Bazar, Dekabr 3Rəsmi Sayt
Shadow

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Q.Ə Purmərcanın Qurban bayramı münasibətilə təbriki

Eid Ghourban 92

Əziz dostlar

Bu il Həcc günlərini dünyada Koronavirusla mübarizə gedən bir zamanda keçiririk və bu xəstəlik milyonlarla insanın əziz həyatını dərdə salmışdır. Bu əziz günlərdə və mübarək Qurban bayramında Allah taaladan Ərəfə ətrini və Qurban bərəkətini islam cəmiyyətlərinə o cümlədən İran və Azərbaycana nəsib etməsini diləyirəm. Bəşəriyyəti bu çətin imtahanda İbrahim və İsmailin çətin imtahanında olduğu kimi müvəffəqiyyətli etsin. İbrahimin bəndəliyini bütün müsəlmanlara əta etsin və bizim yaşayışımız İblisin vəsvəsələrindən uzaq , İbrahim gülüstanı və Zəmzəm çeşməsi kimi mübarək olsun.

Qurban bayramınız mübarək, qurbanlarınız Allah dərgahında qəbul olsun.

Q.Əli. Purmərcan

İİR-in Azərbaycandakı Səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.