qadağan edilməsi illərin keçməsi ilə bu müqəddəs qəbrin üzərində o Həzrətə layiq binanın tikilməsinə imkan verilmədi.

Axırda müxtəlif zamanlarda hakimlərin və xalqın, xüsusi ilə də Xorasan camaatının və İmamın ziyarətinə xüsusi əlaqəsi olan insanların bu şərafətli yerin ziyarətini özlərinə vacib etmələrindən sonra burada müqəddəs binanın inşa edilməsi, bəzədilməsi və qorunmasına başladılar.

Əsrlər boyu müsəlman ölkələrin əhalisi, Xorasan vilayətinin hakim və əmirləri, vilayət və imamət məqamına xüsusi ehtiramı olan insanlar müəyyən vəsaitlər sərf etməklə buranın yenidən qurulmasında və əzəmətli olmasında çalışıblar. Aramgahın bəzədilməsi ilə yanaşı yeni binalar inşa etməklə bu müqəddəs məkanı keçmiş zamanların incəsənət nümunəsinə çevirdilər.

Başın üstü, tarixə qovuşan mədrəsə. Başın üstündə yerləşən mədrəsə ki, hal-hazırda ondan heç bir əsər qalmamışdır və qərb tərəfdə Zəncir adı ilə tanınan bazarın (Məşhədin ən məşhur və əsli bazarlarından olmuşdur və qədim sahədən böyük bazara qədər, Dudər , baş üstü, Pərizad mədrəsələri və Gövhərşad məscidi ilə eyni tarazlıqda davam etmişdir ) haşiyəsində İmam Rza (ə) ziyarətgahının yuxarı tərəfində yerləşibmiş və şimal tərəfdən İslam inqilabı həyəti, cənub tərəfdən Pərizad mədrəsəsi, şərq tərəfdən bu ziyarətgahın evləri və qərb tərəfdən isə Zəncir bazarı ilə məhdudlaşırdı.

Mədrəsənin tarixi. Bu yer İmam Rzanın (ə) müqəddəs hərəminin baş tərəfində yerləşdiyindən baş üstə yerləşən mədrəsə adlanmışdır və Məşhədin ən qədim mədrəsələrindən hesab olunur. Binanın tikilmə tarixi və kim tərəfində inşa edilməsi məlum deyildir. Ancaq Əbdülməcid Mövləvi, ingilis səyyahı Frezer və İbn Bətutənin nəzərlərinə görə onu inşa etdirən Əmir Teymurun oğlu Şahrux olmuşdur.

Qəyyumluq. Mədrəsənin banisi və qəyyumu barəsində əldə məlumat yoxdur. Qəməri 1091-ci ildə Səidəddin ləqəbi ilə tanınan Mirzə Məhəmməd tərəfindən təmir edildikdən sonra ehtimal olunur ki, o və övladları bura xaraba vəziyyətə düşənə qədər qəyyumluq vəzifəsini daşımışlar. 1203 qəməri ilində (1788) Mirzə Mehdi Şəhidin oğlu Mirzə Əbdülcavad tərəfindən mədrəsə yenidən quruldu. Məşhur alim olan bu şəxs mədrəsənin qəyyum­lu­ğunu öz üzərinə götürdü. Onun ölümündən sonra bu mədrəsənin qəyyumluğu ailəsində qaldı. Sonra Məşhəd elmi hövzəsinin məşhur alimlərindən olan Hacı Mirzə Əbdülkərim və ondan sonra həm oğlu (üçüncü) Hacı Mirzə Əbdülcavad mədrə­sə­nin qəy­yum­luğunu öz öhdələrinə götürmüşlər. Həmçinin Ağa Nəcəfi, Seyid Məhəmməd Hüseyn və onun oğlu Hacı Seyid Əli Ələmül Hüda bu mədrəsənin qəyyumlarından olmuşlar və Hacı Seyid Əli Ələmül Hüda mədrəsə sökülənə qədər həmin missiyanı daşımışdır.

Fəaliyyətləri və təhsil proqramları. Bu mədrəsənin əhəmiy­yə­tini nəzərə almaqla müxtəlif sahədə hövzə dərsləri və elmi yığıncaqlar orada keçirilirdi. Din elmləri öyrənən tələbələr Mirzə Əbdülcavad , Hacı Mirzə Əbdülkərim və Hacı Seyid Əli Ələmül Hüda kimi böyük və məşhur alimlərdən faydalanırdılar.

Binanın mövcud vəziyyəti. İslam İnqilabından sonra Ayə­tul­lah Vaiz Təbəsi Astane Qüdsi Rəzəvinin vəqf ərazilərinin qəyyumlarının böyüyü vəqfnaməni diqqətlə mütaliə və araş­dır­dıqdan sonra mədrəsənin yerinin ilk öncə müqəddəs ziyarətgaha məxsus olduğu və sonrada mədrəsə olduğu aşkarlandı.

Bu üzdən mədrəsə söküldükdən sonra onun yerində əzəmətli və geniş tağ tikilməsi qərara alındı. Bu 3 mərtəbəli tağ 9700 kv. metr ərazidə hal-hazırda Darül-Vilayət adı ilə müqəddəs hərəmin ən böyük tağıdır.

Hərəmin memarları tarixin rəvayətində. Hər bir kərpicin öz hekayəsi var… Hərəmin binası tarix boyunca tədriclə inşa edilmiş və genişlənmişdir. Hərəmin indiki fəzasının yaranmasında İranın tarixi boyu qadın və kişilərin rolu olmuşdur və onlar adlarını Həzrət Rzanın (ə) adı altında əbədiləşdirmişlər. Hərəmin divar­la­rında olan hər bir kaşı və kərpic bu torpağın insanlarının öz ağaları Həzrət Rzaya (ə) olan eşqlərindən xəbər verir. Hərəmin kita­bə­lərində olan tarix Samanilərdən Qacarlara qədər böyük bir dövrü göstərir.

Samanilər – ilk abadlaşdıranlar. Tarixə əsasən, Nuh ibn Mənsur Samaninin yaxınlarından Əbubəkr Şahmərd Əli ibn Musa Rzanın (ə) şiələrin səkkizinci imamının şəhid olduğu yeri abad etdi.

İbn Babuveyhin dediyinə əsasən, Məhəmməd ibn Əbdürrəzzaq Tusi və Əmir Məhəmmədiyyə Samani dövrünün əmirləri öz hakimiyyətləri dövründə İmamın müqəddəs ziyarətgahına xüsusi ehtiram göstərərək, hərəmdə bəzək işləri həyata keçirdilər.

Deyləmilər; müxtəsər bəzəklər. Dördüncü hicri əsrinin əvvəllərində Əzdövlə Deyləminin əmri ilə İmamın hərəmi o dövrün üslubuna əsasən təmir edilmiş və bəzədilmişdir.

Qəznəvilər; İmamın baş tərəfində tikilən məscidi yadigar qoyanlar.Yəmin Əddövlə, Soltan Mahmud Qəznəvi Əli ibn Musa Rzanın (ə) və Rəşidin məzarı yerləşən Məşhəd Tusda atası Səboktəkin Qəznəvinin qübbədə törətdiyi dağıntıdan sonra onu yenidən düzəltdi və orada gözəl bir bina inşa etdirdi.

Bundan əlavə Dəbir adı ilə tanınan Əbulhəsən Əraqi beşinci əsrin əvvəllərində müqəddəs ziyarətgahı təmir edərkən məzarın baş tərəfində məscid inşa etdirdi və bu məscid Qəznəvilər dövrünün yadigarıdır.

Səlcuqlar; ilk günbəz. Bu dövrədə məzarın üstündə ilk gün­bəz inşa edilmişdir.

Hicri altıncı əsrin əvvəllərində Səlcuqlar dövründə Əmir İmad Əddövlə hərəmi təmir etdirmişdir. Soltan Səncərin vəziri Şərəfəddin Əbu Tahir Qummi məzarın üstündə günbəz tikdirdi və səlcuq türkləri hərəmin yerliyini və divarını nəfis Səncəri kaşıları ilə bəzəyərək, orda 512 (1118) tarixini həkk etdilər.

Xarəzmşahlar; səncəri kaşılarının dövrü. Xarəzmşahların döv­ründə hərəmin kaşıları özünə yeni rəng aldı. Hicri yeddinci əsrin əvvəllərində müqəddəs hərəmin divar və yerliyində olan kaşılar məşhur səncəri kaşıları ilə bəzədildi. Hal-hazırda da bu kaşılar 612 (1215) tarixi ilə hərəmdə mövcuddur.

Bundan əlavə olaraq bu dövrdə qəbrin ətrafı və üzbəüz hissəsi əla növ çini kaşılar və kitabə ilə bəzədildi. Bu kitabədə gözəl süls xətti ilə İmam Rzanın (ə) adı və soyu Həzrət Əliyə (ə) qədər yazılmışdır.

Gövhərşad məscidi. Hicri doqquzuncu əsrin əvvəllərində Teymurilər dövründə tikilmiş qədim əzəmətli binalardan bir də Gövhərşad məscididir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Bu məscid Cığatay əmirlərindən olan Əmir Qiyasəddin Tərxanın qızı və Teymurun oğlu Şahruxun həyat yoldaşı Gövhərşad xanım tapşırığı ilə hicri 821-ci ildə (1418) məşhur iranlı memar Qəvaməddin Şirazi tərəfindən Teymurilər dövrünün memarlığı üslubunda tikilmişdir.

Məscidin kaşıları Teymurilər dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir.

Teymur dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır.

Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir.

Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür. Bu nəfis minbər mismar işlədilmədən qoz və armud ağacından çox gözəl şəkildə ustad Məhəmməd Nəccar Xorasani tərəfindən Fətəli şah Qacar əsrinin məşhur taxta üzərində naxış üslubu ilə düzəldilmişdir.

Eyvan üzərindəki hündür günbəz bu binanın əzəmətini daha da artırmışdır. Günbəzin hündürlüyü 41 metr və eni 10 metrdir. Onun xarici səthi minalanmış kərpic və kufi xəttində olan bir kitabə ilə bəzədilmişdir. Bu eyvanın iki tərəfində məscidin döşəməsindən ucalan 43 metrlik iki minarə düzəldilmişdir və onlar bir neçə kitabəyə malikdir.

Gövhərşad məscidi 2800 kvadrat metrlik həyətə malikdir və onun təməli 9400 kvadrat metrdir. Məscid binasının 8 böyük eyvanı və yeddi otağı var. Məscidi inşa etdirən Gövhərşad xanımın adı məscidi şimal eyvanında (Darül Siyadə) sarı rəngli kaşı üzərində süls xətti ilə yazılmışdır.

Teymurilər dövrünün əsərlərindən biri də İnqilab həyətinin cənub hissəsidir. Bura Teymurilərin sonuncu əmiri Soltan Hüseyn Bayqaranın vəziri Əmir Əlişir Nəvayi tərəfindən hicri 875-885-ci illərdə (1470- 1480) inşa edilmişdir.

Səfəvilər; Qızıl ilə işləmə dövrü. Səfəvilər dövrü də hərəmin memarlıq tarixində mühüm dövrlərdəndir. Günbəzin və iki minarənin qızıl ilə işləməsi, ilk qəbir üzərində ilk zirehin hazırlanması, Tohidxana tağları, Allahverdi xan günbəzi, Hatəm xan günbəzinin hamısı bu dövrə aiddir. Şah Təhmasib, Şah Abbas və Şah Süleyman əsaslı işlərlə bu dövrdə adlarını hərəmin tarixinə yazmışlar. Şah Təhmasib hicri 932-ci ildə (1525) ilk dəfə günbəzi qızıl ilə bəzətdirdi və hicri 957-ci ildə (1550) qəbir üzərində ilk zirehin düzəldilməsini tapşırdı. Bundan əlavə olaraq Əmir Əlişir eyvanını və iki minarəni də qızıl ilə zinətləndirdi.

