
İmam Xomeyni (r) fikirlərinin daimi qalmasının sirləri
Hər çağda öz aləmində cərəyan yaradan şəxsiyyətlər zühur edir. Bu şəxsiyyətlər nə qədər fikir və təfəkkür adamlarıdırsa, xalq arasında tarixi təcrübələrə və xarizmatik hərəkətlərə malik olsalar, öz cəmiyyətlərində və zamanlarında bir o qədər təsirli ola bilərlər. 20-ci əsrdə bu şəxsiyyətlərdən biri də İran İslam İnqilabının lideri İmam Xomeyni (r) idi.
Ruhullah Musəvi Xomeyni hicri şəmsi 1281-ci ildə İranın Xomeyn şəhərində anadan olanda heç kim onun bir gün siyasi, dini və mədəni aləmdə böyük dəyişiklik yarada biləcəyinə inanmırdı, lakin tarix ona bir çox hadisələri göstərdi. Ondan elmi, siyasi və dini sahədə əsaslı dönüş və cərəyan yaratmağı bacaran mübariz, zəhmətkeş və dinamik şəxsiyyət yaratdı.
İmam Xomeyni (r) Birinci Dünya Müharibəsi hadisələri, İranda Qacarlar sülaləsini...