Bazar, Dekabr 3Rəsmi Sayt
Shadow

Day: İyun 15, 2021

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Bəstəkarlar İtifaqının sədri ilə görüşmüşdür

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Bəstəkarlar İtifaqının sədri ilə görüşmüşdür

Xəbər Bloku
İran Mədəniyyət Mərkəzinin sədri  cənab Purmərcan 14 iyun tarixində Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor Fərəngiz Əlizadə ilə görüşmüşdür. Görüşdə iki ölkənin bəstəkarları və musiqişünasları arasındakı rəsmi münasibətlər araşdırıldı . Qeyd etmək lazımdır ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Ağdama səfər etmişdir

İran İslam Respublikasının Azərbaycandakı səfiri Ağdama səfər etmişdir

Xəbər Bloku
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi  Ağdama səfər zamanı jurnalistlərə açıqlamasında deyib: "Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam "Qafqazın Xrosiması" adlandırılır". İranın işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.