Şah Abbasın zamanında İnqilab həyəti genişləndirildi və onun şərq, şimal və qərb hissəsində eyvanlar, hücrələr düzəldildi və ikinci Şah Abbas onları təmir və kaşı ilə bəzətdirdi.

Hicri 997-ci ildə (1588) özbək xanı Əbdülmömin ziyarətgahı və günbəzdə olan qızılları qarət etdi. Birinci Şah Abbas Məşhədə etdiyi səfər zamanı yenidən günbəzi qızılla bəzətdirdi. Bu iş hicri 1016-cı ildə (1607) sona çatdı. Əlirza Abbasi Şah Abbasın Məşhədə gəlişini və günbəzin qızıl ilə bəzədilməsini süls xətti ilə abidənin aşağı hissəsindəki kitabədə həkk etmişdir.

Şah Süleyman Səfəvi də Darül Siyadə tağını təmir elətdirmiş və 1084 hicri ilində (1673) zəlzələ nəticəsində günbəzin qopmuş qızıllarını yenidən düzəltdirmişdir. Şah Süleyman dövründə günbəzin yenidən qızıl ilə işlənməsi Məhəmməd Rza İmami tərəfindən günbəzin alt hissəsində kitabədə yazılmışdır.

Əfşarlar dövrü; İsamil Təlanın su evi. Ətiq həyətinin (İnqilab həyəti) şimalındakı minarə, Əmir Əlişir eyvanının yenidən qızıl ilə bəzədilməsi və onun üstündəki minarə və İsmail Təlayi su evinin su daşı da bu dövrə aiddir.

Qacarlar dövrü; güzgü ilə işləmələr. Memarlıq baxımından Qacarlar dövrü də hərəmin tarixinin mühüm dövrlərindən sayılır. Azadlıq həyətinin binası bu dövrə aiddir. Bu dövrdə Azadlıq həyətinin qərb hissəsi qızıl ilə bəzədilmiş, Nasir eyvanı adı ilə məşhurlaşmışdır. Bu dövrdə Azadlıq həyətinin kaşı ilə işlənməsi və bəzənməsi həyata keçirilmişdir. Bundan əlavə 1275-ci hicri ilində (1858) Qaimməqam Nuri müqəddəs rövzənin güzgü ilə bəzədil­məsinə aid göstəriş vermişdir. Bu dövrdə Tohidxana, Darül Hifaz və Darül Səyyarə tağları güzgü ilə bəzədilmişdir.

İslam İnqilabından sonrakı hərəm.

Həzrət Rzanın (ə) bütün yaxın və uzaq ziyarətçilərinin söylədikləri həqiqət budur ki, inqilabdan sonra hərəm başqa bir təsir bağışlamışdır: daha geniş və daha əzəmətli.

Ziyarətçilərin artması, açıq fəzanın və üstü örtülü yerlərin kifayət etməməsi, ziyarətin asan olmaması və çoxlu gediş-gəlişin olması və…, Astane Qüdse Rəzəvi barədə bu fikrə gəlindi ki, ictimai, ziyarət mədəniyyətini, xidməti nəzərə almaqla zəvvarların ziyarət və dua etməsi üçün sakit fəzalar yaradılsın.

Bu kompleksin qəyyumlarının zəhməti ilə ziyarət, mədəniyyət və xidmət fəzaları sürətlə genişləndi. Belə ki, son illərdə inşa olunmuş binaların həcmi inqilabdan qabaq tikilən binalardan beş dəfə çoxdur. Binaların ərazisi 12 əsr ərzində təqribən 12 hektar olmuşdur. Ancaq İslam İnqilabından sonra indiyə kimi təxminən 90 hektara çatmışdır. Üstü örtülü və açıq sahələrin qədim binaların təmiri ilə yanaşı inşa edilməsi bu tikintilərin əsaslarından olmuşdur. Bu illər ərzində kompleks mədəniyyət sahəsində də xeyli irəli getmişdir.

Son illərdəki çalışmalar nəticəsində üstü örtülü 26 bina, üstü açıq 9 həyət və 4 giriş qapısı düzəldilmişdir. Burada inqilabdan sonra hərəmdə görülən mühüm fəaliyyətlərə işarə ediləcək. Bunlar ziyarət, ibadət, mədəniyyət və xidmət sahələridir.

İbadət və ziyarət sahəsinin genişləndirilməsi. Mədəniyyət sahəsinin genişləndirilməsi. Xidmət sahələrinin geniş­lən­di­ril­məsi. İbadət və ziyarət sahələrinin genişləndirilməsi. Müqəddəs məkanın genişləndirilməsi və yeni tikililərin inşası ən çox ibadət və ziyarət məkanlarında olmuşdur. Bütün bu məkanlarda yeni texnologiyalar İran və İslam incəsənəti və zövqü ilə qarışdırılaraq ziyarətçilər üçün sakit və ruhani bir fəza yaradılmışdır.

Mədəni fəzanın genişləndirilməsi. Kitabxanalar, universi­tetlər, muzeylər və …., bir neçə il öncə belə məkanların ziyarətgahlarda mövcud olması nəzərə gəlmirdi. Ancaq hərəmin zəvvarları çoxdandır ki, ziyarətlə yanaşı, bu mədəni məkanlardan da istifadə edirlər. İslam inqilabından sonra mədəni fəzanın genişləndirilməsinə aid aşağıdakı işlər görülmüşdür:

Rəzəvi İslam Elmləri Universiteti, Mərkəzi kitabxana, Gövhərşad məscidinin kitabxanası, İslami Araşdırmalar Fondu və Xorasan hövzələr müdiriyyəti 39000 kvadrat metr ərazidə və 91500 kvadrat metr təməldə qərarlaşıb.

Quran muzeyinin təsis olunması (Quran və nəfis kitablar xəzinəsi), mərkəzi muzey, marka, saat, sədəf, silah, pul, xalça və s…muzeyləri 5400 kvadrat metr ərazi və 16500 kvadrat metr təməldə təsis olunub.

Xidmət sahəsinin genişlənməsi. Şeyx Bəhayi, Şeyx Təbərsi, Şeyx Hürr Amili və üç mərtəbədə Xosrəvi No, İmam Rza (ə) məscidləri və giriş qapısı ziyarətə gələnlərin rifahı üçün nəzərdə tutulmuşdur.

Dayanacaqlar. Hərəmin altında 3000 maşın tutumlu 4 dayanacaq inşa edilib.

Qonaq evləri, bazarlar və kütləvi tualetlər . Ziyarətgahın mehmanxanasının Şeyx Hürr Amili məscidinin şimalında genişləndirilməsi, Kövsər və Qədir mərkəzinin, hidayət bazarı, Raste bazar və tualetlərin tikilməsi zəvvarların rahatlığı üçün nəzərdə tutulmuşdur.

Hərəmin indiki vəziyyəti. Hərəm sözü deyildikdə bir çox zəvvarların zehninə müqəddəs zireh gəlir. Ancaq həqiqətdə dördbucaqlı müqəddəs məqbərə, günbəz, məzar daşı və müqəddəs zirehə hərəm deyilir. Hərəm otaqlar vasitəsilə daxil və xariclə birləşir.

Hərəmin həndəsi forması təqribən dördbucaqlıdır. Genişlən­mədən sonra onun ərazisi 182 min kvadrat metrdir.

Hərəmin iki tərəfdən (cənub və şimal) qızıl qapılar vasitəsilə tağlara yolu var və başqa iki tərəfdən (şimal və qərb) iki böyük otaqla başqa tağlara və məzarın baş tərəfindəki məscidə birləşir.

Müqəddəs məzarın yerləşdiyi yer və onun inqilabdan sonra yenidən qurulması. İslam inqilabından sonra cəmiyyətin artması və xalqın məzhəbi hisslərinin də çoxalması İmam Rzanın (ə) zəvvarlarının sayının artmasına səbəb oldu və belə ki, hərəm insanların çoxluğuna cavab vermirdi.

Başqa bir tərəfdən mübarək məzarın baş tərəfində özül betondan və qalan 3 tərəfdə isə kərpicdən olduğundan zəif idi. Günbəzin zəlzələ kimi hadisələrə davamlılığı yox idi. Bu üzdən buranın yenidən qurulması zəruri idi. Yenidənqurma işləri 1979-cu ilin noyabr ayında başladı, bura 18 kvadrat metr genişləndirildi və qəbrin baş hissəsindəki məscid kaşı ilə bəzədildi.

Müqəddəs məzar daşı. İndiyə kimi Həzrət Rzanın (ə) müqəddəs qəbri üstünə 3 daş qoyublar ki, bunların hər birinin tarixi əhəmiyyəti vardır. Ən qədimi 30*40 və 6 diametrində olan mərmər daşı olmuşdur ki, altı əsr əvvəl qoyulmuşdur. Bu daş kompleks muzeyinin ən nəfis və qiymətli incilərindəndir. Üzərindəki xətt kufi xəttidir və haşiyəsində 3 kitabə və üzərində mehrab şəkilli bir kitabə vardır.

İkinci daş ağ mərmərdən idi və onun necə olması barədə əldə çox məlumat yoxdur.

Üçüncü daş əla keyfiyyətli mərmər daşıdır və bu daş Yəzdin arxa tərəfində yerləşən Turan mədənindəndir. Bu mərmər yaşıl rəngdədir. Onun həcmi 1*2və diametri 1 metr və ağırlığı 3600 kiloqramdır. Bu daş 1979-cu ildə yenidənqurma işləri zaman qoyulmuşdur.

Müqəddəs məzar üzərində sandıq. Deyilənlərə görə, müqəddəs məzarın üstündə daşdan başqa sandıq da olmuşdur. İlk sandıq altıncı əsrin əvvəllərinə qayıdır. Altıncı əsrin alimlərindən olan İbn Həmzə kimi tanınan İmadəddin Əbu Cəfər Məhəmməd ibn Əli Tusi özü şəxsən hadisənin şahidi olmuşdur və deyir: “İsfahan əhalisindən olan zərdüşt Ənuşirəvan İmamdan kəramət gördüyünə görə müsəlman oldu və hicri 500-cü ildə gümüş üzlü taxta sandığı İmamın qəbri üstünə qoydu “. (Əlsaqib fi mənaqib, 206-205)

İkinci taxta sandıq qızıl üzlük və qızıl mıxlarla 1022 hicri ilində (1613) qəbrin üzərinə qoyulmuşdu və Abbasi sandığı kimi məşhur idi. Bu sandıq gözəl və qiymətli bəzəklərə malik olmuşdur və 1311-ci hicri ilində (1893) dayaqlarının dağılması üzündən oradan götürdülər.

Üçüncü daş sandıq Şandiz mədənindən yaşıl limon rəngində olmuşdur və çənd hissədən ibarət idi. Onu 1311 hicri qəməri ilində (1893) mərhum Hacı Hüseyn Həccarbaşı Zəncani hazırlayaraq qəbrin üzərinə qoymuşdur. O, 2000-ci ilə qədər zirehin içində idi və əvəz olunaraq beşinci zirehdə onun yerini yeni məzar daşı tutdu.

Müqəddəs zireh. Zireh sandıq üzərində olan şəbəkə mühitdir. Tarixə əsasən qəbrin üzərində zireh qoyulması Səfəvilər dövründən başlamışdır. Bundan əvvəlki zamanlarda zireh olması məlum deyil. O zamandan indiyə kimi sözügedən müqəddəs qəbrin üzərinə beş zireh qoyulmuşdur.

