
Bakıda İmam Rzanın (ə) mövludu qeyd olundu
Kəramət həftəsi və səkkizinci imam Əli ibn Musa Rzanın (ə) mübarək mövludu münasibətilə iyirmi bir iyun tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində ədəbi məclis təşkil edildi. Bu məclisdə tanınmış şairlərdən professor Şahin Fazil, Dr. Vüqar Əhməd, Hacı Soltan Əlizadə, Seyid Nurəddin Darafərin, Arif Buzovnalı, Elşən Xəzər, Gülbala Fənayi, Adil Əkbər iştirak edirdilər. İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan qonaqları salamlayaraq kəramət ongünlüyü və İmam Rzanın (ə) mövludu münasibətilə təbrik dedi.
Bu xaotik dünyada bütün ümidsiz insanlar təhlükəsiz bir sığınacaq axtarırlar və heç bir şəxs İmam Rzanı əvəz edə bilməz. Bu iki il ərzində dünya insanları ürəklərini səkkizinci İmamın ziyarəti ilə darıxır və bu imamın Azərbaycandakı aşiqlər...