İran Mədəniyyət Mərkəzinin sədri cənab Farsinin İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla olan görüşündə İran Ali Dini Rəhbərinin nümayəndəliyi tərəfindən tərcümə edilmiş 27 cildlik “Təfsiri nümunə” əsəri bu instituta hədiyyə edildi. İnstitutun rəhbəri təşəkkürünü bildirərək elmi sahədə olan əlaqələrin genişlənməsini istədi. Cənab Farsi elm və mədəniyyət sahəsində hər cür əməkdaşlığa, o cümlədən, müəllim və tələbə mübadiləsi, müştərək elmi konfrasların keçirilməsinə hazır olduğunu bildirdi.
Nümunə təfsiri kitabı Ayətullah nasir Məkarim Şirazinin başçılıq etdiyi heyət tərəfindən 27 cilddə yazılmış və ingilis, ərəb, urdu dillərinə tərcümə edilmişdir.

Təşəkkürlər Allah razı olsun təşəkkürlər