Birinci zireh; Səfəvi dövrünün taxta zirehi. Qızıl və gümüşlə bəzədilmiş taxta zireh onuncu əsrin ortalarına aiddir və 957-ci hicri qəməri ilində (1550) düzəldilərək qəbrin üzərinə qoyulmuşdur. Bu zirehin kitabəsində “Həl Əta” surəsi süls xətti ilə həkk edimiş və zirehin baş tərəfində qızıl ilə yazılan kitabə olmuşdur. Zirehin qoyulma tarixi belədir: “Vilayət şahının qulu Təhmasib ibn İsmayıl Səfəvinin səltənəti dövründə bu mübarək məhcər bu müqəddəs məkana qoyulmuşdur. Il 957 ” .

İkinci zireh; Nadirin üzük qaşlı zirehi. Qiymətli daş-qaşlarla bəzədilmiş polad zireh 1160-cı hicri qəməri ilində (1747) bu ziyarətgaha təqdim olunmuşdur. Zirehi Nadir şah Avşarın nəvəsi, Rzaqulu Mirzənin oğlu Şahrux Mirzə vəqf etmişdir. Üzük qaşlı zireh hal-hazıda sərdabədədir və poladdan hazırlanmışdır, təq­ri­bən iki min yaqut və zümrüdlə bəzədilmiş qübbələri vardır. İkinci zireh 260 ildən çoxdur ki, buradadır. O, üçüncü və dör­düncü zirehin altında olmuşdur və beşinci zireh qoyulanda onu sərdabəyə keçirmişlər.

Üçüncü zireh; Qacar dövrünün polad zirehi. Bu zireh sadədir və poladdan hazırlanmışdır. Onun ölçüsü 3*4 və hündürlüyü isə təxminən iki metr olmuşdur. Bu zireh 1238 hicri qəməri ilində (1822) Fətəli şah Qacarın hakimliyi dövründə üzük qaşlı zirehin üzərindən qoyulmuşdur. Bu zireh də qızıl və cəvahiratla bəzə­dil­mişdir. Ayaq hissə tərəfdəki qapı Fətəli şah tərəfindən təqdim olunmuşdur və bu qiymətli qapı indi də hərəmin qərb tərəfində xüsusi qab içində saxlanılır. Üçüncü zireh bir müddətdən sonra dayaqlarının çürüməsinə görə 1959-cu ildə dəyişdirilib muzeyə göndərildi və onun yerinə dördüncü zireh qoyuldu.

Dördüncü zireh; şir və şəkər zirehi. Dördüncü zireh qızıl və gümüş zirehi və “şir və şəkər ” adı ilə məşhur olmuş və 1959-cu ildə üçüncü zireh götürüldükdən sonra qoyulmuşdur. Bu zireh mər­hum seyid Əbülhəsən Hafizyanın nəzarəti altında mərhum ustad Hacı Məhəmməd Təqi Zufun və başqa ustadların köməkliyi ilə hazırlanmışdır. Dördüncü zirehin təqribən 4 metr uzunluğu , 3.60 eni və 3.90 hündürlüyü olmuşdur.

Beşinci zireh; Günəş zirehi. Ömründən 42 il keçdikdən sonra dördüncü zirehin çürüməsi, qızıl və gümüş üzlüklərin boşalması nəticəsində Astane Qüds Rəzəvi yenisinin düzəldilməsi fikrinə düş­dü. Bu zirehin hazırlanması İslam Respublikasının nəzərə çar­pacaq işlərindən biridir və eyni zamanda hərəmin ətrafının yenidən qurulması və genişləndirilməsi də həyata keçirilmişdir. 1993-cü ildə Astane Qüds Rəzəvi kompleksinin rəhbərliyi tərə­fin­dən yeni zirehin hazırlanması üçün araşdırmalar başladı. Layihələr təqdim olundu. Bu layihələrin ardınca nəhayət ölkənin adlı-sanlı incəsənət xadimi ustad Fərşçiyana bu layihəni hazırlamaq tap­şı­rıl­dı.

Layihənin seçilməsi və başqa məşhur ustadların əməkdaşlığı ilə abadlaşdırma idarəsinin nəzarəti altında zirehin düzəldilməsi və Həzrət Rzanın (ə) hərəminin genişləndirilməsi işi başlandı.

Beşinci zireh dəmir, polad, qoz ağacı, qızıl və gümüş üzlüklərdən hazırlanmışdır. Həkkaklıq işləri layihədəki incəsənətə münasib icra olundu. Zireh yeddi il daimi işdən sonra yüksək keyfiyyətlə 12 ton ağırlığında 3;*48 həcmində 390 metr hündürlükdə hazırlandı. 2000-ci ildə Qurban bayramı günü Ayətullah Xamneyi və Ayətullah Təbərsinin iştirakı ilə bu zireh qoyuldu. Zirehin bayır tərəfində süls xəti və qızıl və gümüşlə bəzədilmiş halda mübarək Yasin və Həl Əta surələri yazılmışdır. Yuxarı hissədə və zirehin daxil divarlarında Allahın adları ağac üzərində oyma ilə gözəl şəkildə ustad Fərşçiyanın layihəsi ilə ustad Kəşti Arayi Şirazi tərəfindən yazılmışdır.

Günbəz. Günbəz şəhərlərdə, xüsusilə də qədim və məzhəbi yerlərdə xalqın din rəhbərlərinə və övliyalara olan ehtiramının nümunəsidir. İmam Rzanın (ə) qızıl ilə bəzədilmiş günbəzi özünün qızıl kərpiclərinin parıltısı ilə həmişə görənlərin ehtiram etdikləri ən gözəl mənzərələrdən biri olmuşdur. Heyran zəvvar uzun yolları arxada qoyub müqəddəs Məşhəd şəhərinə qədəm qoyur və daxil olduğu ilk anlardan qızıl günbəzi görməklə Həzrət Rzanın (ə) nurlu məqbərəsini ziyarətdən çox şövqlənir.

İmamın nurlu günbəzi tikinti və hündürlük baxımından çox gözəl və məharətlə hazırlanmışdır və onun iki üzlüyü var. Birinci üzlüyü hərəmin çökük və bəzədilmiş tavanıdır ki, ona qübbə deyilir. İkinci örtük həmin qızıl günbəzdir. İki örtüyün arasında 13 metrdən çox hündürlüyü olan boş fəza vardır. Günbəzin ağırlığı qalınlığı 290 metr olan hərəmin divarları üzərinə düşür.

Qübbənin hərəmin yerliyindən olan hündürlüyü 1880 metr və günbəzin uc hissəsinə qədər isə 31metrdir. Günbəzin xaricdən səthi 42metr və hündürlüyü qızıl işlənmiş yerdən uc hissəsyə qədər 16 metr və yuxarı hissənin hündürlüyü 3( metrdir. Qızıl ilə işlənmə yerindən aşağıya qədər hissə 49 metrdir.

Bu nurani günbəz əvvəllər İran binaları kimi sarı rəngli kərpicdən tikilmiş və sonralar kaşı ilə bəzədilmişdi. 932 hicri qəməri tarixində (1525 – Səfəvilər dövrü) nəfis kaşılar ilə işləndi. İlk dəfə olaraq Təhmasib Səfəvi günbəzi qızıl ilə bəzətdirdi. O, ilk öncə kaşıları yığdırdı və günbəzi qızıl üzlü mis lövhələrlə üzlədi.

Günbəzin tarixi və onu inşa etdirən. Bir rəvayətə əsasən, Məmun Harun öldükdən və onu məqbərəsində dəfn etdikdən sonra üzərində qübbə inşa etdirdi. Başqa rəvayətə əsasən bu Həmid ibn Qəhtəbinin bağında olan tağlardan biri idi və onun qübbəsi vardı. Bəzi tarixçilərin fikrinə görə, bu qübbə Xorasan hadisələrində, misal üçün Səboktəkinin dördüncü əsrin sonlarındakı hücumu nəticəsində hərəmə dəyən ziyanlardan dağıldı. Ondan sonra Soltan Məhəmməd Qəznəvi 400 hicri qəməri ilində (1009) hərəmi bərpa etdirdi və məqbərə üzərində qübbə düzəltdirdi. O zamandan Səlcuqların dövrünə qədər pak hərəm bu qayda ilə qalmışdır. Altıncı əsrin əvvəllərində Soltan Səncər Səlcuqun zamanında onun vəziri Şərəfəddin Əbu Tahir Qummi müqəddəs məkanı təmir elətdirməklə yanaşı onun üzərində günbəz inşa elətdirdi və bu həmin o günbəzdir ki, inşasından 900 il keçir. Günbəzin aşağı hissəsindəki kitabədə deyilir: “Kamaləddin Mahmud Yəzdi” və başqa yerdə yazılır:”Yazdı Əlirza Abbasi”.

Günbəzin zamanlar boyunca dağılması. Günbəzin qızıl ilə bəzədilməsindən sonra bir neçə hadisəyə, o cümlədən özbəklərin 997 hicri qəməri (1588) tarixindəki fitnəsinə toxunmaq olar. Özbək xanı Əbdülmömin ziyarətgahı tarac etdikdən sonra günbəzin qızıllarını da qarət etdi. Bu xəyanətdən sonra 1010 hicri qəməri (1601) ilində Şah Abbas Səfəvi piyada İsfahandan Məşhədə gəldi və günbəzin yenidən qızıl ilə bəzədilməsi əmrini verdi. Bu iş 1016-cı (1607) ildə tamamlandı. Səfəvi dövrünün məşhur xəttatı Əlirza Abbasi günbəzdə kitabəni süls xətti ilə yazmışdır.

Başqa bir hadisə də günbəzin dağılmasına səbəb oldu və bu da 1048-ci hicri qəməri (1638) tarixində baş verən zəlzələ olmuşdur. Bu zəlzələdə günbəzin xaric tərəfində söküntülər yarandı və qızıl bəzəklər töküldü. Şah Süleyman Səfəvi bu günbəzi təmir etdirən və onu yenidən qızıl ilə bəzədilməsi iftixarı ilə adını tarixə yazdıran şəxs olmuşdur. Başqa bir hadisə isə çar rusları tərəfində günbəzin topa tutulması olmuşdur. Onlar hicri qəməri 1330-cu ildə (1912) günbəzdə kəllə qənd boyda bir yırtıq yaratdılar və indi də topun yerini günbəzdə görmək mümkündür.

Bütün bunlar və zamanın keçməsi günbəzin üzünün erroziyası ilə nəticələndi və İslam inqilabından sonra günbəzin təmir fikrinin yaranmasına səbəb oldu.

Buna görə qədim kərpiclər yığışdırılaraq yerinə beton tökülmüşdür. Bundan sonra günbəz qızıl üzlüklü mis lövhələrlə bəzədilmişdir. Bu qızılı lövhələr təqribən yeddi yüz metr ərazini əhatə edir.

Minarələr. Minarə, ya minar lüğətdə işıq və nur yeri kimi mənalanır, termində isə qədimdən eyvan və binaların, məscidlərin, ziyarətgahların və dini mədrəsələrin üzərində tikilən tikiliyə deyilir və ondan azan verilmək üçün istifadə edirlər. Bundan əlavə minarə memarlığın mühüm ünsürlərindəndir və İslam memarlığında və İranın ictimai adət-ənənələrində xüsusi yerə malikdir. Minarələr azan verməkdən əlavə həm də müsafirlərə yol göstərmişdir. Hal-hazırda iki uca minarə Gövhərşad məscidində və on iki minarə də Həzrət İmam Rzanın (ə) hərəminin üstündə mövcuddur.

Tək minarələrin inşası altıncı əsrə qədər davam etmişdir və bundan sonra isə minarələr cüt tikilməyə başladı. Beləliklə günbəzin yanında minarə tikilməsi altıncı əsrə gedib çıxır və iki minarənin yerinə bir minarə ucaldı. Şah Təhmasib Səfəvi onuncu əsrdə deyilən minarəni yenidən təmir etdirərək qızıl ilə bəzətdirdi.

Ondan sonra Nadir şah Avşar Əmir Əlişir eyvanını və günbəzin yanındakı minarəni yenidən qızıl ilə bəzətdirdi. Günbəzin yanındakı minarənin hündürlüyü inqilab həyətinin səthindən 40metr və onun ərazisi 13 metrdir. Minarənin aşağı hissəsində gözəl süls xətti ilə qabarıq formada Peyğəmbərə (s) və İmamlara (ə) salavat, İnna fətəhna ləkə fəthən mubina ayəsi yazılmışdır. 252 il bundan qabaq qızıl ilə bəzədilmiş günbəzin yanındakı minarə nazik olduğu üçün təbii hadisələr nəticəsində sıradan çıxmışdı. Buna görə də İslam inqilabından sonra yenidən təmir edilmişdir.

İkinci minarə Abbasi eyvanının üzərində inqilab həyətinin şimalındadır və Nadir dövrünə aiddir. Bu minarə də kaşı, qızıl ilə bəzəmə və kərpiclərin düzülməsi baxımından günbəzin yanındakı minarə kimidir. Minarənin kitabəsində digərindəki kimi Peyğəm­bə­rə (s) və məsumlara (ə) salavat qızılı süls xətti ilə yazılmışdır.

Tağlar. Müqəddəs hərəmin ətrafındakı üstü örtülü məkanlar rəvaq (tağ) adlanır. Bunlar müxtəlif hündürlükdə olub tədriclə müqəddəs rövzənin ətrafında düzəldilmişlər və zaman keçdikcə onlarda dəyişikliklər meydana gəlmişdir.

Hal-hazırda bu müqəddəs məkanı 26 rəvaq əhatə edir və şimal şərqdə yenisi də tikilməkdədir.

Bu binaların hər birinin öz məkan mövqeyi, ölçüsü, tarixi, bəzəyi və nəfis kitabələri vardır. Bəzi vaxt onlar təmir və ya genişləndirilmişlər.

Həyətlər. İmamın (ə) müqəddəs məzarının ətrafındakı açıq ərazilər səhn (həyət) adlanır. Səhnlər həmin geniş və böyük ərazilərdir ki, ora daxil olanlar əllərini sinələrinə qoyub İmama (ə) salam verirlər. Bu məkanlar zəvvarların toplaşdığı yerlərdir ki, böyük eyvanların yanında xəlvətə çəkilirlər və öz imamları ilə razi- niyaz edirlər.

Səhnlər məxsusi gecə və gündüzlərdə məzhəbi mərasimlərin keçirildiyi yerlərdir. Matəm günlərində camaat dəstələrlə gəlib burda əzadarlıq edirlər və səhnlərdə ilin bir çox fəsillərində camaat namazı qılınır.

Ümumilikdə tağların ətrafında 9 həyət mövcuddur. Bunlar İslam inqilabı, Azadlıq, İslam cumhuriyyəti, Qüds, came Rəzəvi, Kövsər, Qədir, Hidayət və Rizvan adlanır.

Mehrablar. Mehrab hərb sözündən olub şeytanla mübarizə yeri deməkdir. Həqiqətdə mehrab çökək bir yerdir və müxtəlif formalarda düzəldilmişdir, rəng və materiallar baxımından binanın başqa yerlərindən ayrılır.

Mehrabların bəzədilməsində İslam memarlığında müxtəlif üsul və xüsusi bəzəklərdən istifadə mənəvi və ürfani bəhslərə olunan diqqətin nəticəsidir. Çünki mehrablar məscidin daxilinin əsas ünsürü kimi xüsusi rənglərdən istifadə etməklə Allahın təkliyini təsvir edir. Həzrət Rzanın (ə) qəbri ilə üzbəüz qapının yanında yerləşir. Bunlar İslam memarlığında düzəlmiş ən əzəmətli mehrablardır ki, hər bir zəvvarın qırıq qəlbini cilalayır və onu asimanlarda mələkut aləmin aparır.

Qəbrin yuxarı tərəfində olan məscid. Qəbrin yuxarı tərəfində olan məscid nurlu rövzədən sonra hərəmin tarix baxımından ən qədim binasıdır. Bu kiçik məscid mübarək qəbrin baş tərəfində, qərbdə hərəm ilə Darül səyadənin arasında yerləşir. Uzunluğu 8 metr eni 4metr və hündürlüyü 10 metrdir. Bu məscidin kaşılarında “Ya mucid dəahul müztərrin ” kimi Quran ayələri yazılmışdır.

Məscidin tarixi. Tarixə əsasən məscid Qəznəvilər dövrünün insanlarından olan Dəbir adı ilə tanınan Əbülhəsən İraqi tərəfindən hicri qəməri 425-ci ildə (1033), təxminən min il bundan öncə tikilmişdir və onun dəfn olunduğu yer də məscidin yanındadır. Əllidən çox tanınmış və böyük alim burada dəfn edilmişdir.

Hərəmdə istifadə olunan incəsənət. Abidə qədim memarlıq əsərlərinin içində, məqbərələrin memarlığında bəzək müxtəlifliyinə görə nəzərə çarpacaq dərəcədə xüsusiyyətlərə malikdir. Bu binaların mərkəzi hərəmdir ki, imamın, ya imam övladının dəfn olunduğu yerdir.

Səkkizinci imamın nurlu rövzəsinin on iki əsrdən çox tarixi vardır bu illər ərzində müxtəlif hissələr, memarlıq üsulları və bəzək növləri bu mərkəzə, yəni hərəmə artırılmışdır.

Ümumiliklə, müqəddəs hərəmdə olan incəsənət işləri və bəzəklər üç hissəyə bölünür:

1. Tağların alt hissəsi və onların üst hissəsinin kaşıları. Hərə­min tağlarının alt hissəsi rəngli bir haşiyə kimi binanın ətəyinə tikilmişdir və təxminən yerdən iki metr hündürlükdən başlayıraq bir neçə hissədən təşkil olunmuşdur. İlk ağ mərmərdən kiçik haşiyə təqribən iyirmi santimetrdir və onun üstü də kaşı ilə bəzədilmişdir. Doxsan iki santimetrdə isə gözəl qədim səncər kaşıları yerləşir. Çox əlvan və zərif kaşılar müxtəlif ölçülərdə nəzmlə altı və səkkiz guşəli, böyük və kiçik, ulduz formalı və bir neçə bucaqlı və bəzən də dörd bucaqlıdırlar.

Tağların alt hissəsinin kaşıları daha çox ruqa, süls və eslimi xətlərlə bəzədilmişlər. Bundan əlavə onların bir çoxunun üzərində nəsx xətti ilə altıncı və yeddinci əsrdə yazılmış ayələr, hədislər, qısa kəlamlar, misallar və şeirlərlər gözə dəyir. Kaşıların növü çox zərifdir və onların qəhvəyi, mavi, firuzəyi və ağ rəngləri vardır.

Kaşıların üzərində yazılmış tarixlər: hicri qəməri 500, (1106) 512, (1118) 612, (1215) 760 (1358) və 538 (1143). Bu xüsusi kaşılar mübarək qəbrin ətrafında, qarşısında və Darül-hifazda İslam dövrünün şah əsərlərindəndir.


2. Kitabələrin bəzəkləri. 
Hərəmin tağlarının üstündə olan kaşıların alt hissəsində 15 sm-lik kiçik haşiyə vardır. Haşiyə gözəl qızılı rəngli xətlə “Vaqiyə” kimi Quran surələri, məsumların hədislərilə bəzənmişdir. Bu, incəsənət nümunəsi olmaqdan əlavə mənəvi dəyərə də malikdir.

3. Hərəmdə taxta üzərində işlər və güzgü bəzəkləri. Hərəmin tağlarının üstündən tavana qədər rəngarəng kaşılarla işlənmişdir. Hərəmin tavanı güzgü ilə bəzənmişdir və buna “Qətari ayinə” deyilir. Güzgünün əvvəlində 80 sm enində qiymətli və tarixi kitabə vardır. Burada mübarək “Cümə” surəsi Səfəvi dövrünün məşhur xəttatı Əlirza Abbasi tərəfindən süls ərəb xətti ilə yazılmışdır. Qacar dövründə güzgü işləri zamanı kitabənin yazıları da güzgü ilə bəzədildi. Güzgü işinin banisi mərhum Mirzə Sadiq Qaimməqam Nuri olmuşdur. O, Qacar dövründə 1275 hicri – qəməri ilində (1858) Əzdülmalikin qəyyumluğu zamanı hərəmi güzgü ilə bəzəmişdir.

Ayaqqabı saxlanan yerlər. Ayaqqabı saxlanan yerlər salonların həyətə birləşən hər bir yerində vardır. 16 sabit ayaqqabı saxlama yeri həyətlərdən 24 və salonlardan 20 girişlə 738 kv.m-dir ki, burada zəvvarların ayaqqabıları saxlanılır. Ayaqqabıların saxlanılması pulsuzdur və hal-hazırda bu yerlər cəmiyyətin müxtəlif təbəqələrindən olan iftixari ayaqqabı saxlayanlar tərəfindən idarə olunur. Hal- hazırda ayaqqabı saxlayanların sayı hərəmdə 1800 nəfərdən çoxdur və onlar gecə – gündüz 8 növbədə iftixar şəklində xidmət edirlər.

Qapıların üstü. Qapıların üstü İmamın ziyarətgahına forma vermək üçün düzəldilmişdir. Şirazi, Nəvvab Səfəvi və Təbərsi küçələrindən olan üç girişdə 70 kv.m ərazini əhatə edən qapıların üstü düzəldilmişdir.

Müqəddəs hərəmə gedən yollar. Əli ibn Musa Rzanın (ə) hərəminə getmək üçün beş yol var: Şirazi, Nəvvab Səfəvi, Təbərsi, İmam Rza və Şəhid Əndərzqu küçələri.

Astane Qüdse Rəzəvi kompleksinin saytı: www.aqrazavi.org]

İranda Novruz bayramı

 İnsan, ictimai həyatın ilk illərindən, yəni ov etməklə və yeməli otlar toplamaqla güzəranını keçirdiyi zamanlardan bəzi təbii hadisələrin, yəni fəsillərin təkrar olduğuna diqqət yetirmiş və hər yerin buz bağladığı dövrü, hər yerin gül-çiçəyə büründüyü, quşların və otlayan heyvanların cütləşdiyi dövrləri bir-birindən fərqləndirdi. Əkinin davam etdiyi  dövrün hesablanması, yəni əkin və biçinin zamanını bilmək zərurəti ilin fəsillərə bölünməsi və kəndli və əkin təqviminin meydana gəlməsinə səbəb oldu. Şəksiz, bütün cəmiyyətlərdə fəsillərin ilk dəfə hesablanması dəyişməsini seyr etməyin daha asan olan ayın dövr etməsinə əsaslanmışdı. Lakin ay təqviminin çatışmazlıqları və əkinçi təqvimi ilə uyğun gəlməməsi səbəbindən təqvim günəşin hərəkətinə əsasən hesablandı və tənzim olundu. Il iranllların nəzərində həmişə 4 fəsildən ibarət olmamışdır. Bir vaxtlar 10 aylıq qışdan və 2 aylıq yaydan, Başqa bir dövrdə isə 5 aylıq qışdan və 7 aylıq yaydan ibarət olub. Sonralar isə nəhayət, il 3 aylıq fəsillərə bölünüb. İrandan başqa, Şərqdə “sədi”-lərin, Xarəzmilərin və Sistanlıların və Qərbdə kapadukilərin və ermənilərin təqvimi də eynən iranlılarda olduğu kimidir.

Fars ədəbiyyatında Novruz bayramını başqa adət – ənənə və mədəniyyətlər kimi ilk padşahlarla bağlayırlar. Hicri təqvimi ilə IV – V əsrlərdə yaşayıb- yaratmış tarixi və mifoloji mənbələri şübhəsiz, islamdan qabaqkı dövrlərə aid olan Firdosi, Mənuçehri, Ünsüri, Təbəri, Məsudi, Məskuviye, Gərdizi və bir çox digər şairlər və yazıçılar Novruzu və Novruz bayramının keçirilməsini Cəmşidin padşahlığı dövrünə aid edirlər.

Məhəmməd ibn Cərid Təbəri Novruzu Cəmşid ədalətinin başlanğıcı adlandırmışdır:

“Cəmşid alimlərə buyurdu: Mən divan qurub günahkarları mühakimə etməyə başlayanda siz yanımda olun ki, haqq – ədalət üçün nə lazım olduğunu deyəsiniz, mən də eləyim. Onun divan qurduğu gün Hürmüz günü idi, odur ki, o gün rəsmiləşdirildi”.

Gərdizinin yazdığına görə, Cəmşid Novruz bayramını “Allah tərəfindən istinin, soyuğun, xəstəlik və ölümün insanlardan alınmasına və bunun 300 il davam etməsinə şükranlıq məqsədilə” keçirdi. Və nəhayət, Xəyyam da yazırdı ki, Cəmşid Həməl ayında günəşin yenidən doğması ilə əlaqədar Novruzu bayram etdi: Novruz ənənəsinin qoyulmasının səbəbi günəş iki dövrə vururdu, birinci, 365 gecə- gündüzdən sonra yenidən Həməl ayının dəqiqəsinə qayıtdı. Cəmşid o günü görüb onu Novruz adlandırdı, bayram və mərasim təyin etdi bundan sonra padşahlar və başqa adamlar da bu yolu davam etdirdilər.

Xatırlatmaq yerinə düşər ki, Novruz bayramı Cəmşiddən qabaqlar da keçirilirdi və Əbureyhan, baxmayaraq ki, bayramı Cəmşidə aid edirdi, xatırladır ki, “yeni gün olan o günü Cəmşid bayram etdi, gərçi Novruz bayramı ondan qabaq da əzəmətli və təm-təraqlı keçirilirdi”. İrandan başqa, Kiçik Asiya və Yunanıstanda da baharın əvvəlində mərasimlər keçirildiyi barədə məlumatımız vardır. Qədim əfsanələrə görə, Leydi və Fri ji bölgəsində məhsuldarlıq ilahəsi və allahların anası kimi tanınan Si Belin şərəfinə və Atis ilahəsinin şərəfinə günəş Həməl bürcünə çatanda və baharın nəfəsi düyülmağa başlayan zaman keçirilirdi. Tarixçilərin bildirdiyinə görə, bu bayram Avgust şahın zamanında Fri Jinin, Yunanıstanın, Leydinin və Anadolunun hər yerində, xüsusilə 3 gün ərzində (25-28 mart) daha əzəmətli və təm-tərqlı bayram şənlikləri keçirilirdi.

Sədrəddin Eyni Novruz bayramının Tacikistanda və Buxarada (Özbəkistanda) keçirilməsi barədə yazır:

– Baharın başlanması səbəbindən, bütün bitkilərin cücərməyə başladığı bu bayramla eyni vaxtda insanın təbiəti də oyanmağa başlayır. Bu səbəbdəndir ki, taciklər belə deyirlər: “Həməl, hər şeydə əməl”. Həqiqətən də, bu bayram insanı doyuran və bəşər həyatının davamlığını təmin edən taxıl, dənli bitkilər və digər məhsullarının əkininin başlanması ilə eyni vaxta düşür.

Sədrəddin Eyni başqa bir yerdə yazır: “Buxarada bütün farsdilli xalqların ümumi milli bayramı kimi Novruza böyük ehtiram bəsləyirdilər. Hətta din mollaları hələ islamdan əvvəllərdən bu yana milli adət-ənənə olan və xalqların islamı qəbul etdikdən sonra da tərk etmədikləri bu bayrama dini din geyindirərək ondan faydalanırdılar. Quranda “salam” sözü ilə başlayan 7 ayəni bir kağızın üstünə yazaraq onu suda isladır və həmin suyu içirdilər ki, bu da Novruzla bağlı milli adət-ənənələrdən biri idi”.

“Pənce” (oğurlanmış Beşlik)

Qədim İran təqviminə əsasən, ilin 12 ayından hər biri 30 gündür, qalan 5 gün isə ” pəncə”, “pəncək”, “oğurlanmış beşlik”, “pitək” (Mazandaran dili və təqvimində) və ya “Behizək” (zərdüştilərin təqvimində) adlanırdı. Əbu Reyhan “pəncə” barədə belə yazırdı:

–    Fars aylarının hər biri 30 gündür. Lakin ilimiz 365 gün olduğundan farslar ilin qalan 5 gününü “pənce” və ya “əndərgah” deyə adlandırırdılar. Sonra da bu adı ərəbləşdirərək ona “əndərcah” deməyə başladılar. Bu 5 gün həmçinin “oğurlanmış beşlik” də adlanırdı, çünki bu günlər ayların heç birində nəzərə alınmırdı.

Bu 5 günü “qohənbar” adlanan 6 günün biri ilə eyni zamanda bayram edirdilər. “Pənce” mərasiminin keçirilməsi 1304-cü ilədək, yəni ilin ilk 6 ayını 30 gün elan edən rəsmi təqvim qəbul edilənə qədər davam etdi. 

Novruz bayramı günləri və ayı

“Mehriqan”, “yəlda”, “səde” (yüzlük) və bir çox başqa bayramların keçirilmə müddəti bir gündən və ya bir gecədən artıq deyildir. Halbuki barəsində “Novruz şənlikləri və mərasimləri” ifadəsi daha düzgün olan Novruz bayramı azı 1 və ya 2 həftə davam edir. Əbu-reyhan Biruni Cəmşiddən sonra bu bayramın bir ay ərzində keçirildiyini yazır: “Eləki. Cəmşid öldü, padşahlar bu ayın bütün günlərini bayram etdilər. Bayvaçları 6 yerə böldülər: ilk 5 günü padşahlara, 2-ci 5 günü əyan və əşraflara, 3-cü 5 günü xidmətçilərər və padşahlıq işçilərinə, 40cü 5 günü qulluqçulara və saray məmurlarına, 5-ci 5 günü xalq kütlələrinə və 6-cı 5 günü isə kəndlilərə həsr etdilər”.

Kempfer özünün məşhur ” Səyahətnamə” əsərində yazır ki, süleyman şah Səfəvinin zamanında Novruz münasibətilə qonaqlıqlar, əyləncələr və meydanlarda keçirilən şənliklər üç həftəyə qədər davam edirdi. Derovil Fətəli şah dövründə Novruz tətillərinin 2 həftə davam etdiyini yazır. Lakin bugünkü İranda Novruz bayramı ən geci “pənce”-dən və “ilaxır çərşənbə”dən başlayır və Novruzun 13-cü günü başa çatır.

Qədim zamanlardan bəri  nəsildən-nəslə keçən Novruz mərasimləri labüd olaraq həyat tərzlərinin, sənaye, maşın və texnologiyaların, idarəedici təşkilatlarının, peşələrin və qanunların dıyişməsinə və yeni KİV-lərin meydana gəlməsi ilə dəyişikliklərə uğramış, lakin öz mahiyyətini əldən verməmişdir. Novruzdan qabaqkı adət-ənənələrdən “pənce” (oğurlanmış beşlik), ilaxır çərşənbə və evtökməni göstərmək olar.

Evtökmə

“Evtökmə” termini daha çox Novruzun gəlişi münasibətilə xalça və paltarların yuyulub-təmizlənməsi, yenilərinin alınması, ev əşyalarının təmiri kimi başa düşülür. 3 və ya 4 həftə davam edən bu proses zamanı evdə olan bütün əşyaların yeri dəyişməli, təmizlənməli və yoxlanmalı və sonra yenidən yerinə qoyulmalıdır. Çəkisi ağır olan ev əşyaları, xalçalar, tablolar, pərdələr və başqa əşyalar yalnız ildə bir dəfə o da Novruz münasibətilə evtökmə zamanı yeri dəyişdirilir və təmizlənir. Azərbaycanın bəzi şəhərlərində esfənd ayının (ilin 12-ci ayı) ilk çərşənbə günü xalçaların yuyulub-təmizlənməsinə həsr olunur.

Evtökmə adəti bu il Tehran şəhərinə də sirayət edibdir. Belə ki, Tehran meriyasının kommunal xidmətlər şöbəsinin müdiri bir müsahibəsində deyib: İranlılar ilin son günlərini evlərinin təmizlənməsinə həsr etdikləri kimi, Tehran meriyası da xalqımızdan geri qalmayaraq, özünün cavabdeh olduğu 20 rayonda keçidlərin ləkələrdən təmizlənməsinə, zibil və tullantıların yığışdırılmasına başlayacaqdır.

Səməni göyərdilməsi

Qışın son ayı olan “esfənd” ayı toxum və taxıl əkmək zamanıdır. Bayram münasibətilə “səməni göyərtmək” ən qədim zamanlardan bütün evlərdə və bütün ailələrdə bir adətə çevrilmişdir.

Qədim İranda Novruzdan 25 gün qabaq şəhər meydanında çiy kərpicdən 12 sütun hörürdülər, onlardan birində büğda, ikincisində – arpa və beləliklə müvafiq olaraq düyü, paxla, kacilə (mürəkkəbgüllü bitkilər fəsiləsinə aid olub gövdəsi 50 sm-ə çatır), darı, qarğıdalı, lobya, noxud, küncüd, ədəs və maş əkərdilər. Fərvərdin ayının (ilin ikinci ayı) 6-cı günü mahnı oxuya-oxuya və şadyanalıqla bu səməniləri qablarından çıxararaq yaşıllıq və bolluq arzusunun ifadəsi olaraq hər yana səpələyərdilər. Əbureyhan nağıl edir ki: “İranlıların belə bir adəti həmişə yaşamışdır ki, Novruz günündə 7 qabda 7 taxıl növü əkərdilər və onların göyərməsinə əsasən əkin üçün ilin xoş və ya bəd gəldiyi və gözlənilən məhsuldarlıq barədə mülahizə yürüdərdilər”.

Bu gün, bütün evlərdə belə bir adət vardır ki, Novruzdan 10 gün və ya 2 həftə qabaq kiçik və böyük qablarda. Kasada, boşqabda, kuzə qırığında buğda, ədəs, maş və s. əkirlər. İl təhvil olan zaman və “yeddiləvin” süfrəsində göyərti qoyulmalıdır. Azərbaycanın bir çox şəhərlərində 3-cü çərşənbə günü Novruz səmənisi üçün buğda və ədəs isladılıb-əkilməsinə həsr olunur. Səməniləri 13-cü günədək saxlayır və həmin gün  “13-dən çıxma” mərasimi ilə əlaqədar evdən çıxıb təbiətin qoynuna gedəndə onları axar suya buraxırlar.

Bayram münasibətilə təbrik açıqcası

Bir şəhərdən digər şəhərə göndərilən məktublarda Novruz bayramı münasibətilə bir-birini təbliğ etmək qədim adət-ənənələrdəndir. Bir çox mənbələrdə və məktublaşmalarda bunun bir çox nümunələri vardır. Lakin çap texnikası inkişaf etdikcə müxtəlif məzmunlu və rəngarəng , hər yerdə əldə edilməsi imkanı olan təbrik açıqcaları göndərilməsi mədəniyyətimizə möhkəm daxil olmuşdur. Bəzi obyektiv səbəblər üzündən insanlar arasında görüşlərin sayının azalması ilə əlaqədar təbrik açıqcaları göndərilməsi daha geniş yayılmışdır.

 Tonqal yandırma və “Suri” çərşənbəsi 

“Suri” çərşənbəsi axşamı tonqal qalamaq mərasimi Zərdüştün zamanın ölçülməsi üçün apardığı hesablamalar nəticəsində dəqiq təqvim işləyib-hazırlamağa müvəffəq olduğu zamandan etibarən hər ilin axırıncı çərşənbəsi axşamı qürub çağında keçirilirdi. Bu o il idi ki, ilin təhvili elə bir çərşənbəyə düşürdü ki, günün yarısı çərşənbə axşamı günortaya qədər, yəni köhnə ilin bir hissəsi idi, o biri yarısı isə yeni ilin bir hissəsi olaraq hesablanırdı. Lakin hər günün başlanğıcı həmin gün gücə yarısı hesab edildiyindən həmin çərşənbə axşamının sabahı günü Novruz hesab edilirdi və axşamı da müəyyən olunduğu kimi bayram edilirdi və tonqal qalanırdı. O gündən sonra həmin gün “Suri” çərşənbəsi adlandırıldı.

Hər necə olsa, tonqal qalamaq “Suri” çərşənbəsində ən böyük adətlərdən biridir və buna görə də bu mərasimin necə keçirilməsinə bir nəzər salmaq istəyirik:

    Gün batan zaman, odunları bir-birinin üzərinə yığaraq ətrafına toplaşırlar. Günəş görünməz olduğunda bu odunlara od vururlar, sanki alovlanan tonqal onlar üçün parlaq günəş şüalarını əvəz edir. İsfahanda “Suri” çərşənbəsi münasibətilə od yandırılan hər yerdə odunları 3 dəstə edirlər. Bir çoxları bu adəti “xoş düşüncə, xoş danışıq və xoş əməl” şüarı ilə əlaqələndirirlər. Bəndər-abbas şəhərinin ətrafında yerləşən kəndlərdə günəşin batmasına bir saat qalmış saz və təbil çalırlar, rəqs edir və şənlənirlər. Od qalağını küçədə və ya həyətin ortasında qoyaraq odun üstündən atılırlar və belə deyirlər: “mənim sarılığım sənə, sənin qırmızılığın isə mənə”. Saz və təbil çalınanda tamaşaya dayanan qadınların sevinc səsləri ətrafı bürüyür. Xorasanlılar 7 şələ odunu küçədə və ya həyətin ortasında qoyaraq günün batması ilə ona od vururlar  və odun üstündən atılırlar. Hətta südəmər körpəsi olan analar belə uşaqları qoltuğuna alaraq şadlıq və sevinc hisslərilə odun üstündən atılırlar.

İlin axırıncı cümə axşamı

Novruzdan əvvəlki dövrlərdən qalan adət-ənənələrdən biri də ölülərin yad edilməsidir. Bu münasibətlə qəbiristana gedir, özü ilə yeməklər aparır və bu yeməkləri digər adamlara verirlər. Zərdüştilər belə hesab edirlər ki, ölülərin ruhu mənsub olduğu adamı heç vaxt unutmur və hər Novruz bayramında öz ev-eşiyinə qayıdır.

“Pənce” günlərində yemək hazırlamaq dini ayinlərdəndir. Zərdüştilər bu 5 gündə ölülər üçün yemək və şərab qoyarlar və deyərlər: “ölünün ruhu gələcək və yeməkləri götürəcək”. Yemək bişirərək onu onu aparıb ölülərin məzarı üstünə qoymaq Xarəzmdən Farsa qədər olan böyük bir ərazidə 4-cü əsrdə adət olmuşdur. Xarəzmlilər fars əhali kimi  ilin axırıncı 5 günündə və ondan əvvəlki və bu aya bitişən 5 gündə ölülərin ruhu üçün qəbiristanlığa yemək aparıb qoyardılar.

Bu ənənənin bizim zamana qədər gəlib-çıxmış formalarından biri “ilaxır çərşənbə”də qəbiristanlığa getməkdir. Xüsusilə il ərzində üzvlərindən birini itirmiş ailələr bu rituala əməl edirlər. Cümə axşamı günü, ilin son günü və yeni ilin ilk gününün səhəri ziyarətgahlara getmək və “qəbir əhli”ni ziyarət etmək ümumi bir adət-ənənə şəklinin almışdır. Həmin gün ailələr yemək plov, çörək, halva və xurma apararaq əzizlərinin qəbirləri üzərinə qoyurlar, yenicə dünyadan köçənlərin qəbirləri üzərində isə şam və ya çıraq yandırarlar. İranın bəzi şəhərlərində bayramdan əvvəlki gün matəmi olan ailələr yaxınları və əzizlərini yeməyə və halvaya qonaq edirlər və hamı məzar başında toplaşar. Bu da bir adətdir ki, iranlı şiələr il təhvil olan zaman imamların və imamzadələrin qəbirlərinin ziyarət edərlər.

İlin başlanğıcı

Demoqraflar (xalqların tarixini araşdıranlar) bu fikirdədirlər ki, qədim xalqlar və etnik qruplar arasında ilin başlanğıcının hesablanması əkinçilik dövründən – əkin və ya biçin dövrü ilə əlaqədar olmuşdur. Elə bu səbəbdəndir ki, ölkələr və ayinlər arasında ilin başlanğıcı payızın və ya qışın və ya baharın ilk günündən hesablanmışdır. Iranlılarda ilin başlanğıcı, baxmayaraq ki, müəyyən dövrlərdə dəyişikliyə uğramışdır, Həmzə İsfahani və Əbu-reyhan Biruni öz kitablarında yazırlar ki, ilin başlanğıcı insan yaranandan (dünya tarixinin 7-ci minilliyinin əvvəlindən) Fərvərdin ayının Hürmüz gününə (günəşin ekvatorda, gecə-gündüzün bərabərləşdiyi nöqtədə olduğu zamana) təsadüf edirdi.

“Yeddi sin” süfrəsi

Qədim adət belədir ki, il təhvil olan zaman (günəş Həməl bürcünə daxil olan anda) ailənin bütün üzvləri öz evində “yeddi sin” süfrəsi arxasında toplaşarlar. Ağ rəngli “yeddi sin” süfrəsinə adı “sin” (fars əlifbasındakı “s” hərfi) ilə başlayan 7 cür nemət – kənd təsərrüfatı məhsulu, o c. alma (sib), göyərti (səbzi), iydə (senced), sumaq, sarımsaq, sirkə, səməni və s. qoyarlar. Bundan başqa, güzgü, şam, bir qab süd, içində narınc olan bir qab su, boyanmış yumurta, güzgünün üstündə bir yumurta, qırmızı balıq, çörək, göyərti, gülab, gül, sünbül, sikkə və dini kitab (müsəlmanlarda – “Quran” və zərdüştilərdə – “Avesta”) də “yeddi sin” süfrəsini bəzəyir. Bu süfrə əksər evlərdə 13-cü günədək açıq qalır.

Bəzi mənbələr “yeddi şin” süfrəsindən (adının əvvəli “ş” hərfilə başlayan 7 cür məhsul) söz açmış və bunun daha qədim adət adlandırmışlar. “yeddi sin” kəlməsinin kökü barədə müxtəlif fikirlər vardır: “yeddi çin” (fars dilindəki “çidən” (qoparmaq, dərmək) felinin kökü – “çin”) kimi də izah etmişlər. Bu fikir müxtəlifliyi səbəbi bəlkə də budur ki, qədim tarixi və ədəbi əsərlərdə “yeddi sin” barədə heç nə deyilməyib. Qeyd etmək lazımdır ki, şairlərdən Qaani və Mirzadə Eşqi şerlərində bu kəlməni işlətmişlər.

Təzə paltar geymə

Novruz bayramında təzə paltar geymək ümumxalq adətidir. Yeni il üçün paltar hazırlamaq – kasıbdan tutmuş varlıyacan hamının fikrini məşğul edir. Ənənəvi cəmiyyətlərdə kasıblara və aşağı təbəqədən olanlara Novruz paltarları hazırlanmasında , xüsusən uşaqlar üçün, qayğı və diqqət göstərilməsi bir məcburiyyət həddində idi. Novruzda padşahların və əmirlərin xələt verməsi xidmətçilərin və saray işçilərinə təzə paltar geyindirmək məqsədi daşıyırdı. Əbu-reyhan Biruni yazır: “Xorasan mələklərinin adəti belə idi ki, bu mövsümdə öz əskərlərinə bahar və yay paltarları verərdilər”. Tarixçilər və şairlər Novruz münasibətilə xələt verilməsi barədə çox yazmışlar. Elə bu inamla bağlıdır ki, Hacı Şəfi Əbrişəmi Zəncaninin vəqfnaməsində deyilir: “Hər il vəqf pulları hesabına 50 dəst oğlan və 50 dəst qız paltarı ayaqqabı və corabla birlikdə tədarük edilərək yetim uşaqlara paylanır”.

Səfəvilərin və Osmanlıların hakimiyyətdə olduğu dövrlərdə yaşayıb-yaratmış “səyahətnamə” müəllifləri  Novruz bayramlarını vəsf edərkən adamların bu bayramda çox gözəl paltarlar geydiyi barədə yazmışlar.

Təzə paltarların və Novruz münasibətilə yenilənməsinə ehtiyac duyulan ev əşyalarının yerinə yenilərinin alınması ailələrin mövsümi və hərdən də illik xərclərinin əsas hissəsini təşkil edir. Yaxınlarından kimisə itirmiş və matəm əlaməti olaraq “qara” geyinmiş ailələrin əksəriyyəti Novruz münasibətilə, xüsusilə də il təhvil olan zaman başqa paltar geyirlər. Hər hansı səbəbdən təzə paltarı olmayanlar da çalışırlar ki, ilin təhvili zamanı heç olmasa corab və ya köynəyin təzəsini geysinlər.

Keçmişdə, univermaqların və hazır paltar bazarlarının olmadığı zamanlarda adamlar təzə paltarlarını tikməyi dərzilərə sifariş edirdilər. Dərzilərin yanında gecə və gündüz növbəyə dayanmaq ailələrin əsas çətinliklərindən biri idi. Novruzdan qabaqkı günlərdə ailələrdə, məhəllələrdə, məktəb və xeyriyyə təşkilatlarında ehtiyacı olan uşaqlara  təzə paltar tədarük etmək səyləri kömək etmək səyindən daha çox Novruz bayramında uşaqlara təzə paltar geyindirmək arzusundan irəli gəlir.

Novruz bayramı haqqındakı yazılarda və tövsiyələrdə həmişə deyilir ki, təbiətdən nümunə götürək, ağaclardan öyrənək və baharın gəlişi ilə təzə paltar geyək ki, bu, şadlıq və xatircəmlik əlamətidir.

Novruz xörəkləri

Qədim tarixi və ədəbi kitablarda yalnız Novruza ( və ya digər bayramlara xas olan) xörəklərdən çox nadir hallarda bəhs edilir. Yazıçılar və tarixçilər yeməklər barədə danışmağı şablon, xoşagəlməz və məlum bir şey hesab edirdilər. 4-cü əsrdən sonrakı dövrlərə aid kitablarda Novruz, mohreqan və digər bayram və ayinlər haqqında şer və nəşr dili ilə dəqiq şərhlər və təriflər çox verilmişdir. Lakin bu mərasimlərdə hazırlanan xörəklər barədə – nə padşahların və əmirlərin süfrəsi və nə də adi camaatın süfrəsi barədə heç bir söz deyilmir.

Son 75 ildə Novruz barədə yazılmış məqalə və tədqiqat əsərlərində “yeddi sin” süfrəsi nemətlərindən əlavə hərdən Novruzdan əvvəlki gecə şəhərlərdə və müxtəlif rayonlarda yaşayan ənənəvi ailələrdə hazırlanan  xörəklərdən söz açılmışdır – iqlim xüsusiyyətləri ilə və hər məntəqənin məhsulları ilə uyğunluğu olan və eyni zamanda həmin məntəqənin ən yaxşı və nadir yeməyi sayılan xörəklərdən. əhalinin bütün təbəqələrinin nümayəndələri və hətta kasıblar da bu günlərdə daha yaxşı yeməklər hazırlamaq üçün xəsislik etməməyə çalışırlar. Əbu-reyhanın dediyi kimi, bu bayramlar kasıbların hərgünkü sıxıntılarını xoş və rifahlı həyata çevirir.

Əriştə plov

Bu gün Tehranda və İranın bəzi mərkəzi şəhərlərində Novruz axşamı balıq “səbzi plov” və Novruz günü “reşte plov” yemək adətdir və bəlkə də demək olar ki, bu məntəqənin özünəməxsus Novruz yeməyidir. Plov İranın mərkəzi və səhra zonalarında yerləşən şəhərlərində (demək olar ki, Gilan və Mazandarandan başqa bütün şəhərlərdə) bir az əvvələdək bayramlarda, qonaqlıqlarda verilirdi və rifah və varlılıq əlaməti idi. Plov Novruz axşamı üçün kasıbdan varlıyadək hamının ən yaxşı və məxsusi yeməyi idi.

Toyuqla zirinc plov

Bu gün qəzet, teleradio kimi sənaye KİV-lərinin meydana gəlməsi və inkişafı ilə və bayramların və ayinlərin təqdimatı üçün ən müxtəlif proqramların mövcudluğu nəticəsində ləvazimatların tədarükü və mərasimin keçirilməsində bütün şəhərlər və vilayətlər arasında bir yeknəsəqlik yaranmışdır. Şübhəsiz, malları istehsal edən müəssisələrin reklam kompaniyaları da bu yeknəsəqliyə təsir edən amillərdəndir.

İlin təhvili zamanı oxunan dua

Ey ürəkləri və gözləri dəyişdirən! Ey gecələri və gündüzləri yaradan! Ey illəri və halları dəyişən! Bizim halımızı halların ən yaxşısına dəyiş!

 Bu duada 4 əsas məqam vurğulanır: 1. dəyişmə 2. dəyişmənin istiqaməti (dəyişən), 3. dəyişdirən və 4 – dəyişmənin məqsədi

1 – dəyişmə prinsipi

Bu duada bütün baxımlardan dəyişməni ən müxtəlif sözlərlə ifadə edir – qəlbdə, gözdə, gecədə, gün, il və baş verən hadisələrdə və insanın hallarında dəyişiklik.

Bu duaya görə, dünya tam sakitlik halında belə dərin bir hərəkət və dəyişiklik halındadır və bu dəyişikliyin miqyası o qədər genişdir ki, xarici aləm və üfüqlərdən tutmuş daxili aləmə qədər hər yerə və hər şeyə aid olur və əslində dəyişmə dünyanın əbədi qalmasının əsas şərtidir.

2. dəyişmənin istiqaməti (dəyişən)

Bu dua dəyişmə prinsipindən və onun miqyasından əlavə həm də dəyişikliyə məruz qalanı da göstərir. Təbiət qış yuxusundan oyandığı və çöllər və dağlar ağ rəngli gözəl paltara büründüyü və rəngarəng gül-çiçəklərin hər yeri bəzədiyi kimi, varlığın tacı olan insan da dəyişməlidir və bu dəyişiklik onun əhval-ruhiyyəsində və psixologiyasında hər baxımdan, yəni fikirlərində, düşüncə tərzində, baxış tərzində və inanclarında və s. baş verməlidir.

Mömin insan həmişə dəyişiklik barədə düşünməlidir və insanın inkişafı üçün lazım olan şey məhz dəyişməkdir. Bu dua çox zərif bir şəkildə təbiətin dəyişməsinə və insanın əhval-ruhiyyəsinin dəyişməsinə işarə edir.

3. tövhid sədası (dəyişdirən)

Bütün dua boyu və bu duanın hər yerində tək allahdan bəhs edilir: qəlbləri və gözləri dəyişdirən, gecə və gündüzün bir-birinin ardınca sıralanması, ildəki hadisələrin baş verməsi və insanın əhval-ruhiyyələri – bütün bunlar ilahi qüdrət və hikmətdən nəşət alır və bu hadisələrdən hər biri üçün bir allah tanıyanlardan fərqli olaraq, bu duada vurğulanır ki, bütün bunların bir allahı vardır. Bu dua əslində çoxallahlılıqdan təkallahlığa bir çağırışdır.

4. dəyişikliyin məqsədi

Təbiətin dərinliklərindən başlayaraq insanın əhval-ruhiyyəsinə qədər hər şeyi əhatə edən bu böyük dəyişiklikdən məqsəd insanın əhval-ruhiyyəsinin ən yüksək və ilahiyə yaxın bir səviyyəyə çatmasıdır.

“İlk Novruz” adəti

Novruz görüşləri zamanı adət belədir ki, ilk olaraq matəmə qərq olan adamların evinə görüşə gedərlər. Matəmli ailələr məscidlərdə keçirilən 3, 7 və 40-cı gün mərasimlərindən əlavə, ilk Novruzda da, baxmayaraq ki, ola bilər rəhmətə gedənin ölümündən 11 ay keçmiş olsun, evdə otururlar. Bu gündə qohumların ailələri matəm paltarlarını əynindən çıxarırlar. Bir növ nümayiş xarakteri daşıyan “İlk Novruz” adətinə eyni zamanda Novruz görüşlərinin ab-havası da xasdır. Bu görüşə gələnlər ilk Novruzda matəmli ailəyə başsağlığı vermirlər, əksinə onlara şadlıq arzulayırlar ki, yeni il “bəd gətirməsin”. “İlk Novruz” adəti daha çox esfənd ayının axırıncı gününü həyatdan gedənlərin xatırlanması günü kimi qeyd etməyən şəhərlərdə keçirilir .

Novruz görüşləri

Novruz ayinlərindən biri də bu bayram münasibətilə insanların bir-birlərinin görüşünə getməsidir. Adət belədir ki, Novruzda əvvəlcə ailənin, tayfanın böyüklərinin və elm və mədəniyyət xadimlərinin görüşünə gedərlər. Bu bayram görüşlərindən bir çoxunda ailənin bütün üzvləri iştirak edirlər. Tarixi və ədəbi kitablarda yalnız saraydakı görüşlər və əmirlərin və rəislərin görüşlərindən söz açılır, elə bir adət ki, Xəbər Agentlikləri və KİV-lər hələ də onunla kifayətlənirlər. Rəsmi tətil olan Fərvərdin ayının ilk günlərində  qohumlar, dostlar, yaxın və uzaq tanışlar arasında qarşılıqlı olaraq keçirilən görüşlər bəzən fərvərdinin 13-nə kimi (hətta deyirlər ki, ayın axırına kimi) davam edir. Küçə və məhəllələrdə bir qrup ailə arasında gediş-gəliş adəti, xüsusilə də kiçik şəhərlərdə, hələ də qalmaqdadır. Bu görüşlər xüsusən gündəlik işlərini təxirə salmaq imkanı olmayanlar üçün, gecədən xeyli keçənə qədər davam edir.

Novruz səfərləri adət halı alan zamana qədər hamının bir-biri ilə peşə və ya qohumluq əlaqələri və üzbəüz tanışlığı olan şəhər və məhəllələrdə Novruz görüşləri az və ya çox dərəcədə məcburi xarakter daşıyırdı. Elə tanışlar da olmuşdur və vardır ki, ildə cəmi bir dəfə o da Novruz bayramı münasibətilə bir-birlərinin evlərinə qonaq gedirlər. Bir çox ailələr və qohumlar arasında kin-küdurət və inciklik halları məhz Novruz görüşləri nəticəsində aradan qaldırılır.

Şəhərlərin genişlənməsi, əhalinin sayının artması, ənənəvi ailələrin pərakəndəliyi, peşə məhdudiyyətləri və habelə binalarda yaşayış mədəniyyəti Novruz görüşlərinin sayına mənfi təsir edən amillərdəndir. Bu çətinliklər və zaman məhdudiyyəti üzündən səfərə getməyən bir çox ailələr də  Novruz görüşləri üçün qabaqcadan vaxt təyin edirlər.

1063 – 1104-cü illərdə baş vermiş hadisələr barədə məlumat verən Kirman səfəvilərinin təzkirə kitabında hər ildə baş verən hadisələrin şərhi, ilin və ayin hesablanmasının ay təqviminə əsasən aparıldığına baxmayaraq, hökumət aparatında Novruz bayramları, ayinləri və adətlərinin keçirilməsi ilə başlanır. O c. hakim, vəzir və Asif Həmid Sir o il Şəval ayının 15-nə düşən Novruzda (ay təqvimi ilə 1080-cı il) Nəzər bağında eyş və şadlıqda keçirmiş, alimləri, əməli saleh adamları və şairləri namazla sevindirdi və süfrə açaraq xüsusi adamların və adi camaatın qabağına müxtəlif nemətlər düzdürdü. Sabahı gün vilayətin başçısının yanına getdi və daha 2-3 gün adamlarla görüşlərə həsr olundu. Bundan sonra hər gün Novruz ziyafətinin əvəzinə atəş açmaq yarışları keçirilirdi. “Öküz və qoç döyüşü” tamaşası da bu dövrdə Novruz ayinlərindən biri idi. Cəmadi-əlsani ayının 7-nə təsadüüf edən 1101-ci ilin Novruz günü axşama yaxın vəzir (…) ilə birlikdə Moəyyedi səhrasında (indiki Kirman şəhərinin şimal hissəsində) Öküz və qoç döyüşü keçirdi, bundan sonra at çapdılar .

Novruz hədiyyəsi və ya bayramlıq

Novruz münasibətilə hədiyyə ya bayramlıq vermək qədim adətlərdəndir. Tarixi kitablar islamdan əvvəlki və sonrakı dövrlərdə rəiyyət tərəfindən padşahlara və hökmdarlara, padşahlar və hökmdarlar tərəfindən vəzirlərə, katiblərə, xidmətçilərə və şairlərə, ailənin böyükləri tərəfindən kiçiklərə və xüsusilə də uşaqlara verilən Novruz hədiyyələri və bəxşişlərindən xəbər verir.

Əbu-Reyhan Biruni Novruz münasibətilə hədiyyə vermək adətini Bağdad ruhanisinə istinadən belə təsvir etmişdir: “Şəkər qamışı İranda Novruz günündə tapılmışdır. Buna qədər kimsə bu bitkini tanımırdı. Cəmşid bir gün bir qamış görür ki, onun şirəsi bayıra axmışdı. Onun şirin olduğunu görüb onu çıxarmağı əmr etdi. Ondan şəkər hazırladılar. Adamlar təbrik üçün bir-birlərinə şəkər hədiyyə etdilər və beləliklə, hədiyyə vermək adət şəkli aldı”.

Rəiyyətin (tacirlərin, sənətkarların, kəndlilərin) və vilayət hakimlərinin padşahlara və xəlifələrə verdiyi peşkəşlər əslində illik bac, xərac və vergilərin bir hissəsi idi: deyilsə də, deyilməsə də onu verməli idilər. Ölkənin xəzinəsi də elə bu hədiyyələr hesabına əmələ gəlirdi.

Əbu-Reyhan Biruni yazır: Sasani  padşahları bayramın 5 günü ərzində (ardıcıl olaraq – tacirlərin, kəndlilərin, hərbçilərin, xüsusi məqamı olanların və xidmətçilərin) gətirdiyi hədiyyələri 6-cı gün hüzuruna gətirilməsini əmr edərdi: xəzinəyə uyğun gələnləri saxlayar, qalanlarını isə ürəyi istəyən adamlara hədiyyə edərdi.

  Səfəvilər dövrünün səyyahı Kempfer hakimlərin və varlıların Süleyman şaha gətirdiyi hədiyyələri “saray büdcəsinin 3-cü bəndi” adlandırır.

Taverniye hakimlərdən birinin padşaha hədiyyəsini “on min əşrafi” dəyərində, Şarden isə padşaha verilən hədiyyələrin ümumi dəyərinin 2 milyon frank olduğunu yazır. Derovil isə bu barədə belə yazır: Bu Novruz hədiyyələri qızıl, cəvahirat və sikkələrdən əlavə həm də cins atlardan, döyüş vasitələrindən, qiymətli parçalardan, Kəşmir şallarından, yüksəx keyfiyyətli dərilərdən, habelə qənd, qəhvə, çay və mürəbbədən də ibarət idi.

Tarixi və ədəbi kitablarda daha çox, adətə görə Novruz münasibətilə yazılan qəsidələr və mədhiyyələr müqabilində padşahların şairlərə verdiyi hədiyyələrdən söhbət açılır. Şer və mədhiyyə yazmaq üçün bir motiv, həvəsləndirici amil olan Novruz hədiyyələri bir növ şairə verilən aylıq və illik zəhmət haqqı hesab olunurdu.

Bihəqqi bu barədə belə yazır: Cəmadi-ol-axər ayının 17–də cümə axşamı günü Əmir (Sültan Məcid) Novruz bayramını keçirməyə başladı: çoxlu hədiyyə gətirmişdilər. O, əmr etdi ki, xələt verilsin. Çalğıçılara da xələt verilməsini əmr etdi. Şair Məsudini də 300 dinarlıq bəxşiş ilə şad elədilər. Verilən bəxşişlərin məbləği o qədər böyük idi ki, bəzən şairin varlanmasına səbəb olurdu.

Padşahlara və hakimlərə qiymətli hədiyyələr verilməsi adəti və qaydası Məşrutə dövrünə qədər rəvac tapmışdı. Vergilər qoyulması, müntəzəm olaraq hesablanan məbləğlərin ödənilməsinin icbari olması baş və xəraca bənzər bəxşişlərin bir az etibardan salırdı. Lakin, xüsusilə böyüklər tərəfindən (vəzifəcə, yaşca və iqtisadi vəziyyətinə görə) bayramlıq və hədiyyələr verilməsi mədəniyyətimizin ən qədim adət-ənənələrindəndir. Bu gün ailələrdə cavanlara və uşaqlara, iş yerində az təminatlılara və xidmətçilərə,  süpürgəçiyə və poçtalyona bayramlıq vermək eyni zamanda bir növ onların zəhməti müqabilində haqq və onlardan yaxşı xidmət etmək gözləntisinin ifadəsidir. Bugünkü bayramlıqlar daha çox nağd şəkildə və yeni pul əskinasları formasında olur. Banklar yeni əskinaslar hazırlayaraq müştərilərinin ixtiyarına verir. Kənd təsərrüfatı , kəndli və tayfa cəmiyyətlərində cox da uzaq olmayan keçmişdə bayram hədiyyələri yerli məhsullardan, və bəxşişlər isə gətirilmə mallardan ibarət olurdu. Bayramlar, müvəffəqiyyət, səyahət, izdivac, ölüm münasibətilə verilən hədiyyələr bəzi şəhərlərdə, xüsusilə də tayfa cəmiyyətlərində adət belədir ki, vəfat edənin ailəsinə ərzaq, düyü və s. apararlar. Xüsusilə ənənəvi ailələrdə xüsusilə əhəmiyyətli və diqqətəlayiqdir ki, bu, ayrıca bir araşdırma və söhbətin  mövzusudur. Hərçənd neçə illərdir ki, fransız sözü olan “kadu” sovqat, gözaydinliği, “mübarək olsun” , “yerin məlum” ifadələrinin mənasında işlənir. Lakin bunların hər birinin əhəmiyyəti, keyfiyyəti və kəmiyyəti bir-birindən fərqlənir. Əlbəttə, belə bir inanc mövcuddur ki, möhtərəm insanların əlindən bayramlıq almaq (yaşa, mənsəbinə, qohumluğa, elmi səviyyəsinə görə) bir növ təbərrük olub, çox xoş və öyünməli bir şey sayılır.

Qədim İranın Novruz şənlikləri və Novruz münasibətilə evtökmənin fəlsəfəsi

İlk Novruz şənlikləri Təxte-Cəmşiddə keçirilirdi və o zamandan bu günə qədər, təbii ki, bəzi dəyişikliklərə uğramaqla, insanlar hamılıqla bu bayramı mümkün qədər daha yaxşı keçirməyə çalışırlar. Bu qədim fenomen qədim, köklü və yaradıcı İran mədəniyyətinin göstəricisidir və bunu tarixi zəminəsi iranlıların fəxr etməsi üçün daha bir səbəbdir.

Iranlılar hər ilin ilk günlərində bir münasibətlə şənlik keçirirdilər və bu şənliklərdən hər biri həmin günə həsr olunan xüsusi bir mərasimlə keçirilirdi. ən böyük milli bayramlardan diri olan Novruz bayramı astronomik öçlülər əsasında müəyyən olunur və keçirilirdi ki, bu da iranlıların görkəmli və diqqətəlayiq elmi təfəkkürə malik olduqlarını göstərir.

Beləliklə, hər il eyni ardıcıllıqla keçirilən Novruz bayramının kökündə əslində iranlıların mədəniyyəti, sivilliyi və elmi savadı dayanır. Qədim iranlılar inanırdılar ki, hər il 360 gündən ibarətdir və köhnə ilin son 5 və yeni ilin ilk 5 gününü isə xüsusi günlər hesab edirdilər. Belə hesab edirdilər ki, bu 10 gündə əcdadları və onlardan əvvəl yaşamış insanların ruhu göylərdən yerə yerə enir. Bu inanca görə, bu ruhların gəlişindən qabaq evlərini təmizləyər, evin toz-torpağını alardılar və ruhları üçün yeni və pak bir mühit hazırlayardılar.

Yeni gün və insanın meydana gəlməsi

“Cəşn” (“bayram”, “şənlik” mənasını verən) sözü Pəhləvi (orta fars) dilində “pərəstiş, ibadət” mənasını verir. Bu üzdən də yeni il şənliyi bir növ mənəvi və ibadət şənliyi idi. Onlar bu əqidədə idilər ki, baharın ilk günü olan “novruz” yəniyeni gün insanın yaradılışının ilk günü olmuşdur. Odur ki, allaha sitayiş etmək və ona şükürlər etmək lazımdır. Hər necə olsa, Novruz, mənasından da göründüyü kimi, hədiyyə gətirməkdən və yeniləşmələrdən başqa, həm də allahın dərgahına pərəstiş etməyi də yada salır.

“Novruz” yəni yeni gün iranlıların təqviminin ilk ayı olan fərvərdin ayının ilk günüdür. Qədim İranda bu xüsusi günün bayram edilməsinə 10 gün əvvəldən başlanılırdı. İlk 5 gün ümumi Novruz adlanırdı və kollektiv surətdə və hamılıqla keçirilirdi. Sonrakı 5 gün isə xüsusi Novruz adlanırdı və cəmiyyətin yüksək təbəqələrinə məxsus idi.

Bir neçə qədim rəvayət

İranlılar qədim zamanlardan bu əqidədə idilər ki, tanrı dünyanı və insanı 6 mərhələdə yaratmışdır. Zərdüştilərin dinində də bu inan belə ifadə olunur ki, Hürmüz insanı 6 gündə yaradıb: ilk 5 gündə bütün məxluqatı və 6-cı gündə isə insanı xəlq etmişdir. Qədim iranlılar Novruzu Kəyumərs və ya həmin Həzrəti-adəmin doğum günü hesab edirlər. Fars dilinin şah əsəri olan “Şahnamə”də deyildiyi kimi, xəlq olunan ilk insanın adı  Kəyumərs idi ki, elə həmin Adəmdir.

“Şahnamə”nin müəllifi Firdovsi Kəyumərsi (Adəmi) yer kürəsinin ilk insanı, ilk xəlifəsi və əfsanəvi sultanı adlandırır. Həmçinin rəvayətdə deyilir ki, Süleyman itmiş üzüyünü tapdı, adamlar çox sevindilər və o günü Novruz adlandırdılar. Novruzun fəlsəfəsi barədə də bir rəvayət vardır: şiələrin 6-cı imamı İmam Sadiq (ə) dan nəql edirlər ki, həzrəti-Adəm fərvərdin  ayının ilk günündə xəlq olunub. Bu gündə tanrı insanları özünə pərəstişə çağırmış və onlara böyük vədlər vermişdir. Odur ki, iranlılar bu müqəddəs və əfsanəvi gün münasibətilə şənlik keçirirlər və öz yaradana ibadət və pərəstiş edirlər.

Bəzilərinin də belə bir inancı vardır ki, peyğəmbərlərin axırıncısı Məhəmməd Müstafanın (s) həzrəti Əlini (ə) islam ümmətinin ilk imamı elan etdiyi Qədire-xum günü, rəvayətə görə, fərvərdinin 1-ə təsadüf etmişdir.buna görə də şiələr bu günü yeni gün kimi bayram edirdilər.

Yeni ilin gəlişi ərəfəsindəki xoş günlərdə hamının keçmiş xatirələri gözləri önündə canlanır. Hamı ayaq döyür, rəngbərənğ və müxtəlif nemətlərlə dolu süfrələr açırlar, təzə paltarlar geyir, evlərin tozunu alırlar kphnə nəvarsa, yeniləyirlər. Bundan başqa, bu mərasim “yeddi şin” (“ş” hərfi ilə başlayan 7 nemət) adlanan xüsusi süfrələr açılması ilə başlayırdı ki, bu süfrəyə öz torpağının yetirdiyi məhsullar düzülürdü. Yeni ilin gəlişindən əvvəl ailənin bütün üzvləri onun ətrafına toplaşırdılar və tanrıya şükürlər və sitayiş etməyə başlayardılar. Allahdan diləyərdilər ki, ürəkləri yumşaq və əlaqələri daha sıx və mehriban eləsin və bütün ölkə vətəndaşlarına rəhmət, sabitlik və bərəkət bəxş etsin.